|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Hörmətli qonağın şərəfinə
Yanvarın 14-də Azərbaycan Prezidentinin xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın adından Gürcüstan Prezidenti Mixail Saakaşvilinin xanımı Sandra Elizabet Rulofsun şərəfinə nahar verilmişdir.
Gürcüstanın
birinci xanımı Sandra Elizabet Rulofs Bülbül adına Orta
İxtisas Musiqi Məktəbində olub Azərbaycanda səfərdə olan Gürcüstanın
birinci xanımı Sandra Elizabet Rulofs yanvarın 12-də Bülbül
adına Orta İxtisas Musiqi Məktəbinə gəlmişdir.
Məktəbin foyesində Sandra Rulofsa
və qonağı müşayiət edən Ailə, Qadın
və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin sədri Hicran Hüseynovaya gül-çiçək
dəstəsi təqdim olundu. Məktəbin direktoru Nigar Cərullaqızı
rəhbərlik etdiyi təhsil ocağının
fəaliyyəti haqqında məlumat verdi. Gürcüstan
Prezidentinin xanımı kamera orkestrinin ifasında Ştrausun,
Şopenin və digər tanınmış
bəstəkarların əsərlərinə qulaq asdı.
Qonaq xalq çalğı alətləri, skripka şöbələrində
keçirilən fərdi dərslərdə iştirak etdi. Məktəbin şagirdlərinin ifasında
səslənən dahi bəstəkarların
əsərləri Gürcüstanın birinci xanımını
və onunla birgə səfərdə olan Zakariya Paliaşvili
adına 1 nömrəli musiqi mərkəzinin nümayəndələrini
valeh etdi. Fortepiano şöbəsinin şagirdlərinin
istedadı isə qonaqları riqqətə gətirdi.
Azərbaycanın xalq şairi Səməd Vurğunun
nəticəsi Vurğun Vəkilovun Macarıstan
bəstəkarı Ferents Listin fortepianoda ifa etdiyi
"12-ci etüdü" Sandra Rulofsa xoş təsir bağışladı.
Qonaq balaca Vurğuna uğurlar arzulayaraq onunla xatirə
şəkli çəkdirdi. Xalq çalğı alətləri orkestri
və məktəbin "Qız Qalası" xorunun ifasını
dinləyən Sandra Rulofs Azərbaycan musiqi
mədəniyyətinin qədimliyinə və
zənginliyinə bir daha əmin oldu. Sonda Gürcüstanın birinci xanımına
dahi Azərbaycan bəstəkarları üzeyir Hacıbəyov,
Qara Qarayev və Fikrət Əmirovun klabirləri və not
materialları hədiyyə edildi. Burada gördüklərindən məmnun qaldığını
söyləyən Sandra Rulofs məktəbin rəhbərliyi
və şagirdlərini Gürcüstana dəvət etdi. Sandra Rulofs məktəbin direktoruna özünün
müəllifi olduğu "Rasskaz idealistki" avtobioqrafik
əsərini hədiyyə etdi.
|