Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

6 Avqust 2010 - 30

 

Azərbaycanın Milli Qəhrəmanları

Bookmark and Share

Əliyev Nadir Alış oğlu 

1962-ci il iyulun 30-da Ağdam rayonunun Əliağalı kəndində anadan olmuşdu. 1981-ci ildə Bakı Politexnik Texnikumunu, 1991-ci ildə DTK-nin F.E.Dzerjinsk adına ali məktəbi, 1993-cü ildə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdi. 1991-ci ildən Milli Təhlükəsizlik Nazirliyində həqiqi hərbi xidmətdə olan Nadir 1992-ci ildən etibarən MTN-nin Qarabağ üzrə İdarəsinin Ağdərə rayon bölməsində baş əməliyyat müvəkkili vəzifəsində çalışmışdı. 1993-cü ilin yanvarından MTN Ağdam rayon şöbəsinə baş əməliyyat müvəkkili vəzifəsinə təyin edilmişdi. N.Əliyev MTN-nin xüsusi təyinatlı hərbi dəstəsinin tərkibində Ağdərə rayonunun Sırxavənd kəndində erməni işğalçılarına qarşı gedən döyüşlərdə şəxsi rəşadət göstərmişdi.

N.Əliyev Ağdam rayonunun Qiyaslı kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

Ailəli idi. İki övladı var.

Azərbaycan Respublikası Prezidentinin 9 oktyabr 1994-cü il tarixli 218 nömrəli Fərmanı ilə Əliyev Nadir Alış oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakıda Şəhidlər xiyabanında dəfn olunub. Suraxanı rayonundakı 282 nömrəli orta məktəb onun adını daşıyır. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub.  

Əliyev Rövşən Nəriman oğlu              

1972-ci il avqustun 30-da Bakı şəhərində anadan olmuşdu. 1989-cu ildə paytaxtın Xətai rayonundakı 254 nömrəli orta məktəbi bitirmiş, Azərbaycan Dövlət Politexnik İnstitutunun maşınqayırma fakültəsinə daxil olmuşdu. 1990-cı ildə baş vermiş 20 Yanvar hadisələri Rövşəndə düşmənə qarşı nifrət hissi  yaratmışdı. O, 1991-ci ildə könüllü olaraq ordu sıralarına getmişdi. Ağdamın Sırxavənd, Qazançı kəndlərinin düşməndən azad edilməsində igidlik göstərmişdi. 1992-ci ildə Muğanlı, Şıxbabalı yüksəkliklərində mövqe tutaraq düşmənin canlı və texniki qüvvələrini məhv etmişdi. Elə həmin il mayın 13-də erməniləri Dəhraz kəndindən çıxarmaq məqsədilə Abdal kəndinə hücuma keçmişdilər. Kənd Rövşən kimi qəhrəman oğullarımızın mübarizəsi nəticəsində düşməndən azad edilmişdi.

R.Əliyev 1992-ci il iyunun 14-də ağır döyüşlər zamanı yaralı yoldaşlarını xilas edərkən özü qəhrəmancasına həlak olub.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 nömrəli Fərmanı ilə Əliyev Rövşən Nəriman oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakıda Şəhidlər xiyabanında dəfn olunub. 254 nömrəli orta məktəbə və Bakı şəhərindəki küçələrdən birinə onun adı verilib. 

Əmirov Faiq İsfəndiyar oğlu 

1975-ci il iyunun 22-də Zaqatala rayonunun Bəhmədli kəndində anadan olmuşdu. 1992-ci ildə doğma kəndlərindəki orta məktəbi bitirmişdi. Hələ orta məktəbdə oxuyarkən, 1988-ci ildən başlayaraq baş vermiş hadisələr onun psixoloji durumuna hədsiz təsir etmiş, onu vətənpərvər övlad kimi yetişdirmişdi. 1993-cü ildə Milli Ordu sıralarına çağırılmışdı. O, həmin dövrdə erməni təcavüzkarlarına qarşı doğma Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın Füzuli, Tərtər, Ağdərə bölgələri uğrunda gedən ağır döyüşlərdə böyük fədakarlıqla iştirak etmişdi.

1995-ci ilin martında dövlət çevrilişinə cəhdin qarşısının alınmasında Faiqin xidmət etdiyi batalyon da iştirak etmişdi.

F.Əmirov 17 mart 1995-ci ildə Azərbaycan Respublikasında dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı qəhrəmancasına həlak olub.

Subay idi.

Azərbaycan Respublikasının Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə  Əmirov Faiq İsfəndiyar oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bəhmədli kənd qəbiristanlığında dəfn olunub. Zaqatala şəhərindəki küçələrdən biri onun adını daşıyır. 

Əsədov Əsəd Soltan oğlu 

1956-cı il martın 22-də Zəngilan rayonunun Turabad kəndində anadan olmuşdu. 1975-ci ildə Mincivan qəsəbə orta məktəbini bitirdikdən sonra sovet ordusu sıralarına xidmətə çağırılmışdı. O, hərbi xidmətini başa çatdırdıqdan sonra Saratov vilayətinin Krasnokutsk şəhərindəki təyyarəçilik məktəbinin mülki  aviasiya şöbəsinə daxil olmuşdu.

Əsəd 1991-ci il oktyabrın 29-da doqquz nəfər döyüşçü ilə birlikdə Qarabağ istiqamətində səmaya qalxmışdı. Xocalı aeroportunu erməni işğalçılarından müdafiə etməyə can atan döyüşçülər Xanabad kəndi üzərindən uçarkən düşmən tərəfindən güclü atəşə tutulmuşdu. Azərbaycanın mərd, mübariz oğlu, cəsur komandir Ə.Əsədov elə həmin uçuş zamanı heyət üzvləri ilə birlikdə həlak olub.

Ailəli idi. Dörd övladı var.

Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 nömrəli Fərmanı ilə Əsədov Əsəd Soltan oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Zəngilan rayonunda dəfn olunub. Təhsil aldığı Turabad kənd orta məktəbi və Mincivan qəsəbəsindəki mərkəzi küçələrdən biri onun adını daşıyır. 

Əsədov Malik Hamil oğlu 

1962-ci il iyunun 27-də Yevlax rayonunun Havarlı kəndində anadan olmuşdu. 1979-cu ildə kəndlərindəki orta məktəbi bitirdikdən sonra ordu sıralarına çağırılmışdı. Hərbi xidmətini Qazaxıstanda başa çatdırmışdı. O, Mingəçevir şəhər 45 nömrəli Müstəqil Hərbiləşdirilmiş Yanğından Mühafizə hissəsində əmək fəaliyyətinə başlamışdı. Erməni işgalçılarına qarşı Xocalı, Əsgəran, Ağdam uğrunda gedən döyüşlərdə iştirak etmişdi. Malik 1992-ci il yanvarın 12-də silahlı döyüşçülərlə birlikdə Şuşanın müdafiəsinə yollanmışdı. Yanvarın 18-də ermənilər Şuşanın Nəbilər kəndinə hər tərəfdən hücuma keçmişdi. Azərbaycanın bu cəsur oğlu  həmin hücum zamanı ağır yaralanmasına baxmayaraq, işğalçı düşmənin bir neçə canlı qüvvəsini məhv etmişdi.

M.Əsədov elə həmin döyüşdə qəhrəmancasına həlak olub.

Ailəli idi. Üç övladı var.

 Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 nömrəli Fərmanı ilə Əsədov Malik Hamil oğlu  ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Doğulduğu Havarlı kəndində dəfn olunub. Təhsil aldığı kənd orta məktəb onun adını daşıyır. Həmin məktəbdə və Mingəçevir şəhərində- işlədiyi idarənin önündə büstü qoyulub. 

Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya
Mərkəzinin materialları əsasında
hazırladı: Ədalət DAŞDƏMİRLİ

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

6 Avqust 2010 - 30

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul olunmuş tələbələrlə görüş keçirilib
 
Yunanıstanda Heydər Əliyev adına təqaüd təsis ediləcək
 
"İnformatika" dərsliyi istifadəyə veriləcək
 
Universitetlərarası əməkdaşlıq protokolu imzalanıb
 
"Qlobal Tələbə Mübadiləsi Proqramı"nın qalibləri ABŞ-da təhsil alacaqlar
 
Mingəçevirdə 3 yeni məktəb binası tikilib
 
"Xalq kompüteri" layihəsinin ikinci mərhələsi üzrə 7 min 893 kompüter satılıb
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Müasir dövrdə təhsilin məzmunu və onun idarə edilməsi
 
İxtisasartırma günün tələbidir
 
Süleyman Rüstəmin "Təbrizim" şeirinin tədrisi
 
Milli Qəhrəman Mübariz İbrahimovun ailə üzvləri ilə görüş keçirilib
 
Şagird məhəbbəti qazanan müəllim
 
Pedaqoji kollektivin sevinci
 
XX uluslararası Akçaabat musiqi və xalq oyunları festivalı
 
Uşaqlar yay istirahətlərini maraqlı keçirirlər
 
Təhsilə həsr edilən ömür
 
"Tarixi və çağdaş ədəbi prosesə  dair araşdırmalar"
 
Azərbaycanın Milli Qəhrəmanları
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov