Bütün xəbərlər
15 may, 14:57

Mayın 15-də Heydər Əliyev Mərkəzində ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdlərinin iştirakı ilə “Zəkaların mübarizəsi” olimpiadasının final mərhələsi keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə layihəsi olan olimpiadanın final mərhələsi ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilib. Bu mərhələ bilik yarışı və şahmat turnirindən ibarət olmaqla komanda yarışı formatında baş tutub.

Əvvəlcə Heydər Əliyev Mərkəzi ilə tanışlıq olub.

Final mərhələsinin rəsmi açılış mərasimində çıxış edən Heydər Əliyev Fondunun nümayəndəsi Cəmil Əliyev qeyd edib ki, Fondun fəaliyyətində əsas prioritet istiqamətlərdən biri təhsil sahəsidir. Fond, təhsilin inkişafı məqsədilə ölkənin bütün bölgələrində – hətta ən ucqar kəndlərində belə – yeni məktəb binalarının tikintisinə və mövcud məktəblərin əsaslı təmirinə xüsusi önəm verir. Bu layihələrin başlıca məqsədi şagirdlərimizin keyfiyyətli təhsil almasını təmin etməkdir.

Bildirilib ki, sözügedən tədbir şagirdlər arasında həm elmi biliklərin, həm də dostluq və sosial bacarıqların inkişafına yönəlib.

Çıxış edən Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev Elm və Təhsil Nazirliyi tərəfindən istedadlı şagirdlərin aşkar olunması və inkişaf etdirilməsi məqsədilə bir çox layihələrin həyata keçirildiyini, bu olimpiadanın da həmin təşəbbüslərdən biri olduğunu deyib. Fuad Qarayev olimpiadanın təşkilində əsas məqsədin gənc nəsildə strateji düşünmə, düzgün qərarvermə və liderlik bacarıqlarını inkişaf etdirmək olduğunu bildirib.

Fuad Qarayev finalda iştirak edən şagirdlərin müxtəlif regionları təmsil etdiyini vurğulayaraq bu yarışın həm bilik, həm də zəka üzərində qurulmuş bir mübarizə olduğunu diqqətə çatdırıb. Əlavə edib ki, bu tədbir həm də milli və mənəvi dəyərlərin təşviqinə, azərbaycançılıq ideyasının möhkəmləndirilməsinə xidmət edir.

Çıxışlardan sonra yarışlara start verilib.

Final mərhələsində bilik yarışı istiqaməti üzrə Bakı şəhərinin Xəzər, Nəsimi, Yasamal, Xətai, Nərimanov rayonları, Gəncə, Naxçıvan, Mingəçevir, Şəki şəhərləri, Abşeron, İsmayıllı, Lerik, Saatlı, Bərdə, Qazax, Qusar, Zəngilan, Neftçala rayonları, şahmat turniri üzrə isə Bakı şəhərinin Xətai, Xəzər, Sabunçu, Səbail, Yasamal rayonları, Gəncə, Naxçıvan, Sumqayıt, Şəki şəhərləri, Ağcabədi, Ağsu, Beyləqan, Cəbrayıl, Göyçay, Quba, Masallı, Neftçala, Tovuz rayonlarından olan komandalar mübarizə aparıb.

Bilik yarışı üzrə finalda iştirak hüququ əldə edən komanda sayı 18, iştirakçı sayı isə 108 nəfər olub. Olimpiadanın bilik yarışında məktəblilər riyaziyyat, rəqəmsal texnologiyalar, təbiət və humanitar elmlər, mədəniyyət və incəsənət sahələri üzrə sualları cavablandırıblar.

Şahmat turniri üzrə isə 12 müxtəlif regiondan 1 qalib komanda, Bakı şəhərindən 5 ən yaxşı komanda, Naxçıvan MR-dan 1 komanda olmaqla cəmi 90 iştirakçıdan ibarət 18 komanda final mərhələdə iştirak hüququ əldə edib.

Qeyd edək ki, yaxın günlərdə qaliblərin mükafatlandırılması həyata keçiriləcək.

Sözügedən olimpiadanın keçirilməsində əsas məqsəd müxtəlif sahələrdə bilik və bacarığı ilə seçilən istedadlı gəncləri aşkarlamaq, şagirdlərdə əməkdaşlıq, effektiv ünsiyyət, liderlik keyfiyyətləri, müzakirə mədəniyyəti, qərar vermə, komanda ilə işləmə, analitik və məntiqi düşünmə, planlaşdırma və strategiya qurma bacarıqlarını inkişaf etdirmək, onlar arasında sağlam rəqabət mühitini formalaşdırmaq və region gəncləri arasında ünsiyyət mühitini genişləndirməkdir.

1 /9

Şərhlər

Xəbər lenti

18 iyun, 22:07

 7 nəfərin imtahan nəticəsi ləğv edilib

18 iyun, 21:50

I və IV qruplar üzrə ən yüksək nəticəni onlar topladı

18 iyun, 21:35

l və IV qruplar üzrə qəbul imtahanının nəticələri açıqlandı

18 iyun, 21:00

Sabahdan sertifikasiyanın test mərhələsi üzrə apellyasiya başlayır

18 iyun, 20:29

Lənkəran-Astara regionunda sertifikatlaşdırmanın ilk günü necə keçdi? – REPORTAJ

18 iyun, 18:12

“Suallar çox yüksək səviyyədə tərtib olunmuşdu” – İmtahanda yüksək bal toplayan müəllimlər

18 iyun, 17:07

Sertifikatlaşdırmadan o da maksimum bal topladı – Fəridə müəllimin tövsiyələri 

18 iyun, 16:59

Naxçıvanda İmtahan Mərkəzinə infotur olub

18 iyun, 16:49

“Hər kəs əməyinə uyğun nəticə əldə edir” – Yüksək bal toplayan Naxçıvan müəllimləri

18 iyun, 16:41

Gəncə şəhərinin icra başçısı sertifikatlaşdırma prosesini izləyib

18 iyun, 16:37

Daha iki müəllim sertifikatlaşdırmada maksimum bal toplayıb

18 iyun, 15:57

“Müasir metodist” müsabiqəsi çərçivəsində təlimlər davam edir

18 iyun, 15:34

Cənub regionunda 184 müəllim sertifikatlaşdırmada iştirak edib

18 iyun, 14:57

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibləri üçün yay düşərgəsi keçiriləcək

18 iyun, 14:45

Azərbaycan və Çin universitetləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

18 iyun, 14:33

Sertifikatlaşdırmanın bugünkü test imtahanlarında 2019 müəllim iştirak edib

18 iyun, 14:27

Naxçıvanın komitə sədri: Sertifikatlaşdırma imtahanının keçirilməsi vacibdir

18 iyun, 14:22

Azad olunan ərazilərdə çalışan müəllimlər ilk dəfə sertifikasiyada iştirak ediblər

18 iyun, 13:33

Sertifikatlaşdırmadan uğurla keçənlər: İmtahan o qədər də çətin olmayıb

18 iyun, 13:29

AzMİU ilə Ankara Universiteti arasında əlaqələr genişlənir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.