Bütün xəbərlər
3 sentyabr, 17:13

Bu gün ICPC 2025 Dünya Finalı çərçivəsində Bakı Konqres Mərkəzində “R.M. 90” proqramlaşdırma müsabiqəsinin bağlanış mərasimi baş tutub. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə reallaşan müsabiqə Azərbaycanın ilk proqramçısı, görkəmli pedaqoq, informatika elminin banilərindən biri “Şöhrət” ordenli Ramin Mahmudzadənin anadan olmasının 90 illiyinə həsr olunub.

“Azərbaycan müəllimi” xəbər verir ki, mərasimin açılışında çıxış edənlər Ramin Mahmudzadənin Azərbaycan elminə və təhsilinə bəxş etdiyi misilsiz xidmətləri, informatika və proqramlaşdırma sahəsində gördüyü işləri qeyd ediblər. Bildirilib ki, onun pedaqoji fəaliyyəti, zəhməti və yaratdığı ənənələr bu gün də gənclərə yol göstərir, elm və texnologiyaya marağı daha da artırır.

Tədbir çərçivəsində həm görkəmli alimin xatirəsinə ehtiram ifadə olunub, həm də gənc proqramçıların uğurları önə çəkilib. 
Mərasimin əsas hissəsində “ICPC-dən rəqəmsal cəmiyyətə” mövzusunda panel müzakirəsi təşkil edilib. Paneldə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədr müavini Şahin Əliyev, Azərbaycan Respublikası Mərkəzi Bankının departament direktoru Əfqan Abbasov çıxış ediblər. Sessiyaya isə İRİA-nın aparıcı layihə meneceri Leyla Zeynalova moderatorluq edib.

Professor Ramin Mahmudzadənin tələbələri söz alaraq öz xatirələrini və bugünkü fəaliyyətlərini bölüşüblər. Onların əksəriyyəti hazırda Azərbaycanın aparıcı qurumlarında mühüm vəzifələr daşıyır, ölkənin rəqəmsal gələcəyinin qurulmasında öz töhfələrini verirlər. 

Leyla Zeynalova “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, müsabiqə elan olunduğu gündən tələbələr arasında böyük maraq doğurub:
“200-dən çox tələbə müsabiqəyə qeydiyyatdan keçib. Onlardan yalnız 50 nəfər final mərhələsinə yüksəlib və 9 tələbə isə 1-ci, 2-ci və 3-cü yerlərin qalibi olub”.

Qarabağ Universitetinin Mühəndislik fakültəsinin tələbəsi Cahangir Məmmədov da mükafatlandırılanlar sırasında idi. O, seçim mərhələsində 200-dən çox iştirakçı arasından ilk 50-liyə daxil olub, finalda isə 12-ci yeri tutub. Gənc iştirakçı öz təəssüratlarını bizimlə bölüşüb:
“ICPC kimi nüfuzlu beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi mənim üçün böyük qürur və dəyərli təcrübə oldu. Qarabağ Universitetinin tələbəsi kimi belə bir beynəlxalq arenada çıxış etmək və müxtəlif ölkələrdən gəlmiş həmyaşıdlarla tanış olmaq mənim üçün misilsiz fürsət idi”.

Bakı Dövlət Universitetinin “Kompüter elmləri” ixtisasının tələbəsi Nihat Qəribli də qaliblər arasında idi. O, sevincini bizimlə bölüşərək qeyd edib ki, bu yarışda qalib olmaq onun üçün böyük qürurdur: “Bu müsabiqə mənə və komandama daha böyük hədəflərə doğru çalışmağa stimul verdi. İndi beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil etmək üçün daha əzmlə hazırlaşacağıq”.

Müsabiqənin təşkilatçılarından olan Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev tədbirin əhəmiyyəti barədə “Azərbaycan müəllimi”nə danışıb. 
“Ölkədə elm və təhsil sahəsində aparılan islahatlar öz bəhrəsini verməkdədir. Bu gün biz bir mötəbər müsabiqənin qaliblərini mükafatlandırma mərasimində iştirak etdik. Bu müsabiqə gənclərimiz üçün yeni perspektivlər açır. Biz istedadları üzə çıxarmağı, onlara dəstək göstərməyi və gələcəyin rəqəmsal inkişafı üçün liderlər yetişdirməyi əsas məqsədimiz hesab edirik. Bu yolda birlik və həmrəylik ən vacib amildir. Mən inanıram ki, yeni nəsil yaradılan bu imkanlardan maksimum faydalanacaq və irəli getmək üçün əzm göstərəcək”.

Xatırladaq ki, “R.M. 90” müsabiqəsi təkcə proqramlaşdırma yarışı deyil, həm də Azərbaycan gəncləri üçün beynəlxalq səviyyəli müsabiqələrə hazırlıq baxımından mühüm bir mərhələ kimi qiymətləndirilir.

1 /12

Şərhlər

Xəbər lenti

3 sentyabr, 18:11

DİM imtahan nəticəsini AÇIQLADI

3 sentyabr, 17:20

Məktəblilərimiz Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında uğurla çıxış ediblər

3 sentyabr, 17:20

Naxçıvanda qəbul imtahanında yüksək nəticə göstərmiş məzunlarla görüş keçirilib

3 sentyabr, 17:15

Nazir: Naxçıvan və Şahbuzun məzunları ilk beşlikdə yer alıblar

3 sentyabr, 17:05

Fuad Nəcəfli: "Təhsilə qoyulan sərmayə ölkənin gələcəyinə qoyulan sərmayədir”

3 sentyabr, 16:47

Rektor: “Dissertasiyalarda süni intellektdən istifadənin qarşısını almaq üçün səylər göstərilir”

3 sentyabr, 16:30

TİF ilə İş adamları Cəmiyyətinin Milli Assosiasiyası arasında Əməkdaşlıq Memorandumu imzalanıb

3 sentyabr, 16:26

Sentyabr konfransı: Təhsilin keyfiyyəti təhlil edildi, yeni yol xəritəsi cızıldı

3 sentyabr, 16:10

MDU-ya 116 yeni müəllim işə götürülüb

3 sentyabr, 15:54

Xırdalanda şagird sayı çoxalır, Xızıda azalır – Məsələ sentyabr konfransında gündəmə gətirildi

3 sentyabr, 15:31

Xırdalanın 3 məktəbinə şagird yerdəyişməsi dayandırılıb

3 sentyabr, 15:27

Samuxda məktəb kollektivi vahid geyim formasına keçir

3 sentyabr, 14:37

İlk dəfə BANM-də bonus sistemi tətbiq olunacaq

3 sentyabr, 14:34

Məktəblilər üçün yeni intellektual yarışlar start götürür

3 sentyabr, 13:54

“Bebras” müqabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib

3 sentyabr, 13:09

“Universitetlər dəyişikliklərin lokomotivi ola bilər” – Qərib Mürşüdov

3 sentyabr, 12:46

Bağça müdiri nöqsanlara görə işdən çıxarıldı

3 sentyabr, 12:46

NDU-da fəlsəfə doktoru proqramı üzrə qəbul imtahanı keçirilib

3 sentyabr, 12:31

Bu kolleclərə yeni təyinatlar oldu

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.