Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) tərəfindən dövlət qulluqçuları üçün təlimlərin keçirilməsinə başlanılıb.

     

İlk təlim “Müasir dövrdə dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda Lənkəran İqtisadi rayonunun şəhər və rayon İcra hakimiyyətləri başçılarının müavinləri, aparıcı şöbələrin müdirləri və digər dövlət qulluqçuları üçün təşkil olunub.

           

DİA-nın rektoru, akademik Urxan Ələkbərov təlimin açılışında iştirak edib və dinləyicilərə uğurlar arzuyıb.

 

Akademiyanın Dövlət qullugu kafedrasının müdiri, dosent Rəcəb Rəhimli  mövzu üzrə dinləyicilərə mühazirə oxuyub. R.Rəhimli  dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi məqsədi, qiymətləndirmənin müasir metodları, qaydaları, meyarlarından, qiymətləndirmə nəticəsində görülən tədbirlərdən, dövlət qulluqçularının təlimlərə cəlb olunma ehtiyaclarından, o cümlədən “Dövlət qulluğu haqqında” Qanuna edilən son dəyişikliklərdən danışıb, ölkəmizdə son illər dövlət idarəçilik sistemində həyata keçirilən islahatlar barədə təlim iştirakçılarına məlumat verib.

Məruzəçi vurğulayıb ki, dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi onun gələcək karyerası üçün vacib amildir. Qarşılıqlı diskussiya şəraitində keçən onlayn seminarda məruzəçi seminar iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

                                                            ...

Digər bir təlim Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin dövlət qulluqçularından ibarət rəhbər heyəti üçün “Qlobal çagırışların idarəedilməsində yeni idarəçilik texnologiyaları: Azərbaycan Respublikasının ugurlu təcrübəsi” mövzusunda keçirilib.

 

Təlimdə ölkədə həyata keçirilən ugurlu inkişaf strategiyasının müsbət nəticələri təhlil edilib. Biliyə əsaslanan inkişaf, bu məqsədlər üçün ən müasir elmi və texnoloji nailiyyətlərdən istifadə, Azərbaycanda həyata keçirilən inkişaf strategiyasının əsas prioriteti, müvafiq biliklərin artırılması və bu biliklərin daim müasirləşdirilməsi və s. problemlərlə  bağlı biliklər dinləyicilərə çatdırılıb və onlarla  fikir mübadiləsi aparılıb.

         

Təlimdə DİA-nın rektoru U.Ələkbərovun onlayn formada mühazirəsi dinlənilib və təlimin sonunda dinləyicilərin sualları cavablandırılıb.