Bütün xəbərlər
9 iyul, 13:30

Yay təbiətin sükut içində nəfəs aldığı, Günəşin torpağı isidib insanlara ilham verdiyi bir mövsümdür. Məktəblilər üçün isə bu fəsil təkcə dincəlmək üçün deyil, həm də gələcəyini düşünmək, özünü inkişaf etdirmək üçün bir fürsətdir. Bəziləri bu ayları yalnız istirahətə həsr etsələr də, bir çox yeniyetmələr fərqli düşünərək bu dövrü başqa formada keçirirlər: kitablarla dostluq edir, biliklərini artırır, cəmiyyətə yararlı fərd olmaq üçün qurduğu planlarını reallaşdırırlar.

Görəsən Dağlıq Şirvan regionunun şagirdləri builki yay tətillərini necə keçirirlər? Özlərini inkişaf etdirmək, dünyagörüşlərini artırmaq üçün hansısa işlər görmək, eləcə də mütailə ilə məşğul olmaq onların planları arasında yer alırmı? 

“Azərbaycan müəllimi” şagirdlər arasında keçirdiyi sorğu ilə bu suallara müəyyən qədər cavab tapmağa çalışıb.

Dərs, düşüncə və Dostoyevski

Şamaxı şəhəri 3 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Leyla Abbasova üçün yay tətilləri özünü tapmaq, biliyinin sərhədlərini genişləndirmək üçün bir dövrdür. O, gündəlik vaxtının bir hissəsini gəzməyə və sevdikləri ilə vaxt keçirməyə ayırsa da, dərslərdən tam uzaqlaşmır. Yeni dərs ilinə hazırlaşmaq, biliklərini möhkəmləndirmək üçün vaxtaşırı dərsliklərə də nəzər salır.

Amma Leylanı fərqləndirən ən əsas xüsusiyyət onun kitablara olan marağıdır. Yay günlərində Fyodor Dostoyevskinin "Cinayət və cəza" romanını oxuyan gənc bu cür ədəbi əsərləri təkcə bədii nümunə yox, həm də insan ruhuna işıq tutan psixoloji güzgü kimi qiymətləndirir. Onun sözlərinə görə, kitab oxumaq düşüncə çevikliyini və söz ehtiyatını artırır, insanı daha dərin və analitik təfəkkürə yönəldir.

Mütaliə və missiya

İsmayıllı şəhəri 2 nömrəli tam orta məktəbin X sinif şagirdi Ruhəngiz Qasımova yay tətilini liderlik bacarıqlarını inkişaf etdirmək, yeni biliklər qazanmaq və sosial layihələrdə iştirakla zənginləşdirir. Respublika Uşaq Səfirlər Məclisinin İsmayıllı üzrə nümayəndəsi olaraq tədbirlərdə fəal iştirak edir, ictimai çıxış və komanda işi bacarıqlarını təkmilləşdirir.

Oxumaq isə onun üçün sadəcə vərdiş deyil, daxili ehtiyacdır. Yayda Elxan Elatlının “Niyə susursan, polkovnik?” və Çingiz Aytmatovun “Gün var əsrə bərabər” əsərlərini oxuyan Ruhəngiz deyir: “Aytmatovun dərin fikirləri mənə yeni dünyalar açdı”.

O, mütaliənin məktəbə və həyata hazırlıqda necə böyük rol oynadığını anlayır və hər gün 40-60 dəqiqə oxumağa çalışır. Əlbəttə, zaman-zaman sosial şəbəkələr və telefon diqqətini yayındırır. Lakin Ruhəngiz düzgün vaxt bölgüsü ilə bu çətinliyi də aşmağa çalışır.

Gələcəyin müəllimi

Qobustan rayonu Ərəbşalbaş kəndi Sərvər Zahidov adına tam orta məktəbin XI sinif şagirdi Amil Cavadov isə vaxtının çoxunu evdə keçirərək dərslərinə fokuslanır. Gələcəyini planlayan Amilin ən böyük arzusu müəllim olmaqdır. Bu arzusu onu məsuliyyətli və məqsədyönlü edir.

Amil etiraf edir ki, hazırkı dərs yükü səbəbindən bədii kitab oxumağa çox vaxt ayıra bilmir. Amma mütaliənin onun danışıq qabiliyyətinə, fikir ifadə etmə tərzinə böyük təsir etdiyini vurğulayır. “Kitab oxumaq məni daha sərbəst danışmağa, fikirlərimi aydın izah etməyə kömək edir”, – deyə qeyd edir. Həmsöhbətimin sosial şəbəkələrə münasibəti isə tərifəlayiqdir. Onun fikrincə, bu platformalar düzgün istifadə olunarsa, biliklərini dərinləşdirmək üçün əvəzsiz vasitəyə çevrilə bilər.

