· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

 

Naxçıvan Dövlət Universitetinin prorektoru

 

Məmməd Rzayev müsabiqənin qalibi elan olundu

 

"Yeni Azərbaycan" qəzetinin ümummilli liderimiz Heydər Əliyevin 85 illiyi ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində elan etdiyi yazı müsabiqəsi yekunlaşmışdır. Müsabiqəyə start verildiyi 5 aprel 2008-ci il tarixindən may ayının 5-dək "Yeni Azərbaycan" qəzetinin elektron poçtuna ([email protected]) və qəzetin redaksiyasına 300-dən artıq məqalə təqdim olunmuşdur. Redaksiyaya ünvanlanan məqalələrdə ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrləri və istiqamətləri bu və ya başqa rakurslardan işıqlandırılmışdır. Məqalələr münsiflər heyəti tərəfindən dəyərləndirilmiş və müsabiqənin şərtlərinə görə ən yaxşı hesab olunan 6 yazının müəlliflərinin mükafatlandırılması qərara alınmışdır.

Beləliklə, Naxçıvan Dövlət Universitetinin prorektoru, filologiya elmləri doktoru Məmməd Rzayev müsabiqənin qalibi elan olunmuşdur.

Türkiyə Cümhuriyyəti Ege Universitetinin professoru Fikret Türkmən 2-ci, əməkdar jurnalist, AssA-İradə Xəbər Agentliyinin baş direktoru Fazil Güney (Abbasov) isə 3-cü yerə layiq görülmüşdür. Həmçinin "Şərq" qəzetinin yazarı Vəfa Allahverdiyeva, Ağstafa şəhəri 2 nömrəli orta məktəbin X sinif şagirdi Aynur Bilalova və Emil Abasov fərqlənmə diplomu və həvəsləndirici mükafatla təltif olunmuşlar.

Müsabiqədə ilk üç yeri tutmuş məqalələr qəzet vasitəsilə oxuculara təqdim edilmişdir.

Nizami MİRZƏ

 

 

 

Ali məktəblərarası futbol çempionatı davam edir

 

Naxçıvan Dövlət Universiteti birinciliyə daha çox iddialıdır

 

ümummilli lider Heydər Əliyevin anadan olmasının 85-ci  ildönümünə həsr olunmuş universitet tələbələri arasında keçirilən futbol üzrə I respublika çempionatının final və yarımfinal mərhələsinə çıxan universitetlərin adları məlum oldu.

 

Təhsil Nazirliyi və Azərbaycan Futbol Federasiyası Assosiasiyasının birgə təşkil etdiyi yarışda  Naxçıvan  Dövlət və Azərbaycan Kooperasiya universitetləri birinci yer uğrunda mübarizə aparacaqlar.

Təhsil-İdman Mərkəzinin direktoru Cəfər Hümbətovun sözlərinə görə, III yer uğrunda Lənkəran Dövlət Universiteti və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələri güclərini sınayacaqlar. Ulu öndərə həsr olunmuş çempionatda  32 ali məktəb iştirak edib. Bu günə kimi müxtəlif yerlərdə kifayət qədər görüşlər keçirilib. I, II və III yer uğrunda mübarizə aparan universitetlər məlum olub. Mayın 31-də saat 18.00-da final görüşü keçiriləcək. Birinci yer uğrunda Naxçıvan Dövlət Universiteti və Azərbaycan Kooperasiya Universiteti mübarizə aparacaq. Birinci yeri tutan komandaya 20 min manat, II yeri tutana 15 min manat, nəhayət, III yeri tutan komandaya isə 10 min manat pul mükafatı veriləcək.  Final yarışmasında  iştirak edən komandalara uğurlar və qələbələr arzulayırıq.

 

Rəşad ZİYADOV