· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Böyük yazıçıya həsr olunmuş oxucu konfransı

Bakıdakı Y.Mirzəyev adına 44 nömrəli orta məktəbdə M.C.Paşayevin 100 illiyinə həsr olunmuş oxucular konfransı keçirildi.

 

Konfransı giriş sözü ilə məktəbin direktoru Səfərəli Səfərəliyev açaraq bildirdi ki, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan M.C.Paşayev ibtidai təhsilini Gəncədəki ruhani məktəbində almış, sonra pedaqoji texnikumu bitirərək müəllim işləmişdir. Daha sonralar ali təhsil alan Mir Cəlal ömrünün sonuna kimi Bakı Dövlət Universitetində çalışmışdır.

Məktəbin dil-ədəbiyyat müəllimi Şəfaqət Mirzəyeva qeyd etdi ki, M.C.Paşayevin yaradıcılığında xüsusi yer tutan "Bir gəncin manifesti" əsəri həm məzmunu, ideyası, həm də bədii mükəmməlliyi etibarilə yazıçının yaradıcılığında özünəməxsus yer tutur.

Sonra söz şagirdlərə verildi. IX sinif şagirdi Günay Zeynalova M.C.Paşayevlə bağlı çıxışında qeyd etdi ki, yeniliyi təsdiq, köhnəliyi inkar etmək, məişət, əxlaq və şüurlarda olan köhnəlik qalıqlarını acı kinayə ilə göstərmək M.C.Paşayevin yaradıcılığına məxsus cəhət idi.

IX sinif şagirdi Vüqar Nəcəfov, VII sinif şagirdi Sakit Babayev, VI sinif şagirdi Lalə Orucova və başqaları M.C.Paşayevin "Ərik ağacı", "Göz yaşı", "İmtahan", "Mirzə", "Badam ağacları", "Qardaş qanı" əsərlərindən epizodlar söylədilər.

 

Şakir CƏFƏROV

 

 

"İngilis dilini öyrənirik"

Mayın 26-da Bakının Xətai rayonundakı 287 nömrəli "Zəkalar" liseyində ikinci siniflərin iştirakı  ilə "İngilis dilini öyrənirik" adlı tədbir keçirildi. 

Kiçik "aktyorların" ifalarında ingilis dilində hazırlanan maraqlı  səhnəciklər və şeirlər tədbir iştirakçıları tərəfindən rəğbətlə  qarşılandı.

Tədbirdə  məktəbin şagirdlərindən Aqil, Sevinc, Seymur, Nigar, Fidan və başqaları ingilis dilində sülh haqqında şeirlər söylədilər. Onlar bütün dünyada yaşayan həmyaşıdlarına sülh və əminamanlıq arzuladılar.

Sonda məktəbin direktoru Aygün Əhmədli şagirdləri təbrik etdi, onlara dərslərində uğurlar arzuladı.

 

RƏŞAD