· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Əmrlər, sərəncamlar

 

20 Yanvar  faciəsinin on səkkizinci ildönümünün qeyd edilməsi barədə

 

ƏMR EDİRƏM:

 

1. 20 Yanvar  faciəsinin on səkkizinci ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilsin (əlavə olunur).

2. Tədbirlər planına müvafiq olaraq ali, orta ixtisas, texniki peşə, ümumtəhsil, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrində yanvar ayının 14-dən 20-dək Azərbaycanın azadlığı uğrunda mübarizədə həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş geniş tədbirlər həyata keçirilsin.     

3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmr və tədbirlər planının "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin etsin.

4. Əmrin icrasına nəzarət nazir müavini E.Qasımova tapşırılsın.

 

Təhsil naziri: Misir MƏRDANOV