· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Təhsil Nazirliyinin məlumatı

Təhsil Nazirliyi bildirir ki, "Loğman" Səhmdar Cəmiyyətinin təsərrüfat hesablı tibb məktəbi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 fevral 1996-cı il tarixli 16 nömrəli qərarı ilə qeydiyyata alınmışdır. Bu vaxta qədər onun fəaliyyətinə Təhsil Nazirliyi tərəfindən lisenziya verilməmiş, məktəb yalnız Nazirlər Kabinetinin qərarı əsasında fəaliyyət göstərmişdir.

Fəaliyyəti dövründə (1996-2007-ci illər) "Loğman" təsərrüfat hesablı tibb məktəbinin məzunlarına Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli diplomlar verilməmişdir.

2006-cı ildə Təhsil Nazirliyinin vəsatəti əsasında Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən "Loğman" təsərrüfat hesablı tibb məktəbinə tələbə qəbulu dayandırılmışdır. Lakin 2007-ci ildə yeni dərs ilinin başlanğıcında Təhsil Nazirliyinə "Loğman" təsərrüfat hesablı tibb məktəbinə qanunsuz tələbə qəbulunun davam etdirildiyi barədə məlumat daxil olmuşdur.

Məlumat Təhsil Nazirliyinə daxil olan kimi, bu barədə Respublika Prokurorluğuna məktub göndərilmiş və məktəbin dövlət qeydiyyatının ləğvi ilə bağlı Nazirlər Kabineti qarşısında vəsatət qaldırılmışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2007-ci il tarixli 221 nömrəli qərarı ilə "Loğman" təsərrüfat hesablı tibb məktəbinin dövlət qeydiyyatı ləğv olunmuşdur.