Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

6 Avqust 2010 - 30

 

Şagird məhəbbəti qazanan müəllim

Bookmark and Share

Zinyət müəllimin qayğıkeşliyi haqqında çox eşitmişdim. 1969-cu ildə Gəncə Dövlət Pedaqoji İnstitutunu bitirdikdən sonra ilk əmək fəaliyyətinə Qax rayonundakı Qıpçaq kənd orta məktəbində başlayıb. Atası Nəsib müəllim də uzun müddət pedaqoji fəaliyyətlə məşğul olub. Elə Zinyət müəllim də atasının bu şərəfli yolunu davam etdirir.

Zinyət Məmmədova hazırda dərs dediyi təhsil ocağında kiçikyaşlı məktəblilərin təlim-tərbiyəsi ilə məşğul olur. Yaxşı bilir ki, şagirdlərin təlim-tərbiyəsi müəllimin şəxsi nüfuzundan, təşəbbüskarlığından çox asılıdır. O, axtarışı, yeniliyi çox sevir. Elə buna görə də öz dərslərində interaktiv təlim üsulundan, cütlər və qruplardan, əyləncəli məsələlərdən, didaktik oyunlardan böyük həvəslə istifadə edir.

Z.Məmmədova "Gözəl Vətən" və "Can Azərbaycan" mahnılarını tədris edərkən uşaqlarda Vətənə sonsuz məhəbbət hissi aşılayır. Azərbaycanın keçmişi və bu günü, onun əsrarəngiz təbiəti, təbii sərvətləri, əhalisi, milli ordumuz və düşmən əlindəki torpaqlarımızın tezliklə alınacağından böyük inamla söhbət açır.

Məlumdur ki, ibtidai siniflərdə dər

slərin tədrisi prosesində təlimin ən başlıca vəzifələrindən biri öyrənməyi öyrətməkdir. O, şagirdlərə müəllimi diqqətlə dinləmək, müstəqil işləmək, oxuduqlarını başa düşmək, təşəbbüskar və yaradıcı olmaq vərdişi aşılamağın son dərəcə vacib olduğunu yaxşı bilir. Mən onun dərslərini bir neçə dəfə dinləmişəm. Hər dəfə də böyük zövq almışam. Şagirdlərinin onu necə böyük maraqla dinlədiyinin də şahidi olmuşam. Bir dəfə də o, dərsin mövzusuna uyğun olaraq uşaqlara analar haqqında danışırdı. Onun səsindəki məlahət, səmimiyyət, baxışlarındakı mehribançılıq şagirdlərdə anaya - bu müqəddəs varlığa qarşı sonsuz bir sevgi və məhəbbət oyadırdı.

Bütün bunlarla yanaşı məktəbin həyətində iki qadının söhbəti heç yadımdan çıxmır. Həmin valideynlərdən biri o birinə deyir ki, mən uşağımı məktəbə bir il gecikdirdim ki, Zinyət müəllimin sinfində oxusun. Bax, mən onda  hiss etdim ki, Zinyət müəllimdə uşaqların  qəlbinə yol tapmaq, onları ələ almaq istedadı var. Öz dərslərini maraqlı qurmaq, hər bir şagirdə fərdi yanaşmaq məharəti, qayğıkeşliyi, səmimiliyi və tələbkarlığı onu hamıya bax, beləcə sevdirir.

Zinyət Məmmədovanın vaxtilə dərs dediyi şagirdlərinin arasında müxtəlif peşə, sənət sahibləri az deyil. Onlar tez-tez bu qayğıkeş müəllimləri ilə görüşürlər. Zinyət müəllim də onların həyatda qazandıqları uğurlara çox sevinir.

Biz də bu qayğıkeş, səmimi insan olan Zinyət müəllimə bütün işlərində uğurlar diləyir, həyatda isə ən şirin nemət olan cansağlığı arzulayırıq.

Elvira LƏBİBOVA

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

6 Avqust 2010 - 30

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul olunmuş tələbələrlə görüş keçirilib
 
Yunanıstanda Heydər Əliyev adına təqaüd təsis ediləcək
 
"İnformatika" dərsliyi istifadəyə veriləcək
 
Universitetlərarası əməkdaşlıq protokolu imzalanıb
 
"Qlobal Tələbə Mübadiləsi Proqramı"nın qalibləri ABŞ-da təhsil alacaqlar
 
Mingəçevirdə 3 yeni məktəb binası tikilib
 
"Xalq kompüteri" layihəsinin ikinci mərhələsi üzrə 7 min 893 kompüter satılıb
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Müasir dövrdə təhsilin məzmunu və onun idarə edilməsi
 
İxtisasartırma günün tələbidir
 
Süleyman Rüstəmin "Təbrizim" şeirinin tədrisi
 
Milli Qəhrəman Mübariz İbrahimovun ailə üzvləri ilə görüş keçirilib
 
Şagird məhəbbəti qazanan müəllim
 
Pedaqoji kollektivin sevinci
 
XX uluslararası Akçaabat musiqi və xalq oyunları festivalı
 
Uşaqlar yay istirahətlərini maraqlı keçirirlər
 
Təhsilə həsr edilən ömür
 
"Tarixi və çağdaş ədəbi prosesə  dair araşdırmalar"
 
Azərbaycanın Milli Qəhrəmanları
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov