Bütün xəbərlər
31 yanvar, 15:39

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin əvvəlki illərdə attestat ala bilməyənlər üçün keçirdiyi son eksternat imtahanda iştirak etmək məqsədilə 285 nəfər qeydiyyatdan keçsə də, onların yalnız 243-ü imtahanlara qatılıb. 

“Azərbaycan müəllimi” illər sonra təhsilini davam etdirmək istəyənlərlə həmsöhbət olub. 

Şamaxı rayon sakini Günay Səməndərova ümumi orta təhsil səviyyəsi üzrə təhsilini başa vurub. Lakin 2008-ci ildə təhsilini yarımçıq saxlayıb. Yenidən təhsilini davam etdirmək və tam orta təhsil səviyyəsi üzrə sənəd almaq qərarına gələn Günayın sözlərinə görə, imtahanda verilən suallar bir o qədər də çətin olmayıb: 

“İmtahan prosesinin təşkilindən çox razıyam. Bir müddət idi ki, imtahana hazırlaşırdım. Məncə, oxuyan, öyrənən insan üçün suallar çətin hesab edilə bilməzdi. Təbii ki, imtahan nəticələri açıqlanana qədər həyəcanlı olacağam. Artıq anayam, iki övladım var, amma yenə də təhsilimi davam etdirmək istəyirəm. Attestat aldıqdan sonra universitetə sənəd vermək, həkim olmaq istəyirəm”.   

Digər həmsöhbətimiz Aysel Aslanova da tam orta təhsil haqqında attestat almaq niyyətindədir: “Ailəliyəm, uşaqlarıma, ev işlərinə çox vaxt ayırdığımdan imtahana bir o qədər yaxşı hazırlaşa bilmədim. Amma sualları cavablandırmaqda çətinlik çəkmədim. Təhsilini yarımçıq qoyma məcburiyyətində olanlara bildirmək istəyirəm ki, arzularınızın dalınca gedin! Əslində, biz səy göstərsək, yenidən uğur qazana bilərik”. 

İmtahanda iştirak edənlər arasında Vətən müharibəsində şəhid olmuş, ölümündən sonra "Azərbaycan bayrağı" medalı ilə təltif edilmiş Fariz Şıxaliyevın həyat yoldaşı Fərqanə Şıxaliyeva da vardı. İmtahandan əvvəl gərgin olduğunu deyən Fərqanə bizimlə söhbət edərkən artıq həyəcanının ötdüyünü söyləyib: "İmtahan sakit, tam şəffaf şəkildə keçirildi. İmtahanda iştirak edərək tam orta təhsil haqqında attestat almaq, həyat yoldaşımın peşəsini davam etdirmək, tibb sahəsi üzrə oxumaq arzusundayam”. 

Ağsu rayon sakini Nuridə Şeydayeva imtahana hazırlaşdığı üçün nəticələrinin yaxşı olacağını düşünür. Nuridə hazırda İKT sahəsində işlədiyini, gələcəkdə  təhsilini bu sahə üzrə davam etdirmək istədiyini qeyd edib.  

Alim Fətəliyev  isə 20 ildən sonra təhsilini davam etdirmək istəyir. O deyib ki, hazırda işlədiyindən imtahana hazırlaşa bilməyib. Amma ümid edir ki, imtahanın sualları çətin olmadığı üçün uğur qazanacaq. İqtisadiyyat sahəsi üzrə təhsil almaq onun gələcək hədəflərinə daxildir.   

Qobustan şəhər 1 nömrəli tam orta məktəbin məzunu, şəhid Fədail Nadirovun bacısı Selcan Əhmədova anası xəstə olduğundan Vlll sinifdən sonra təhsilini davam etdirə bilməyib. O, eksternat qaydada keçirilən imtahanda iştirak edib ümumi orta təhsil haqqında attestat almaq, tibb bacısı peşəsinə yiyələnmək niyyətindədir. O, müvafiq təhsil sənədi almaq üçün yaradılmış şəraitə görə  minnətdarlığını ifadə edib. 

İsmayıllı rayon sakini Vüqar Əliyev isə hərbçidir. O, 10 illik fasilədən sonra təhsilini davam etdirmək qərarına gəlib: “Təhsil almaq heç vaxt gec deyil. IX sinfi bitirmişəm, ümumi orta təhsil haqqında attestatım var, amma tam orta təhsil haqqında attestatım yoxdur. Buna görə də indi həmin sənədi almaq istəyirəm”.

Qeyd edək ki, aralıq imtahanının nəticələrinin növbəti həftə elan edilməsi nəzərdə tutulur.

Şərhlər

Xəbər lenti

17 iyun, 10:19

İmtahan işlərini Üzeyir Hacıbəyliyə həsr etdilər

17 iyun, 10:09

İtaliyada şagirdlərin mobil telefonlardan istifadəsi qadağan edilib

17 iyun, 09:45

Azərbaycan “Qlobal Dayanıqlı İnkişaf Konqresi”ndə təmsil olunur

16 iyun, 18:44

Sertifikatlaşdırma imtahanlarının keçiriləcəyi mərkəzlərin siyahısı açıqlanıb

16 iyun, 12:37

ADNSU-nun nümayəndə heyəti bp-nin terminalında olub

16 iyun, 12:12

Uşaq Gənclər Basketbol Liqasında mükafatçılar müəyyənləşib

16 iyun, 11:01

Şəfqətli müəllim davranışlarının şagird performansına təsiri

15 iyun, 15:59

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

15 iyun, 14:05

BSU-da Elmi Şura iclası keçirilib

15 iyun, 11:38

Səhnə balaca fidanlarındır - Beynəlxalq Muğam Mərkəzindən Reportaj

14 iyun, 18:03

Millət vəkillərinin “Son zəng” təəssüratları

14 iyun, 17:28

Əlləri və baxışları ilə danışan məzunlar – REPORTAJ

14 iyun, 17:19

Xocalıda 33 ildən sonra ilk “Son zəng” çalındı…

14 iyun, 17:05

NDU ilə AMEA arasında Əməkdaşlıq Memorandumu imzalanıb

14 iyun, 16:06

“Son zəng” öyrənməyə son deyil – Vəfa Yaqublu

14 iyun, 15:40

Fərzəli Qədirov Şamaxıda “Son zəng” tədbirində iştirak edib

14 iyun, 15:35

Sağlamlıq imkanları məhdud uşaqların peşə təhsilinə cəlbində yeniliklər olacaq

14 iyun, 15:21

Firudin Qurbanov Qobustanda "Son zəng" tədbirində iştirak edib

14 iyun, 14:35

37 il sonra məzun oldular  

14 iyun, 13:45

Cəbrayılda 32 il sonra çalınan ilk "Son zəng"

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.