· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

15 iyun Qurtuluş Gününün 15 illiyinə həsr olunan inşa yazı müsabiqəsinin keçirilməsi barədə

ƏMR EDİRƏM:

1. 15 iyun Qurtuluş Gününün 15 illiyi ilə əlaqədar ümumtəhsil və texniki peşə təhsili müəssisələrinin VIII-XI sinif şagirdləri arasında inşa yazı müsabiqəsi keçirilsin.

2. Müsabiqənin əsasnaməsi təsdiq olunsun.

3. Naxçıvan MR təhsil naziri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Gəncə Şəhər Təhsil İdarəsinin, rayon, şəhər təhsil şöbələrinin müdirləri müsabiqənin yerlərdə lazımi səviyyədə keçirilməsini, inşa yazıların 5 iyun 2008-ci il tarixədək Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinə çatdırılmasını təmin etsin.

4. Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsi (A.İbrahimov) müsabiqənin keçirilməsi ilə əlaqədar təşkilati işləri həyata keçirsin.

5. İqtisadiyyat şöbəsi (H.Zeynalov) müsabiqə qaliblərinin mükafatlandırılması üçün 800 (səkkiz yüz) manat məbləğində vəsaitin ayrılmasını təmin etsin.

6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin etsin.

7. ümumi şöbə (İ.Mirzəyev) əmr və əsasnamənin çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.

8. Əmrin icrasına nəzarət nazir müavini E.Qasımova tapşırılsın.

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

 

23 may 2008-ci il

 

 

 

 

 

 

Əmrdə dəyişiklik olunması haqqında

Orta təhsil üzrə buraxılış imtahanlarının cavab kartı tətbiq olunmadan keçirilməsi nəzərdə tutulan  ümumtəhsil  məktəblərində  imtahan prosesinə  səmərəli  nəzarəti  təşkil  etmək məqsədilə

ƏMR EDİRƏM:

 

1. Nazirliyin "2007-2008-ci dərs ilində respublikanın ümumi təhsil müəssisələrində əsas və orta təhsil üzrə buraxılış imtahanlarının aparılması haqqında" 08 aprel 2008-ci il tarixli, 426 nömrəli əmrinin 6-cı bəndində dəyişiklik edilməklə aşağıdakı redaksiyada oxunsun:

"Orta təhsil kursu üzrə buraxılış imtahanları 3 astronomik saat vaxt verilməklə cavab kartı tətbiq edilən ümumtəhsil məktəblərində iyunun 6-sı saat 10.00-da, cavab kartı tətbiq olunmayan ümumtəhsil məktəblərində isə iyunun 10-u saat 10.00-da, əsas təhsil kursu üzrə buraxılış imtahanları 02-17 iyun tarixlərində keçirilsin".

2. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin etsin.

3. ümumi şöbə (İ.Mirzəyev) əmrin çoxaldılıb siyahı üzrə kənd rayonlarına göndərilməsini təşkil etsin.

4. Əmrin icrasına nəzarət nazir müavini İ.İsgəndərova həvalə olunsun.

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

 

26 may 2008-ci il

 

 

 

 

 

İmtahan işləri yoxlanan mərkəzlərin müəyyən olunması haqqında

Orta təhsil kursu üzrə buraxılış imtahan işlərinin yoxlanılıb qiymətləndirilməsi prosesinə səmərəli nəzarət olunmasını təmin etmək məqsədilə

ƏMR EDİRƏM:

1. Respublikanın kənd rayonlarında cavab kartı tətbiq olunmamaqla ayrı-ayrı imtahan mərkəzlərində keçirilən orta təhsil kursu üzrə buraxılış imtahan işlərinin yoxlanmasının bir mərkəzdə təşkil edilməsi məqsədəuyğun sayılsın.

2. İmtahan işlərinin yoxlanması nəzərdə tutulan mərkəzlərin yerləşdiyi məktəblərin siyahısı təsdiq edilsin.

3. Həmin rayonların təhsil şöbələrinə tapşırılsın:

3.1. İmtahan işlərinin qısa müddət ərzində yoxlanmasını təmin etmək üçün zəruri hallarda hər fənn üzrə bir neçə komissiya yaratsınlar.

3.2. İmtahanların nəticələri qeyd olunmuş hər bir məktəb üzrə şagirdlərin adlı siyahısının həmin məktəblərə vaxtında çatdırılmasını və imtahan protokollarının müəyyən olunmuş qaydada doldurulmasını təmin etsinlər.

4. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin əlavə ilə birlikdə "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin etsin.

5. ümumi şöbə (İ.Mirzəyev) əmrin əlavə ilə birlikdə çoxaldılıb kənd rayonlarına çatdırılmasını təşkil etsin.

6. Əmrin icrasına nəzarət nazir müavini İ.İsgəndərova həvalə olunsun.

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

 

27 may 2008-ci il

 

 

Şagirdləri cavab kartı tətbiq edilməməklə orta təhsil kursu üzrə buraxılış imtahanı keçirilən kənd rayonlarında imtahan işlərinin yoxlanılacağı mərkəzlərin yerləşdiyi məktəblər  haqqında məlumat