Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

07 May 2010 - 17

 

Acı uşaqlıq xatirələrimdən

Bookmark and Share

Çox uzun müddət üçün adətən insan xoş xatirələri qoruyub saxlamaq istəyir. Mənim də belə xoş xatirələrim çoxdur. Ancaq heç zaman unuda bilmədiyim və unutmaq istəmədiyim dəhşətli müharibə haqqında acı xatirəmi nəinki unutmaq istəyirəm, hətta onun ən kiçik detallarını da mühafizə edib saxlamağa səy göstərirəm. Müharibə başlayanda hələ məktəbə getmirdim, ancaq doğru deyirlər ki, uşağın yaddaşı güclü olur. Bəlkə də uşaqlıqda ata-anasını erkən itirmiş və atamın oğlu kimi saxladığı əmim oğlu Məhərrəmin əsgərliyə getməsini o vaxt yaşlı olan adamlar sonradan mənim kimi xatırlamırlar.

Şəkildə: Məhərrəm (solda)Bütün Azərbaycanın rayonlarında olduğu kimi, Kürdəmirin də hərbi komissarlığının qarşısında övladlarını və qohumlarını faşizmə qarşı  müharibəyə yola salmağa çoxlu adamlar toplaşmışdılar.

Komissarlıq qarşısında olanların  arasında atam, anam da mənimlə əmim oğlu Məhərrəmi hərbi xidmətə yola salmağa gəlmişdilər.

Əmim oğlu ilə o qədər dərin ünsiyyətdə idim ki, hərbi komissarlığın qarşısında ondan ayrılmaq istəmədiyimdən məni aldadıb ata mindirdilər və evimizə gətirdilər. Əmimoğlu əsgəri xidmətini Belarusiyanın Bobruyski rayonunda keçirirdi. Biz isə günləri sayırdıq. O, əsgər gedənə kimi ailəmiz gününü şənliklə keçirirdi. Məhərrəm gedəndən sonra ailəyə sükut gəldi. Atam Siracəddin kəndimizin nüfuzlu adamlarından sayılırdı. Elə buna görə də o, öz qəmini təklikdə çəkirdi. Evdə tək olanda ağlayırdı. Biz görməyək deyə, "Gözümə tüstü doldu, ona görə gözüm yaşarır", - deyirdi. Ancaq mərhum bacım Səbirə onu bilirdi deyə, atamı tək buraxmırdı. Anam Xatın təbiətcə sakit qadın olsa da, Məhərrəmin şəklinə və onun qızı Məhbubəyə baxan zamanlar daha çox ağlayırdı. Mən isə həmişə onun nə vaxt gələcəyini soruşurdum. Əvvəlcə dediyim kimi, Məhərrəm Belarusiyanın Babruyski şəhərində xidmət edirdi və çox tez-tez evə, anama və Səbirəyə məktub yazırdı. O, o qədər həyalı idi ki, kənddə poçtalyon bildirər deyə, həyat yoldaşı Həmidəyə ayrıca məktub yazmazdı. Səbirənin vasitəsilə öz sözünü və sorğusunu çatdırardı.

Xidmətini başa vurub evə qayıtmasına az qalırdı. Atam ondan bir məktub aldı və oxuyub çox bikeflədi. Atam bu məktubdan bir qədər əvvəl ona yazmışdı ki, sənə ev tikdirirəm.

Məhərrəm yazırdı: "Əmi, yazırsan ki, sənə ev tikdirirəm. Əmi, tikdirmə, günümüz çox pis yerdə axşamladı. Sonra mənim üçün tikdirdiyin ev sənin üçün gözdağı olar".

Məhərrəm bu məktubu təxminən 1941-ci ilin aprel ayında yazmışdı. Onun xidmət vaxtı isə sentyabrda başa çatırdı.

Müharibə başlanan vaxta kimi atam evi tikdirdi. Əmim oğlu 27 milyonluq sovet adamlarından biri kimi müharibədən qayıtmadı. Atam, anam, bacılarım vəfat edənə kimi, mənə və qızı Məhbubəyə isə indiyə kimi atamın əmim oğlu üçün tikdirdiyi ev gözdağı oldu. Atam Məhərrəm həsrətinə dözə bilməyib, bizi həyatda körpə qoyub dünyasını dəyişdi. Mən hər dəfə "Tütək səsi" filminə baxarkən İsfəndiyar obrazında atamı təsəvvür edib ağlayıram.

