Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

07 May 2010 - 17

 

Montana ştatı Dövlət Universitetinin tələbəsi Heydər Əliyev adına illik mükafata layiq görülüb.

Bookmark and Share

Montana ştatı (ABŞ) Dövlət Universitetinin tələbəsi Kolin Daniel Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) haqqında kursun əla səviyyədə hazırlanmasına və aparılmasına görə 2010-cu ildə Heydər Əliyev adına mükafata layiq görülmüşdür.

Azərbaycana və Avrasiya regionuna həsr edilmiş tədqiqatlarda xüsusilə fərqlənmiş amerikalı tələbələr üçün Heydər Əliyev adına illik mükafat 2008-ci ildə Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğu tərəfindən təsis edilmişdir.

Baş konsul Elin Süleymanov universitetdə olarkən mükafatı sahibinə təqdim etmişdir. Azərbaycan təmsilçisi amerikalı tələbələrin məlumatlılıq səviyyəsinin yüksək olduğunu qeyd edərək xatırlatmışdır ki, bütün region, o cümlədən QDİƏT çərçivəsində rifahın yüksəldilməsinə yönəlmiş əməkdaşlıq ideyaları ümummilli lider Heydər Əliyevin strateji siyasətinin əsasını təşkil edirdi. Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi regional inteqrasiya siyasətində də məhz bu yanaşma öz əksini tapır.

Sonra universitetin təhsildə ən çox fərqlənən tələbələrinə xatirə hədiyyələri təqdim edilmişdir.

Montana ştatı Dövlət Universitetinin siyasi elmlər fakültəsində QDİƏT haqqında kursu professor Tomas Holts tədris edir. Çox populyar olan bu kursun interaktiv modelləşdirmə formasında tədris edilməsi tələbələrin regional mövzuları daha dərindən öyrənmələrinə kömək edir, diplomatiya və beynəlxalq danışıqlar sahəsində faydalı vərdişləri inkişaf etdirməyə imkan verir. Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğu bu kursun tədris edilməsini dəstəkləyir.

E.Süleymanov Montanaya səfəri çərçivəsində universitetin Energetika mərkəzinin müəllim və tələbələri üçün seminar keçirmişdir. Baş konsul enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu, habelə ölkə rəhbərliyinin alternativ enerji mənbələrinin inkişafına və ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş siyasəti barədə söhbət açmışdır. Bu siyasətə əyani nümunə kimi Prezident İlham Əliyev tərəfindən elan edilmiş "Ekologiya ili" çərçivəsində ARDNŞ-in çirklənmiş ərazilərin təmizlənməsi üzrə fəaliyyəti qeyd edilmişdir.

AzərTAc

 
Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
07 May 2010 - 17
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 80 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik yubileyinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Prezident İlham Əliyev Cəlilabadda şahmat məktəbinin açılışında iştirak edib
 
Montana ştatı Dövlət Universitetinin tələbəsi Heydər Əliyev adına illik mükafata layiq görülüb
 
"Heydər Əliyev məktəbi"nin növbəti məşğələsi
 
Təhsil müəssisələrində ümummilli lider Neydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir
 
Heydər Əliyev milli təhsil sisteminin qurucusudur
 
Bakı Slavyan Universitetində I Beynəlxalq elmi konfrans öz işinə başlayıb
 
Milli təhsilimizin himayədarı
 
Təhsil Nazirliyinin kollegiya iclasında
 
Beynəlxalq Mendeleyev Olimpiadası başa çatdı
 
"Ulu öndər Heydər Əliyevi düşünərkən..." inşa müsabiqəsinin qalibləri mükafatlandırıldılar
 
İstedadlarla işə həsr olunan konfransın yekun toplantısı
 
Mayın 4-də təhsil naziri Misir Mərdanov Fransa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qabriel Keller ilə görüşüb
 
Akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş elmi-praktik konfrans
 
"Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir" Azərbaycan Respublikası təhsil nazirinin müavini İsgəndər İsgəndərovla müsahibə
 
Naxçıvan Dövlət Universitetində xalq şairi, Sosialist Əməyi Qəhrəmanı Rəsul Rzanın anadan olmasının 100 illiyi ilə bağlı elmi konfrans keçirilmişdir
 
Şeir və mahnı müsabiqəsinə yekun vuruldu
 
"Biz qələbənin varisləriyik"
 
Bakı Dövlət Universitetində elmi-praktik konfrans
 
Vətən sevgisi ilə döyüşənlər
 
Qələbədə payı olanlar
 
Qələbənin 65 illiyi Xalq Təhsili Muzeyində qeyd edildi
 
Veteranlar göstərdikləri şücaətlərdən danışdılar
 
Acı uşaqlıq xatirələrimdən
 
Balaca rəssamın fərdi sərgisi
 
İdmanda birinci, dərslərdə əlaçı
 
Ağcabədidə məktəblərarası futbol birinciliyinə yekun vurulub
 
Dünya universitetləri: Honq Konq Elm və Texnologiya Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov