Bütün xəbərlər
13 may, 20:43

“Orta məktəb illərində Armin Vamberinin kitablarını oxumuşam. Sehrli, nağıllarla dolu Şərqdə yaşamışam. İndi isə bu möhtəşəm Naxçıvanda olmaq həyatımın ən gözəl təcrübələrindən biridir. Mən burada xalqı, vətəni Azərbaycan üçün çalışan gözəl insanların arasındayam”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Naxçıvan Dövlət Universitetində qonaq olan Macarıstan Milli Assambleyasının sədr müavini, dünyaşöhrətli siyasətçi Şandor Lejak jurnalistlərə müsahibəsində söyləyib.

O bildirib ki, Azərbaycanın inkişafının iki əsas sirri var.  Birincisi, xalqın ortaq uğur hissinə sahib olmasıdır. Uğur qazanmaq isə çox zəhmət tələb edir. İkincisi, ölkədə yüksək səviyyəli təhsil,  müasir tədris şəraiti və yaxşı məktəblərin olmasıdır.  Azərbaycanda təhsilin yaxşı olması imkan verir ki, ölkə daha da inkişaf etsin. Təcrübə mübadiləsi də bu baxımdan mühüm amildir: “Bu məqsədlə tələbələr Naxçıvana gəldilər, buradan olan tələbələr isə Macarıstana getdilər”.

Məşhur yazıçı bir xatirəsini də jurnalistlərlə bölüşüb: 

“Bir faktı əlavə etmək istəyirəm. Budapeştdən 120 kilometr aralıda - Lakitelektdə Nizami Gəncəvinin büstü var. Bir gün həmin yolun kənarı ilə gedərkən heykəlin yanında insanların oraya təbii güllər qoyduğunu gördüm. Öz-özümə düşündüm ki, görəsən bu gülləri niyə buraya gətiriblər? Sonradan məlum oldu ki, orada çalışanlar azərbaycanlılardır. Həmin adama dedim ki, əgər bunu kiməsə danışsam, inanmaz”.

Şərhlər

Xəbər lenti

18 iyun, 22:07

 7 nəfərin imtahan nəticəsi ləğv edilib

18 iyun, 21:50

I və IV qruplar üzrə ən yüksək nəticəni onlar topladı

18 iyun, 21:35

l və IV qruplar üzrə qəbul imtahanının nəticələri açıqlandı

18 iyun, 21:00

Sabahdan sertifikasiyanın test mərhələsi üzrə apellyasiya başlayır

18 iyun, 20:29

Lənkəran-Astara regionunda sertifikatlaşdırmanın ilk günü necə keçdi? – REPORTAJ

18 iyun, 18:12

“Suallar çox yüksək səviyyədə tərtib olunmuşdu” – İmtahanda yüksək bal toplayan müəllimlər

18 iyun, 17:07

Sertifikatlaşdırmadan o da maksimum bal topladı – Fəridə müəllimin tövsiyələri 

18 iyun, 16:59

Naxçıvanda İmtahan Mərkəzinə infotur olub

18 iyun, 16:49

“Hər kəs əməyinə uyğun nəticə əldə edir” – Yüksək bal toplayan Naxçıvan müəllimləri

18 iyun, 16:41

Gəncə şəhərinin icra başçısı sertifikatlaşdırma prosesini izləyib

18 iyun, 16:37

Daha iki müəllim sertifikatlaşdırmada maksimum bal toplayıb

18 iyun, 15:57

“Müasir metodist” müsabiqəsi çərçivəsində təlimlər davam edir

18 iyun, 15:34

Cənub regionunda 184 müəllim sertifikatlaşdırmada iştirak edib

18 iyun, 14:57

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibləri üçün yay düşərgəsi keçiriləcək

18 iyun, 14:45

Azərbaycan və Çin universitetləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

18 iyun, 14:33

Sertifikatlaşdırmanın bugünkü test imtahanlarında 2019 müəllim iştirak edib

18 iyun, 14:27

Naxçıvanın komitə sədri: Sertifikatlaşdırma imtahanının keçirilməsi vacibdir

18 iyun, 14:22

Azad olunan ərazilərdə çalışan müəllimlər ilk dəfə sertifikasiyada iştirak ediblər

18 iyun, 13:33

Sertifikatlaşdırmadan uğurla keçənlər: İmtahan o qədər də çətin olmayıb

18 iyun, 13:29

AzMİU ilə Ankara Universiteti arasında əlaqələr genişlənir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.