Dəhşətli müharibə başa çatdı. Onunla birlikdə xidmət etmiş Ataxan Xələfov kəndə qayıtdı. Onun dediyinə görə, Məhərrəmlə 1943-cü ilin sentyabrına qədər bir alayda xidmət edib. Sentyabr günlərinin birində qızğın vuruşmada o, Məhərrəmdən ayrı düşüb və sonra görüşməyiblər.

Bax, budur mənim bu acı və qoruyub saxlamaq istədiyim xatirəm. Elə bilirəm ki, həmin xatirəni unutsam, mən yaşamaram. Kimin belə xatirəni unutmağa haqqı var?

Ancaq uşaqlıq xatirəmə qələbənin olacağı çox möhkəm daxil olmuşdu. Belə də oldu, müharibə qurtardı. Bu xəbəri ilk dəfə eşidənlərdən Alcan adlı oğlanla mən olduq. Kürdəmirə bazara gedərkən 1945-ci il mayın 8-də müharibənin qurtardığını eşitdik. Dəmiryol keçidindən kəndə qədər təxminən 10 kilometrlik yolu qaça-qaça gəlib kəndə xəbər verdik.

Müharibəyə gedənlərdən sağ qalanlar qayıtdılar. Həlak olan və əsir düşənlər qayıtmadılar. Qayıtmayanlar arasında əmim oğlu Məhərrəm də həsrətli gözlərimizi yolda qoydu. İndi bu yaşımda, müharibədən 65 ildən çox vaxt keçir, hələ də mən cavan əmim oğlu, əzizimiz Məhərrəmi (Məhəri) gözləyirəm. Elə bilirəm ki, mən yaşlaşsam da, Məhərrəm cavan qalıb.

Aman Allah, fikrimcə, bütün əzab-əziyyət dözülən olsa da, həsrətli intizar dözülməzdir.

Tacəddin VAHİDOV,
ADPU-nun  dosenti,
pedaqoji elmlər üzrə
fəlsəfə doktoru, respublikanın qabaqcıl təhsil işçisi

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
07 May 2010 - 17
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 80 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik yubileyinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Prezident İlham Əliyev Cəlilabadda şahmat məktəbinin açılışında iştirak edib
 
Montana ştatı Dövlət Universitetinin tələbəsi Heydər Əliyev adına illik mükafata layiq görülüb
 
"Heydər Əliyev məktəbi"nin növbəti məşğələsi
 
Təhsil müəssisələrində ümummilli lider Neydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir
 
Heydər Əliyev milli təhsil sisteminin qurucusudur
 
Bakı Slavyan Universitetində I Beynəlxalq elmi konfrans öz işinə başlayıb
 
Milli təhsilimizin himayədarı
 
Təhsil Nazirliyinin kollegiya iclasında
 
Beynəlxalq Mendeleyev Olimpiadası başa çatdı
 
"Ulu öndər Heydər Əliyevi düşünərkən..." inşa müsabiqəsinin qalibləri mükafatlandırıldılar
 
İstedadlarla işə həsr olunan konfransın yekun toplantısı
 
Mayın 4-də təhsil naziri Misir Mərdanov Fransa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qabriel Keller ilə görüşüb
 
Akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş elmi-praktik konfrans
 
"Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir" Azərbaycan Respublikası təhsil nazirinin müavini İsgəndər İsgəndərovla müsahibə
 
Naxçıvan Dövlət Universitetində xalq şairi, Sosialist Əməyi Qəhrəmanı Rəsul Rzanın anadan olmasının 100 illiyi ilə bağlı elmi konfrans keçirilmişdir
 
Şeir və mahnı müsabiqəsinə yekun vuruldu
 
"Biz qələbənin varisləriyik"
 
Bakı Dövlət Universitetində elmi-praktik konfrans
 
Vətən sevgisi ilə döyüşənlər
 
Qələbədə payı olanlar
 
Qələbənin 65 illiyi Xalq Təhsili Muzeyində qeyd edildi
 
Veteranlar göstərdikləri şücaətlərdən danışdılar
 
Acı uşaqlıq xatirələrimdən
 
Balaca rəssamın fərdi sərgisi
 
İdmanda birinci, dərslərdə əlaçı
 
Ağcabədidə məktəblərarası futbol birinciliyinə yekun vurulub
 
Dünya universitetləri: Honq Konq Elm və Texnologiya Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov