Bütün xəbərlər
4 sentyabr, 21:52

Sentyabrın 4-də Gəncə–Daşkəsən Regional Təhsil İdarəsində təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. Təhsil işçiləri qarşıdakı tədris ili üçün növbəti hədəfləri, yenilikləri və əsas istiqamətləri müzakirə ediblər.

“Azərbaycan müəllimi” xəbər verir ki, konfransda 2024–2025-ci tədris ilində Regional Təhsil İdarəsinin fəaliyyəti ilə bağlı məlumatlar təqdim olunub. Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov çıxışında ötən ilin nəticələrini dəyərləndirib, yeni hədəfləri açıqlayıb: “Əsas hədəflərimizdən biri şagird nailiyyətlərinin artırılması, 4-cü, 6-cı və 9-cu siniflərin nəticələrinin yaxşılaşdırılmasıdır. Bunun üçün tədris keyfiyyətinin monitorinqi aparılacaq, təlimlər və dərs dinləmələri təşkil ediləcək, vahid qiymətləndirmə sistemi tətbiq olunacaq. Diaqnostik təhlillər əsasında zəif istiqamətlər müəyyən ediləcək və onların inkişafı üçün yol xəritəsi hazırlanacaq”.

E.Kərimov tədris ilinin statistik göstəricilərinə də toxunaraq bildirib ki, 4-cü siniflər üzrə nəticələrdə ölkə miqyasında 4-cü yer əldə olunub və əvvəlki illə müqayisədə irəliləyiş qeydə alınıb. 6-cı siniflər üzrə monitorinqin nəticələrində region 3 pillə irəliləyərək 6-cı yerə yüksəlib. 9-cu sinif buraxılış imtahanlarının nəticələrinə görə isə ölkə üzrə 5-ci yer qeydə alınıb.

Elçin Kərimov eyni zamanda əlavə edib ki, region üzrə 4-cü sinif şagirdlərinin 21 faizinin “2” qiymət alması onlara qarşı ciddi diqqət tələb edir: “Bu rəqəm bizim diqqət mərkəzimizdə olacaq. Yeni tədris ilində qarşımıza qoyduğumuz məqsədlər aydındır: təhsil keyfiyyətini yüksəltmək, müəllimlərimizin peşəkarlığını artırmaq və şagirdlərimizin bilik, bacarıq və nəticələrini yeni mərhələyə çatdırmaq”.

Konfransda daha sonra Regional Təhsil İdarəsinin müdir müavini Elmin Məmmədtağıyev çıxış edərək yeni tədris ilində qarşıya qoyulan hədəflərdən danışıb.

Tədbir çərçivəsində məktəb direktorlarının iştirakı ilə müzakirələr aparılıb. Müəssisə rəhbərləri yeni tədris ilində müəyyənləşdirilən hədəflərə çatmaq üçün öz təkliflərini səsləndiriblər. 

Sentyabr konfransı təhsil işçilərinin qarşılıqlı fikir mübadiləsi aparması, problemləri müzakirə etməsi və birgə fəaliyyət planı hazırlaması baxımından əhəmiyyətli platforma kimi dəyərləndirilib.

1 /4

Şərhlər

Xəbər lenti

15 sentyabr, 11:11

“İnsan kapitalı və təhsil” İşçi qrupunun növbəti iclası keçirilib

15 sentyabr, 10:57

Gülən, ağlayan, əsnəyən balacalar – "Bilik günü" fotolarda

15 sentyabr, 10:56

Şirvan məktəbinin müəllimləri vahid geyim formasına keçiblər

15 sentyabr, 10:50

“Bilik günü” müxtəlif ölkələrdə necə başlayır?

15 sentyabr, 10:25

Kəlbəcərdə 33 il sonra ilk zəng çalınıb

15 sentyabr, 10:25

Sağlam qidalanma mədəniyyəti

15 sentyabr, 10:22

Yeni salınacaq Qaraxanbəyli kəndində 2 məktəb və 3 uşaq bağçasının inşası planlaşdırılır

15 sentyabr, 10:10

Nazir müavini: Təhsilin inkişafı sahəsində görülən işlər gələcəyimiz üçün etibarlı əsaslar yaradır

15 sentyabr, 09:55

Azərbaycanın 10 milyonuncu sakini məktəbə başladı – FOTOLAR

15 sentyabr, 09:51

MDU-da müəllimlərin beynəlxalq sertifikasiyaya hazırlığına start verilib

15 sentyabr, 09:47

AzMİU ilə İzmir Bakırçay Universiteti arasında əməkdaşlıq müzakirə olunub

15 sentyabr, 09:37

Həsən Həsənli: İldən-ilə məktəblərimizin uğurlarının artdığını görürük

15 sentyabr, 09:37

Gəncədə tam orta ümumtəhsil müəssisəsi təmirdən sonra istifadəyə verilib

15 sentyabr, 07:30

15 Sentyabr "Bilik günü"dür

14 sentyabr, 17:18

Prezident Qarabağ Universiteti Klinikasının və yeni tədris korpusunun açılışında iştirak edib

13 sentyabr, 15:22

Yeni tədris ilinin ilk dərsi bu mövzuya həsr olunacaq

13 sentyabr, 13:30

Uşaq evi sosial xidmət müəssisələrində 33 uşaq birinci sinfə başlayır

12 sentyabr, 21:12

Siniflər hansı meyarlara əsasən komplektləşdirilir? – AÇIQLAMA

12 sentyabr, 18:33

BDU-da bəzi ixtisaslarda dərslər 4 gün olacaq - Rəsmi

12 sentyabr, 18:00

"2025-2026-cı tədris ili: yeniliklər və hədəflər" mövzusunda tədbir keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.