Nizamlı həyatın kiçik nümunəsi

Ağsu şəhəri A.T.Nadirov adına 1 nömrəli məktəb-liseyin IX sinif şagirdi Şövkət Nemətli yay tətilini təkcə istirahət üçün deyil, həm də planlı öyrənmək üçün dəyərləndirir. Həftəlik cədvəli ilə müxtəlif fənləri günlərə bölərək təkrar edir. O həm də Uşaq Səfirlər Məclisinin sorğularında fəallıqla iştirak edir. Kitab oxumağa son illərdə marağının artdığını deyən Şövkət mütailə ilə yalnız sakit mühitdə məşğul ola bildiyini söyləyir. 

Kitablarla dostluğun uşaq yaşlarından başladığı yer

İsmayıllı şəhəri A.Aslanov adına 2 nömrəli tam orta məktəbin VII sinif şagirdi Elgiz Qasımov isə tətil günlərini fiziki və intellektual inkişafla birləşdirir. Səhərlər idman, gün ərzində ailəyə yardım və axşamlar dostlarla vaxt keçirmək onun tətil günlərinin ritmini təşkil edir. Bütün bunlarla yanaşı, onun ən sevdiyi məşğuliyyət mütaliədir. Yayın əvvəlində Cəlil Məmmədquluzadənin “Poçt qutusu” hekayəsini, hazırda isə “Koroğlu” dastanını oxuyan Elgiz üçün kitablar həm əyləncə, həm də inkişaf vasitəsidir. O, müəllimlərinin verdiyi oxu siyahısı əsasında hər gün 30-40 dəqiqə mütaliəyə zaman ayırır. Telefon və sosial şəbəkələrin cazibəsinə qapılsa da, Elgiz çalışır ki, bu alətləri öz xeyrinə yönəltsin. Onun hekayəsi bir daha sübut edir: mütaliə vərdişi nə qədər erkən formalaşsa, bir o qədər qalıcı və faydalı olur.

Şagirdlər üçün zahirən asudə vaxt olaraq görünən yay ayları əslində dərin formalaşma dövrüdür. Müsahibə aldığımız məktəblilər mütaliənin, planlı çalışmanın, sosial aktivliyin onların şəxsiyyətinə necə müsbət təsir etdiyini aydın şəkildə ortaya qoyurlar. Kitablarla dost olan, dərslərini planlayan, sosial şəbəkələrdən bilik platforması kimi istifadə etməyi bacaran bu yeniyetmələr gələcəyin savadlı müəllimləri, fəal vətəndaşları, düşünən fərdləridir. Onların yay tətillərinə verdiyi dəyər bir daha sübut edir ki, mütaliə sadəcə oxumaq deyil, həm də özünükəşf yoludur.

Şərhlər

Xəbər lenti

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

30 iyul, 12:23

Sabahın hava proqnozu açıqlanıb

30 iyul, 12:09

BANM-də Karyera və Məzunlar Mərkəzinin açılışı olub

30 iyul, 11:53

İdman üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyənlərin NƏZƏRİNƏ!

30 iyul, 11:46

BMU-İNHA ikili diplom proqramına sənəd qəbulunun vaxtı açıqlanıb

30 iyul, 11:36

Ötən ay xaricdə təhsil alan 567 nəfərin diplomu tanınıb

30 iyul, 11:24

Cavid Abdullayev: Bərpa olunan enerji üzrə kadrlara ciddi ehtiyac yaranacaq

30 iyul, 11:17

Bu il UFAZ-a rekord sayda abituriyent müraciət edib

30 iyul, 11:10

Sabahdan kolleclərə ixtisas seçimi başlayır

30 iyul, 11:04

Bəxtiyar Aslanbəyli: Sosial layihələrimizin əhəmiyyətli hissəsi təhsillə bağlıdır

30 iyul, 11:00

Bakıda ali məktəblərin sərgisi keçirilir

30 iyul, 10:48

Emin Əmrullayev: Peşə təhsilindəki gözləntilərlə mövcud reallıq arasında fərq var

30 iyul, 10:38

Nazir: Şuşadakı Peşə Mərkəzinin Qarabağ Universiteti nəzdində istifadəyə verilməsi planlaşdırılır

30 iyul, 10:33

Vəfadar Misirov: İmtahanlardakı qayda pozuntuları ilə bağlı bəzi şəxslər istintaqa cəlb olunub

30 iyul, 10:29

DİM builki keçid balları ilə bağlı açıqlama verdi

30 iyul, 10:20

Magistraturanın boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı açıqlandı

30 iyul, 10:16

Ali məktəblərə ixtisas seçimi avqustun ortalarında aparılacaq – DİM 

30 iyul, 09:54

Universitetə qəbul olmaq istəyən abituriyentlərin sayı plan yerlərindən iki dəfə çoxdur

30 iyul, 09:31

“Müasir metodist” layihəsinin növbəti müsahibə mərhələsi yekunlaşıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.