Bütün xəbərlər
15 iyun, 14:05

Ulu Öndər Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli fərmanı ilə M.F.Axundov adına Rus dili və ədəbiyyatı İnstitutunun bazasında profili genişləndirilərək Bakı Slavyan Universiteti yaradılıb. Bu əlamətdar tarix münasibətilə universitetdə elmi tədqiqat prosesinin təşviqi və gücləndirilməsinə həsr olunan “Strateji inkişaf planının icrasına dair” genişləndirilmiş Elmi Şura iclası keçirilib.

Universitetdən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan BSU-nun rektoru Anar Nağıyev Ümummilli Lider Heydər Əliyevin bu ali təhsil ocağının inkişafına göstərdiyi xüsusi diqqət və qayğıdan, ona məhz Ulu Öndərin Fərmanı ilə universitet statusu verilməsindən bəhs edib. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə təhsilin inkişafı prioritet sahələrdən biri kimi daim diqqət mərkəzində saxlanılır.

Rektor universitetin Strateji İnkişaf Planı çərçivəsində görülən işlər, qarşıya qoyulan vəzifələr və bu istiqamətdə atılan məqsədyönlü addımlar barədə geniş məruzə ilə çıxış edib. O, vurğulayıb ki, qəbul olunan  Strateji Plan yeni dövrün çağırışlarına uyğun keyfiyyətli təhsil mühitinin formalaşdırılmasını nəzərdə tutur. Son illərdə universitetin bir sıra beynəlxalq reytinqlərdə yer alması və nəticələrinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması bu istiqamətdə atılan mühüm addımların göstəricisidir.

Universitetdə elmi mühitin inkişafı, elmi tədqiqatların stimullaşdırılması və dəstəklənməsi istiqamətində qəbul olunan qərarları diqqətə çatdıran rektor bu prosesdə nəsillərarası elmi kommunikasiyanın əhəmiyyətini xüsusi vurğulayıb. Bildirib ki, böyük elmi uğurlar qazanan görkəmli alimlərin həyat yolu gənclər üçün nümunəyə çevrilməlidir.

Rektor, həmçinin BSU-nun “Elmi əsərlər” jurnalının tarixi ənənələrinin qorunmaqla, yeni dövrün çağırışlarına uyğun şəkildə yeni formatda nəşrinin davam etdirilməsinin vacibliyini qeyd edib. Jurnalın yeni formatda hazırlanmış “Dil və ədəbiyyat” və “İctimai-siyasi elmlər” seriyaları üzrə ilk iki nömrəsinin nəşr olunduğunu diqqətə çatdırıb.

Çıxışının sonunda BSU-nun rektoru Anar Nağıyev kollektivi hər iki əlamətdar tarix münasibətilə təbrik edib, hər bir əməkdaşın tədqiqat fəaliyyətinin daim diqqətdə saxlanılacağını bildirib.

İclas çərçivəsində qeyd olunub ki, yeni təsis edilən Baku Journal of Slavic Studies jurnalının ilk nömrəsi 2025-ci ilin oktyabr ayında “Language and Intercultural Engagement” mövzusu ilə, ikinci nömrəsi isə 2026-cı ilin fevralında “Turkological Research in Slavic Countries” mövzusunda dərc ediləcək. 1955-ci ildə  təsis olunan “Elmi Əsərlər” jurnalı isə 70 illik yubiley buraxılışı ilə yenidən nəşrə başlanılmaqla bərpa edilib.

İclas zamanı, həmçinin BSU-nun beynəlxalq reytinqlər və müvafiq elmi göstəricilər üzrə mövqeyinin möhkəmləndirilməsinə dair fəaliyyət istiqamətləri müzakirə olunub. 2024–2025-ci tədris ili üzrə “Scopus”, “Web of Science” və “Google Scholar” kimi beynəlxalq elmi bazalarda nəşr olunan məqalələrinə görə fərqlənmiş 20 nəfər universitet əməkdaşı təltif olunub.

1 /8

Şərhlər

Xəbər lenti

15 iyun, 15:59

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

15 iyun, 11:38

Səhnə balaca fidanlarındır - Beynəlxalq Muğam Mərkəzindən Reportaj

14 iyun, 18:03

Millət vəkillərinin “Son zəng” təəssüratları

14 iyun, 17:28

Əlləri və baxışları ilə danışan məzunlar – REPORTAJ

14 iyun, 17:19

Xocalıda 33 ildən sonra ilk “Son zəng” çalındı…

14 iyun, 17:05

NDU ilə AMEA arasında Əməkdaşlıq Memorandumu imzalanıb

14 iyun, 16:06

“Son zəng” öyrənməyə son deyil – Vəfa Yaqublu

14 iyun, 15:40

Fərzəli Qədirov Şamaxıda “Son zəng” tədbirində iştirak edib

14 iyun, 15:35

Sağlamlıq imkanları məhdud uşaqların peşə təhsilinə cəlbində yeniliklər olacaq

14 iyun, 15:21

Firudin Qurbanov Qobustanda "Son zəng" tədbirində iştirak edib

14 iyun, 14:35

37 il sonra məzun oldular  

14 iyun, 13:45

Cəbrayılda 32 il sonra çalınan ilk "Son zəng"

14 iyun, 13:41

Mətin Kərimli: Dövlətimiz gənclərimizin ali təhsilə əlçatanlığının artmasına çalışır

14 iyun, 13:29

“İnanırıq ki, işğaldan azad olunmuş ərazilərdəki məzunların sayı artacaq” – Nazir

14 iyun, 13:12

Daha 24 məktəb inklüziv təhsilə cəlb olunacaq

14 iyun, 13:08

Naxçıvanda yeni məktəblər açılacaq

14 iyun, 13:02

Bu regionda 36 məktəbə direktor təyin edildi

14 iyun, 12:45

Emin Əmrullayev: “Son zəng” ifadəsində “son” sözü olsa da, hər şeyin başlanğıcıdır

14 iyun, 12:42

Nazir: Böyük Qayıdış gənclərə təhsil, iş baxımından böyük imkanlar açır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.