· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

   

Bakı şəhərində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialının açılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkədə təhsil sahəsində genişmiqyaslı islahatlar proqramı həyata keçirilir, özəl sektor formalaşır, respublikanın beynəlxalq təhsil məkanına inteqrasiyası prosesi sürətlənir.

Azərbaycan vətəndaşlarının Rusiya Federasiyasının nüfuzlu ali məktəblərində təhsil almaq istəyi respublikada yüksək səviyyədə tədris həyata keçirən mötəbər bir universitetin filialının açılmasına zərurət yaratmışdır.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rəhbərliyinin Bakı şəhərində universitetin filialının açılması ilə bağlı təklifini nəzərə alaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti öz səlahiyyətləri daxilində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının açılması və onun maddi-texniki bazasının yaradılması ilə bağlı məsələləri həll etsin.

2. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 15 yanvar 2008-ci il.