
“Yüksəliş” müsabiqəsinin İdarəetmə bacarıqları imtahanı 1 iyun 2025-ci il tarixində keçiriləcək.
“Azərbaycan müəllimi” xəbər verir ki, imtahanla bağlı təlimat və buraxılış vərəqəsi yaxın günlərdə iştirakçıların şəxsi kabinetinə göndəriləcək.
İmtahan iki sessiyada təşkil olunacaq. Saat 10:00-da başlayacaq birinci sessiyanın iştirakçıları üçün qeydiyyat 09:00-dan 09:45-ə qədər aparılacaq. İkinci sessiya isə saat 16:00-da start götürəcək və bu sessiyanın iştirakçıları imtahan mərkəzinə 15:00-dan 15:45-ə qədər daxil ola biləcəklər.
İdarəetmə bacarıqları imtahanı 3 saat 45 dəqiqə davam edəcək. İmtahan “Situasiya mühakimə testləri” blokunda 2 saat ərzində 62 tapşırıq, “Emosional zəka” blokunda 1 saat 45 dəqiqə ərzində 60 tapşırıq olmaqla, cəmi 122 tapşırıqdan ibarət olacaq.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər