· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Səkkizinci Bakı Kitab Bayramı

 

Yeni Yazarlar və Sənətçilər Qurumunun təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi, eləcə də Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi İQƏAİM-in təşkilat-texniki yardımı ilə bu ilin mart-iyun ayını əhatə edən VIII Bakı Kitab Bayramı - milli kulturoloji layihə həyata keçirilir.

 

Layihə çərçivəsində sərgi, ilin mədəniyyət, ədəbiyyat və kitab hadisələrini əhatə edən Milli Kulturoloji müsabiqə, görüşlər, müzakirələr və başqa tədbirlər təşkil olunur.

VIII Bakı Kitab Bayramı - Milli Kulturoloji Mükafat Komissiyası üzvlərinin son toplantısında müsabiqəyə təqdim olunmuş çoxsaylı (300-dən artıq) ədəbi-mədəni və kitab nəşr layihələrinin sırasında 33 iş uğurlu sayılmış, qaliblərin mükafatlandırılması qərara alınmışdır.

Mayın 26-da M.F.Axundov adına Milli Kitabxanada VIII Bakı Kitab Bayramı, Milli Kulturoloji layihənin əsas mərasimi - sərgi, ədəbi-mədəni ictimaiyyətin görüşü və mükafatlandırma yığıncağı keçirilmişdir. Builki mərasim Azərbaycan Xalq Cümhuriyyətinin 90, həmçinin xalq yazıçısı Mir Cəlalın (Paşayev) 100 illik yubileyinə həsr olunub.

Ədəbi-mədəni ictimaiyyətin - yazıçıların, naşirlərin, oxucuların iştirakçısı olduğu sərgi və mükafatlandırma mərasimində Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, yazıçı-kulturoloq Aydın Xan (Əbilov), M.F.Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov, Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin, Azərbaycan Yazıçılar Birliyinin nümayəndələri, eləcə də Misir Mədəniyyət Mərkəzinin məsul əməkdaşı, "Azərbaycan İnterneşnl" dərgisinin baş redaktoru Betti Bleyer və başqaları çıxış edərək təşkilatçıları təbrik etdilər. Daha sonra 2007-ci ilin ayrı-ayrı nominasiyaları arasında dəyərli mədəniyyət, ədəbiyyat, kitab-nəşr müəlliflərinin - Milli Kulturoloji mükafat sahiblərinin adları açıqlandı, fərqlənənlərə VIII Bakı Kitab Bayramının diplom və hədiyyələri verildi.

"Təhsil" nəşriyyatının "Heydər Əliyev məktəblilərin gözü ilə" (II kitab) toplusu ümummilli liderimizin həyat və dövlətçilik fəaliyyətinə həsr olunmuş respublika inşa müsabiqəsinin materiallarının yüksək poliqrafik səviyyədə nəşrinə və bununla da azərbaycançılıq ideologiyasını zənginləşdirdiyinə görə "2007-ci ilin təhsil-maarif kitabı" nominasiyasının qalibi mükafatına layiq görülmüşdür.

 

Nizami MİRZƏ