Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

07 May 2010 - 17

 

Təhsil müəssisələrində ümummilli lider Neydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir

Bookmark and Share

Naxçıvan  Dövlət  Universitetində  xalqımızın  ümummilli  lideri  Heydər  Əliyevin anadan  olmasının  87-ci ildönümünə  həsr  olunan   fakültələrarası  viktorina keçirildi.

Bilik  yarışmasından əvvəl  çıxış  edən  universitetin tərbiyə işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru Məmməd Rzayev viktorinanın  keçirilməsində  məqsədin tələbələrin  dahi  öndər, parlaq  şəxsiyyət  Heydər  Əliyevin həyat və fəaliyyətini  dərindən  öyrənmələrindən və bu  sahədəki biliklərinin artırılmasından ibarət  olduğunu diqqətə  çatdırdı,  bütün komandalara uğurlar dilədi.

NDU Tələbə Gənclər Təşkilatının sədri, Azərbaycan TGTİ İctimai Birliyinin sədr müavini Arzu Abdullayev  yarışmanın  məqsəd və vəzifələrindən danışdı,  viktorinanın şərtləri haqqında ətraflı məlumat verdi.

3 turdan  ibarət olan yarışmada  universitetin 10  fakültəsinin və magistratura şöbəsinin komandaları    birincilik  uğrunda gərgin   mübarizə apardılar. Finala  vəsiqə  qazanan  komandalar  universitetin  hüquq  fakültəsinin "Fikir", fizika-riyaziyyat fakültəsinin "Şərqin qapısı" və iqtisad fakültəsinin "Vətən" komandaları oldular. Yüksək  zəka və fəallıq nümayiş etdirən "Vətən" komandası  birincilik qazandı.

Qalib komandalara NDU Tələbə Həmkarlar Komitəsi tərəfindən diplomlar və xatirə hədiyyələri təqdim edildi.

***

Naxçıvan Özəl Universitetində Heydər Əliyev lektoriyasının növbəti məşğələsi keçirilmişdir.

"Heydər Əliyevin işi və əməlləri yaşayır" mövzusunda məşğələ başlanmazdan əvvəl ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Lektoriyanı giriş sözü ilə universitetin tədris və elmi işlər üzrə prorektoru, tarix elmləri namizədi, dosent İbrahim Kazımbəyli açaraq dahi şəxsiyyət Heydər Əliyevin müasir Azərbaycan dövlətinin yaranmasında, inkişafı və beynəlxalq aləmdə tanınmasında göstərdiyi misilsiz xidmətlərindən danışmışdır.

Qeyd olunmuşdur ki, ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqının tarix boyu yetişdirdiyi nadir şəxsiyyətlərdən biri olaraq bu gün də milyonlarla insanın qəlbində yaşayır. Həyatının mənasını xalqa və dövlətə xidmətdə görən ulu öndərimiz bu müqəddəs  amal uğrunda ən çətin sınaqlara mərdliklə sinə gərən millət fədaisi kimi daim böyük ehtiramla, rəğbətlə xatırlanır.

Bildirilmişdir ki, Heydər Əliyevin həyat və fəaliyyəti böyük bir məktəbdir və daim öyrənilməlidir. Bir daha vurğulanmışdır ki, ümummilli liderimiz əbədiyaşarlıq qazanmışdır. Azərbaycan xalqı, bütün türk dünyası və qədirbilən bəşəriyyət onu heç vaxt unutmayacaqlar.

***

Aprelin 29-da Bakıdakı 42 nömrəli orta məktəbdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə "Bir dahinin ad günüdür" adı ilə gül bayramı - təntənəli tədbir keçirilib. Məktəbin foyesində və geniş dəhlizində şagirdlərin Heydər Əliyevin ildönümünə həsr etdikləri müxtəlif səpgili əl işləri sərgilənib. Kətanlarda əl ilə çəkilmiş rəsmlər, toxuculuq işləri, respublikamızın dövlət atributlarını, xəritəsini və tarixi abidələrini nəfis şəkildə əks etdirən müxtəlif rəngli muncuqlardan hazırlanmış işlər qonaqların marağına səbəb olub.

Sonra qonaqlar, məktəbin müəllim və şagirdləri akt zalına toplaşıblar. Azərbaycanın Dövlət himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Firəngiz Həmidova ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, misilsiz xidmətlərindən qısa məlumat verib. Ümummilli liderin anadan olmasının 87-ci ildönümü münasibətilə belə tədbirlərin bütün ümumtəhsil məktəblərində və digər sahələrdə qeyd edildiyini vurğulayıb.

Məktəbin kiçikyaşlı şagirdləri ulu öndərə və onun layiqli davamçısı Prezident İlham Əliyevə həsr edilmiş müxtəlif şeirlər söyləyib, mahnılar oxuyublar. Monitor vasitəsilə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən film nümayiş etdirilib.

Çıxışlarda müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu Heydər Əliyevin 50 milyonluq azərbaycanlılar tərəfindən həmişə hörmətlə anılacağı və sevgi ilə xatırlanacağı qeyd edilib.

***

 Aprelin 27-də Bakıdakı 15 nömrəli orta məktəbdə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə tədbir keçirildi. Məktəbin direktoru Şəhla Əmrahova tədbir iştirakçılarına ömrünü, taleyini, bütün varlığını xalqına bağışlayan əvəzolunmaz şəxsiyyət, xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat yolu, misilsiz xidmətləri haqqında geniş məlumat verdi. Qeyd edildi ki, Heydər Əliyev xalqı üçün, Vətəni üçün yaşadı, yaratdı. O, sevgisini öz əməlləri ilə sübuta yetirdi. Müstəqil Azərbaycanın həm rəhbəri, həm də memarı olan bu dahi şəxsiyyət xalqımız yaşadıqca yaşayacaqdır.

Tədbirin aparıcıları Aygün və Arzu ulu öndər Heydər Əliyevin xalqımız üçün misilsiz xidmətlərindən danışdılar. Onlar şagirdlərin ümummilli lider Heydər Əliyevə həsr etdikləri əl işlərini nümayiş etdirdilər.

Şagirdlər Heydər Əliyevə həsr etdikləri mahnı, şeir və rəqslərlə həmin günü daha da yaddaqalan etdilər.

Tədbirin sonunda ulu öndərə həsr olunan film nümayiş olundu.

***

Bakıdakı A.Eyvazov adına 275 nömrəli orta məktəbdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr edilmiş "Ulu öndər və Azərbaycan məktəbi" mövzusunda tədbir və gül bayramı keçirilib.

Tədbir iştirakçıları məktəbin foyesində və dəhlizində açılmış şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Toplantını giriş sözü ilə açan məktəbin direktoru Elmira İsmayılova ulu öndərin anadan olmasının ildönümü münasibətilə keçirilən tədbirin təsadüfi xarakter daşımadığını, ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin daima qəlblərdə yaşadığının bariz nümunəsi olduğunu qeyd edib. O, ulu öndərin 2002-ci ildə bu təhsil ocağında olmasından və görüş zamanı tövsiyə xarakterli, dərin məzmunlu çıxışından söz açıb. Ulu öndərin bu gəlişindən ruhlanan məktəbin müəllim və şagirdlərinin sonrakı illərdə daha yeni nailiyyətlər əldə etdiklərini diqqətə çatdırıb.

Sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Çıxış edənlər dünya siyasətinin nəhəngi, Azərbaycan xalqının müdrik oğlu, müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu Heydər Əliyevin uzaqgörən siyasətindən, xalqı üçün yaratdığı xarüqələrdən, ömrünü Vətəninə və millətinə həsr etməsindən söz açıblar. Natiqlər, bu gün ümummilli lider Heydər Əliyevin siyasətini ləyaqətlə davam etdirən hörmətli Prezidentimiz İlham Əliyev cənablarının gərgin əməyi sayəsində ölkəmizin gündən-günə çiçəklənməsindən, xalqımızın firavan yaşamasından danışıblar.

Sonra məktəbdə çoxdan yaradılmış, son zamanlar zənginləşdirilərək yeniləşdirilmiş "Ulu öndər və Azərbaycan məktəbi" guşəsinin açılışı olub. Açılışdan sonra bir sıra müsabiqə və yarışların qalibi olmuş məktəbin müəllim və şagirdlərinə medallar, diplomlar və fəxri fərmanlar təqdim edilib.

Söz şagirdlərə verilib. Onlar ümummilli lider Heydər Əliyevə həsr edilmiş mahnılar oxuyub, şeirlər söyləyiblər. Monitor vasitəsilə ulu öndərin həyat və fəaliyyətindən bəhs edən görüntülər nümayiş etdirilib. Ümummilli liderin layiqli davamçısı hörmətli Prezidentimiz İlham Əliyevin apardığı daxili və xarici siyasəti işıqlandıran görüntülər də monitor vasitəsilə göstərilib.

***

Respublikamızın bütün bölgələrində olduğu kimi, Bərdə rayonunda da ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilir. Belə tədbirlərdən biri də rayon təhsil şöbəsi və Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının birgə keçirdikləri "Bir xalqın borclu olduğu soyad" mövzusundakı inşa müsabiqəsidir. Müsabiqədə ümumtəhsil məktəblərindən 120 şagird iştirak edib. Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən inşalar münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Qaliblər fəxri diplom və hədiyyələrlə mükafatlandırılıblar.

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
07 May 2010 - 17
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 80 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik yubileyinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Prezident İlham Əliyev Cəlilabadda şahmat məktəbinin açılışında iştirak edib
 
Montana ştatı Dövlət Universitetinin tələbəsi Heydər Əliyev adına illik mükafata layiq görülüb
 
"Heydər Əliyev məktəbi"nin növbəti məşğələsi
 
Təhsil müəssisələrində ümummilli lider Neydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir
 
Heydər Əliyev milli təhsil sisteminin qurucusudur
 
Bakı Slavyan Universitetində I Beynəlxalq elmi konfrans öz işinə başlayıb
 
Milli təhsilimizin himayədarı
 
Təhsil Nazirliyinin kollegiya iclasında
 
Beynəlxalq Mendeleyev Olimpiadası başa çatdı
 
"Ulu öndər Heydər Əliyevi düşünərkən..." inşa müsabiqəsinin qalibləri mükafatlandırıldılar
 
İstedadlarla işə həsr olunan konfransın yekun toplantısı
 
Mayın 4-də təhsil naziri Misir Mərdanov Fransa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qabriel Keller ilə görüşüb
 
Akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş elmi-praktik konfrans
 
"Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir" Azərbaycan Respublikası təhsil nazirinin müavini İsgəndər İsgəndərovla müsahibə
 
Naxçıvan Dövlət Universitetində xalq şairi, Sosialist Əməyi Qəhrəmanı Rəsul Rzanın anadan olmasının 100 illiyi ilə bağlı elmi konfrans keçirilmişdir
 
Şeir və mahnı müsabiqəsinə yekun vuruldu
 
"Biz qələbənin varisləriyik"
 
Bakı Dövlət Universitetində elmi-praktik konfrans
 
Vətən sevgisi ilə döyüşənlər
 
Qələbədə payı olanlar
 
Qələbənin 65 illiyi Xalq Təhsili Muzeyində qeyd edildi
 
Veteranlar göstərdikləri şücaətlərdən danışdılar
 
Acı uşaqlıq xatirələrimdən
 
Balaca rəssamın fərdi sərgisi
 
İdmanda birinci, dərslərdə əlaçı
 
Ağcabədidə məktəblərarası futbol birinciliyinə yekun vurulub
 
Dünya universitetləri: Honq Konq Elm və Texnologiya Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov