Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

07 May 2010 - 17

 

Akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş elmi-praktik konfrans

Bookmark and Share

Aprelin 30-da Bakı Pedaqoji  Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda  görkəmli elm xadimi, tanınmış oftalmoloq Zərifə xanım  Əliyevanın anadan olmasının 87-ci  ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirildi. Mərasimdə  Zərifə xanım Əliyevanın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.    

Rektor  Asəf Zamanov  konfransı giriş sözü ilə  açaraq  Zərifə xanım Əliyevanın tibb elminin inkişafındakı  xidmətlərindən, bu sahədə  yaratdığı  fundamental  əsərlərdən,  qazandığı misilsiz nailiyyətlərdən söz açdı. Bildirdi ki,  Zərifə xanım  Əliyeva aspiranturanı bitirib elmi əməkdaş kimi fəaliyyət göstərdiyi illərdə  respublikanı traxoma xəstəliyi ağuşuna almışdı. O vaxtlar  bu xəstəliyə qarşı təsirli müalicə üsulların olmasından onunla  mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə ölkənin səhiyyəsi üçün vacib idi.  Belə bir dövrdə  Zərifə xanım traxoma  xəstəliyinə qarşı aparılan  müalicəvi və profilaktik tədbirlərin  keçirilməsində fəal iştirak edirdi.  Beləliklə, Zərifə xanımın ilk elmi araşdırmalarının  mövzusunu həyat özü müəyyənləşdirdi.1960-cı ildə uğurla müdafiə etdiyi "Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomitsinlə müalicəsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etdiE Görkəmli oftalmoloq-alim, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 160-a yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.

Azərbaycan Tibb Universitetinin oftalmologiya kafedrasının müdiri, professor Paşa Qəlbinur "Alim, həkim, insan" adlı məruzəsində  Zərifə xanım  Əliyevanı  fenomen adlandırdı, Azərbaycanda nadir  şəxsiyyətlərdən biri, çoxşaxəli istedad sahibi kimi səciyyələndirdi. Qeyd etdi ki, Azərbaycan oftalmologiya elmi bilavasitə Zərifə xanımın adı ilə bağlıdır. Bu elmin ən zəngin çalarları görkəmli alim tərəfindən öyrənilmiş və elmə məlum olmayan bir çox yeniliklər  ixtira edilmişdir. Professor elm sahəsində  qazandığı uğurlara  görə Zərifə xanımın  ixtiralarından bəhrələndiyini qeyd etdi.

Bakı PKİYİ-nin  kitabxanasının müdiri  Güldanə  Mehdiyeva   "Nur və həyat rəmzi" mövzusunda  geniş məruzəsində  qeyd etdi ki, çox vaxt  insanın dünyaya gəldiyi fəsillə onun təbiətində uyğunluq olur. Bu cəhətdən akademik Zərifə xanım   Əliyevanı  "bahar təbiətli" adlandırmaq olar. Çünki  görkəmli oftalmoloq-alim, qayğıkeş həkim, ən yaxşı ana, fədakar həyat yoldaşı  Zərifə xanım  Əliyeva  təbiətin oyandığı, torpağın canlandığı, istinin və işığın artdığı bir fəsildə  dünyaya göz açmışdır. Onun elmi  fəaliyyətinin istiqamətlərindən biri  gözün  oftalmoloji, histomikroskopik və histokimyəvi  tədqiqinə həsr edilmişdir. Zərifə xanımın  elmi fəaliyyətinin  digər sahələrindən biri  klinik-diaqnostik istiqamətdə apardığı tədqiqatlardır ki, onların da nəticələri həkimlər üçün yazılmış dərs vəsaiti və monoqrafiyalarda cəmlənmişdir.

ATU-nin Oftalmologiya kafedrasının dosenti  Solmaz İsayeva Zərifə xanımla bağlı xatirələrindən, psixologiya  elmləri namizədi  Hökümə Əliyeva, Təbiət elmləri kafedrasının müdiri  Zərifə Dəmirova, pedaqoji elmlər namizədi  Fikrət Əliyev çıxışlarında  böyük alim, zəkalı qadın, qayğıkeş ana, nəcib və xeyirxah şəxsiyyət  Zərifə xanım Əliyevanın tibb elminə verdiyi tövhələrdən söz açdılar.

Sonda rektor Asəf Zamanov  böyük oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinin daim qəlblərdə yaşayacağını, yaddaşlardan  heç vaxt silinməyəcəyini vurğulayaraq, dedi ki, dahilər heç vaxt ölmürlər, onlar ən sevimli bəndələr kimi Tanrı dərgahına qovuşurlar.

Sifai SƏFƏROVA

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
07 May 2010 - 17
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 80 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik yubileyinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Prezident İlham Əliyev Cəlilabadda şahmat məktəbinin açılışında iştirak edib
 
Montana ştatı Dövlət Universitetinin tələbəsi Heydər Əliyev adına illik mükafata layiq görülüb
 
"Heydər Əliyev məktəbi"nin növbəti məşğələsi
 
Təhsil müəssisələrində ümummilli lider Neydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir
 
Heydər Əliyev milli təhsil sisteminin qurucusudur
 
Bakı Slavyan Universitetində I Beynəlxalq elmi konfrans öz işinə başlayıb
 
Milli təhsilimizin himayədarı
 
Təhsil Nazirliyinin kollegiya iclasında
 
Beynəlxalq Mendeleyev Olimpiadası başa çatdı
 
"Ulu öndər Heydər Əliyevi düşünərkən..." inşa müsabiqəsinin qalibləri mükafatlandırıldılar
 
İstedadlarla işə həsr olunan konfransın yekun toplantısı
 
Mayın 4-də təhsil naziri Misir Mərdanov Fransa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qabriel Keller ilə görüşüb
 
Akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş elmi-praktik konfrans
 
"Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir" Azərbaycan Respublikası təhsil nazirinin müavini İsgəndər İsgəndərovla müsahibə
 
Naxçıvan Dövlət Universitetində xalq şairi, Sosialist Əməyi Qəhrəmanı Rəsul Rzanın anadan olmasının 100 illiyi ilə bağlı elmi konfrans keçirilmişdir
 
Şeir və mahnı müsabiqəsinə yekun vuruldu
 
"Biz qələbənin varisləriyik"
 
Bakı Dövlət Universitetində elmi-praktik konfrans
 
Vətən sevgisi ilə döyüşənlər
 
Qələbədə payı olanlar
 
Qələbənin 65 illiyi Xalq Təhsili Muzeyində qeyd edildi
 
Veteranlar göstərdikləri şücaətlərdən danışdılar
 
Acı uşaqlıq xatirələrimdən
 
Balaca rəssamın fərdi sərgisi
 
İdmanda birinci, dərslərdə əlaçı
 
Ağcabədidə məktəblərarası futbol birinciliyinə yekun vurulub
 
Dünya universitetləri: Honq Konq Elm və Texnologiya Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov