
Bu il 8-i qız, 5-i oğlan olmaqla, sosial xidmət müəssisələrində məskunlaşan 13 nəfər məzun olub.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov agentliyin yaradılmasının 5 illiyi münasibətilə keçirilən mətbuat konfransında səsləndirib.
O bildirib ki, son iki ildə 300-dən çox şagirdin dərsə davamiyyəti bərpa olunub:
"Məktəb təhsilini uğurla bitirən məzunlarımız orta ixtisas və ali təhsil müəssisələrinə qəbul olmaq üçün müraciət ediblər.
Əlbəttə ki, bu nailiyyətlər bizi sevindirir və növbəti illərdə bu göstəricilərin daha yüksək olmasına çalışacayıq. Bununla yanaşı, uşaq evlərində yaşayan uşaqlarımızın idmana və digər faydalı vərdişlərə cəlb edilməsi üçün addımlar atırıq. Sevindirici haldır ki, sakinlərimiz futbol, güləş, rəsm və digər sahələrdə də fərqlənərək birincilik əldə edirlər".
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər