
“İstedadlı şagirdlərin aşkar edilməsi və onların potensiallarının inkişaf etdirilməsi dövlətimizin hər zaman prioritet məsələlərindən biri olub. Bu istiqamətdə bölgələrdə yeni lisey və gimnaziyaların açılması nəzərdə tutulub”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu “BilBacar” müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimində elm və təhsil nazirinin müavini Firudin Qurbanov deyib.
Firudin Qurbanov hər il müsabiqə və olimpiadalarda iştirak edən şagirdlərin sayının artdığını, onların göstərdikləri nəticələrin yüksəldiyini də xüsusi vurğulayıb. O, Bakı şəhəri və bölgələrdə fəaliyyət göstərən lisey və gimnaziyaların bu uşaqların yetişməsində böyük rolunun olduğunu nəzərə çatdırıb.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər