Bütün xəbərlər
18 dekabr, 17:06

Böyük Britaniyada aparılan yeni araşdırmalar göstərir ki, ChatGPT və bənzər süni intellekt dəstəkli çatbotlardan istifadə edən müəllimlər dərs planlaşdırılmasına sərf edilən vaxtı 30% azalda bilər.

“Azərbaycan müəllimi” xəbər verir ki, Böyük Britaniyanın Milli Təhsil Fondu tərəfindən aparılan tədqiqatda müəllimlərin ChatGPT-dən səmərəli istifadəsinin onların dərs və tədris resurslarının planlaşdırılmasında iş yükünə təsiri araşdırılıb. 

68 məktəbdən 259 müəllimin iştirak etdiyi araşdırmada müəllimlər ChatGPT-dən şagirdlər üçün suallar və viktorinalar, müxtəlif fəaliyyət ideyaları yaratmaq, həmçinin mövcud materialları hər bir şagird qrupuna fərdi olaraq uyğunlaşdırmaq üçün istifadə ediblər. Müəllimlər daha çox 7 və 8-ci siniflərdə dəqiq elmlərin tədrisinin üçdə birində və fəaliyyət proqramının qurulmasında süni intellektdən istifadə edirlər.

Araşdırmanın nəticəsinə görə, çatbot və ya hər hansı bir süni intellekt dəstəkli proqramlardan istifadə edən müəllimlərin orta hesabla 25,3 dəqiqə vaxta qənaət etdiyi məlum olub. Araşdırmaçılar ChatGPT və bənzər alətlərin müəllimlərin yüksək iş yükü ilə bağlı ciddi problemlərinin həllində yüksək potensialını xüsusi qeyd edirlər. 

Tədqiqat boyunca ChatGPT-nin tədrisin keyfiyyətinə təsirini də nəzərdən keçiriblər. Müəllimlərdən toplanmış dərs materialları və resurslar müstəqil müəllimlər heyəti tərəfindən nəzərdən keçirilib və təhlil nəticəsində müəyyən olub ki, süni intellektin köməyilə hazırlanan material və resurslar arasında nəzərəçarpan fərqlər yoxdur. Lakin onu da bildiriblər ki, araşdırmaya məhdud sayda dərs materialları və resurslar cəlb olunduğu üçün nəticələr gələcəyə yönəlik və perspektivli olsa da, hələlik ehtiyatla yanaşmaq lazımdır. 

Ümumiyyətlə, tədqiqatın məqsədi təhsil sistemində tez-tez qarşıya çıxan ciddi problemin – dərs yükünün idarəolunması məsələsinin həllində yeni yanaşmaları dəyərləndirməkdir. Araşdırmaçılar bildirir ki, əgər süni intellekt bu kimi problemləri həll etmək potensialına malikdirsə, o zaman keyfiyyəti azaltmadan müəllimlərin vaxtına qənaət etmək üçün bu texnologiyalardan necə istifadə ediləcəyini öyrənmək lazımdır. 

Buna görə də Britaniya hökuməti tədris prosesində süni intellektli alətlərdən daha təhlükəsiz və etibarlı istifadə etmək üçün 4 milyon funt sterlinq həcmində investisiya edib. 

Şərhlər

Xəbər lenti

18 sentyabr, 18:41

ADNSU “Mərkəzi Asiya+ rektorlar klubu”nun 6-cı görüşünə ev sahibliyi edəcək

18 sentyabr, 17:56

BSU-da “Azərbaycanda Dövlət Suverenliyi Günü” mövzusunda görüş keçirilib

18 sentyabr, 17:51

Direktorların işə qəbulunda imtahan göstəriciləri necə olmalıdır?

18 sentyabr, 16:36

LDU-da Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib

18 sentyabr, 16:02

“Milli Proqram” istifadəçiləri rekord sayda təlimi başa vurublar

18 sentyabr, 15:43

Peşə ixtisaslarının yeni təsnifatı hazırlanır: 200-dən çox ixtisas müzakirə edilir

18 sentyabr, 15:33

Peşə təhsili müəssisələrinə tələbə qəbulu başa çatıb

18 sentyabr, 15:14

MDU-da qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

18 sentyabr, 15:01

SAF 2025 – Bakı beşinci yubileyə hazırlaşır

18 sentyabr, 13:24

LDU-nun iki məzunu Türkiyədə doktoranturaya qəbul olub

18 sentyabr, 12:54

Buraxılış imtahanına xarici dil üzrə salınacaq yeni sual tipi necə olacaq? – DİM-dən AÇIQLAMA

18 sentyabr, 12:44

Yeni model tətbiq olunacaq məktəblərdə kimlər dərs deyə bilər?

18 sentyabr, 12:25

Süni intellektin elmdə və təhsildə rolu: çağırışlar, yeni imkanlar və risklər

18 sentyabr, 12:24

Təmayül tədris modeli bu məktəblərdə tətbiq olunacaq – SİYAHI

18 sentyabr, 12:14

Azərbaycanda "PeşəFest-2025" başlayıb

18 sentyabr, 11:51

“Qənnadıçı-şirniyyatçı” ixtisası üzrə bacarıqlar qiymətləndirilib

18 sentyabr, 11:23

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

18 sentyabr, 11:06

Tələbələr üçün antinarkotik mövzusunda elmi-praktik konfranslar keçiriləcək

18 sentyabr, 10:15

Şəhid övladlarına məktəbli formaları və ləvazimatlar təqdim olunub

18 sentyabr, 10:06

Məktəb psixoloqları və tibb işçiləri üçün təlimat hazırlanacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.