Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

8 Oktyabr 2010 - 39

 

Dəyişən ulduzlar sahəsində beynəlxalq elmi konfransda Azərbaycan aliminin məruzəsi maraqla qarşılanıb

Bookmark and Share

Bu günlərdə Ukraynanın Odessa şəhərində astronomiya üzrə dəyişən ulduzlar sahəsində növbəti beynəlxalq elmi konfrans keçirilib. Dörd ildən bir keçirilən konfransda, bir qayda olaraq, keçmiş SSRİ ərazisində olan ölkələrin alimləri ilə yanaşı, Şərqi və Qərbi Avropa, Amerika və Afrika astronomları da iştirak edirlər. Bunu nəzərə alaraq, konfransın işçi dili ingilis dili qəbul olunub. Konfransın elmi istiqamətləri elə seçilib ki, müzakirələrdə dəyişən ulduzların bütün tipləri əhatə olunub.

Təşkilat komitəsinin hazırladığı proqrama əsasən, konfrans iclaslarının birini BDU-nun astrofizika kafedrasının professoru, AMEA Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) baş elmi işçisi Nəriman İsmayılov idarə edib. Konfransda həmçinin ölkəmizi iki gənc aspirant - Həmayil Adıgözəlzadə  və Orxan Xəlilov da təmsil edib. Məqsəd gənclərə beynəlxalq arenada özlərini sınamağa şərait yaratmaq, əldə etdikləri ilk elmi nəticələri müzakirəyə çıxarmaq olub. Konfransda azərbaycanlı alimlərin son 10 ildə xaricdə çap olunmuş elmi məqalələrinin əksəriyyətində alınmış mühüm nəticələr xüsusilə qeyd edilib. Azərbaycanlı alimlərin konfransda ingilis dilində etdikləri məruzələr böyuk maraq doğurub. Onların spektral və fotometrik tədqiqatları göstərib ki, bu ulduzların ulduzətrafı disklərində yenicə formalaşmaqda olan cisimlər - protoulduzlar və ya protoplanetlər mövcuddur. Alimlərimiz ilk dəfə göstəriblər ki, belə cisimlərin cavan ulduz disklərində mövcud olması onlarda müşahidə olunan parlaqlığın və spektral parametrlərin periodik olaraq dəyişməsinə gətirib çıxarır. Məlum olub ki, diskdə formalaşmaqda olan belə cisimlər mərkəzi ulduzdan bir və ya bir neçə astronomik vahid (Yerdən Günəşə qədər olan orta məsafə) məsafədə yerləşə bilər.

Maraqlıdır ki, alimlər üç dəfə müxtəlif ulduzlarda ilk dəfə olaraq periodik dəyişmələr aşkar edib və bundan cəmi bir neçə ay sonra Krım, Daşkənd və Pulkovo rəsədxanaları həmin nəticələri başqa tədqiqatlarla təsdiq ediblər. Qəribə də olsa, bu bir yarışa bənzəyir, kim irəli düşsə, nəticə də ona aid olur. Sonuncu dəfə əldə edilmiş bir nəticə - T TauN ulduzunun ətrafında yeni bir infraqırmızı mənbənin olması ilk dəfə professor Nəriman İsmayılov tərəfindən aşkar olunub. Ehtimal olunur ki, həmin mənbənin temperaturu 2500K-dır. Nəticənin alınmasında həm ŞAR-da alınan spektral materialdan, həm də İnternational Ultraviolet Explorer (ABŞ) peykinin nəticələrindən istifadə edilib. İstifadə olunan müşahidə materialları alimləri eyni qənaətə gətirib. Bu nəticə ABŞ Vesleyan Universitetinin professoru W.Herbstin tədqiqat materialı ilə birgə bu il çox yüksək reytinqli "Astronomy and Astrophysics" jurnalında çap olunub.

Professor Nəriman İsmayılovun və aspirantların iştirak etdiyi konfransda çoxlu sayda məruzələr dinlənilib, verilən suallara, müzakirələrə, həm də alınmış nəticələrə görə alimlərimizin məruzələri daha sanballı olub və maraqla qarşılanıb. Bunu müzakirələrdə iştirak edən moskvalı və peterburqlu alimlər də qeyd ediblər. Polyak və macar astronomları isə gələcək konfransların Azərbaycanda  keçirilməsində maraqlı olduqlarını bildiriblər.

Təbii ki, elmi əlaqələrin genişlənməsi və bu sahədə əldə edilən uğurlarda BDU-nun rektoru, akademik Abel Məhərrəmovun xüsusi əməyi olub.  

Pərvanə İBRAHİMOVA,
BDU-nun Mətbuat və informasiya şöbəsinin rəhbəri

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

8 Oktyabr 2010 - 39

Azərbaycan Respublikasının təhsil işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikasının təhsil işçilərinə "Əməkdar müəllim" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri
 
Şərur rayonunun Maxta kənd orta məktəbinin yeni binasının açılışı olub
 
Prezident İlham Əliyev Sədərək 2 nömrəli orta məktəbinin yeni binasının açılışında iştirak edib
 
Prezident İlham Əliyev Azərbaycan Tibb Universitetinin tədris-terapevtik klinikasının açılışında iştirak edib
 
Bakının Xətai rayonunda yəhudi uşaqlar üçün "Xabad-Or-Avner" təhsil mərkəzinin açılışı olub Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
ATU-nun 80 illik yubileyi qeyd edildi
 
Ötən ay Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə 2083 müraciət daxil olub
 
"Trend" İnformasiya Agentliyində mətbuat konfransı
 
4-cü Azərbaycan Beynəlxalq "Təhsil və karyera" sərgisi açıldı
 
Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib
 
Dəyişən ulduzlar sahəsində beynəlxalq elmi konfransda Azərbaycan aliminin məruzəsi maraqla qarşılanıb
 
Azərbaycan Dillər Universitetinin 442 tələbəsi orta məktəblərdə pedaqoji təcrübə keçəcək
 
Rus yazıçısı tələbə və magistrantlara ustad dərsi keçib
 
Təhsil müəssisələrinin baş mühasiblərinin seminar-müşavirəsi
 
"Dayanıqlı inkişaf və idarəetmə" mövzusunda beynəlxalq konfrans
 
AMİ-nin bir qrup əməkdaşı Fəxri fərmanla təltif olundu
 
Beynəlxalq təhsil yarmarkası keçirilib
 
Həyatın tarix dərsi
 
Gimnaziyada "Yer planetinə verilən dəyər" mövzusunda ekoloji layihə təqdim olunub
 
Ətraf mühitə qayğı hər bir məktəblinin vəzifəsidir
 
Azərbaycanın Milli Qəhrəmanları
 
"Kiçik Akademiya"nın üzvlərinin sayı artır
 
Məktəbdə metodiki işlərə geniş yer verilir
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov