“Təhsil” Respublika  İdman Mərkəzinin 11 nömrəli Uşaq-Gənclər İdman məktəbinin şahmat zalında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.  

 

İdman məktəbinin  direktoru  Natiq Ələkbərov bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz izlər qoymuş böyük şəxsiyyətdir:” Biz hamımız inanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Heydər Əliyev ideyalarına uyğun olaraq gündən-günə inkişaf edən, böyük iqtisadi potensiala malik, demokratik bir ölkə kimi öz suverenliyini və liderliyini daim saxlayacaqdır”.

 

Çıxışlardan sonra  Ulu Öndərin 100 illik yubileyinə həsr edilmiş şahmat üzrə açıq birinciliyin,  stolüstü tennis,  boks, futbol  və  basketbol növləri üzrə turnir qaliblərinin  mükafatlandırması olub.  I, II, III yerləri tutan idmançılara diplom, medal və qiymətli hədiyyələr təqdim edilib.

 

Rəşad ZİYADOV