Bütün xəbərlər
2 iyun, 20:13

Qlobal təhsil tərəfdaşlığının 2024-cü il üzrə illik hesabatı hazırlanıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, Təhsil İnstitutunun Beynəlxalq Təhsil İcmalı bülleteninin may sayında hesabatdan çıxarışlara yer verilib.

Hesabatda təşkilatın inkişaf etməkdə olan ölkələrdə təhsilin keyfiyyətinin artırılması, hər bir uşağın təhsilə çıxışının təmin olunması və gender bərabərliyinin təşviqi istiqamətində gördüyü işlər əks olunur. Qlobal təhsil tərəfdaşlığının missiyası tərəfdaşlıqları və investisiyaları səfərbər edərək, təhsil sistemlərini transformasiya etməkdir. 2024-cü ildə Qlobal təhsil tərəfdaşlığı tərəfındən 1 milyard ABŞ dollarından çox qrant təsdiqlənib ki, bu da əvvəlki illə müqayisədə 25% artım deməkdir. İnkişaf etməkdə olan ölkələrdə təhsilin inkişafı üçün əlavə maliyyə vəsaitləri cəlb etmək Qlobal Təhsil Tərəfdaşlığı tərəfındən idarə olunan bir maliyyələşdirmə mexanizminə malik "Multiplier" adlı proqramının əsas məqsədidir.

Qlobal təhsil tərəfdaşlığı qrantları son 4 ildə 253 milyon uşağa fayda verən 4 milyard ABŞ dollarına yaxın əlavə maliyyə resursu yaradıb. Həmçinin 1,9 milyon müəllim təlim keçib, 36000 sinif otağı tikilib və ya təmir olunub. Təhsil sistemlərinin transformasiyası qlobal təhsil tərəfdaşlığının əsas yanaşmasıdır. Bu yanaşma ölkələrin liderliyi ilə prioritet islahatların seçilməsi və bu islahatlara bütün tərəfdaşların resurslarının yönəldilməsini nəzərdə tutur.

2024-cü ildə Qana, Banqladeş, Vanuatu kimi ölkələrdə əsas diqqət erkən yaşlarda təhsilin keyfıyyətinin artırılmasına, gender bərabərliyinin təmin olunmasına və əlilliyi olan uşaqların təhsilə cəlb edilməsinə yönəlib. Qlobal təhsil tərəfdaşlığının maliyyə alətləri o cümlədən "Multiplier” və "Girls' Education Accelerator" (Qızların Təhsilini Dəstəkləmə Proqramı) ölkələrə əlavə və səmərəli maliyyə cəlb etməyə imkan verir. Qrantlar nəticə əsaslı maliyyələşdirmə mexanizmləri ilə müşayiət olunur və ölkələrdə təhsil xərclərinin səmərəliliyinin artırılmasına stimul verir.

Qlobal təhsil tərəfdaşlığı humanitar təşkilatlarla münaqişə və böhran şəraitində olan ölkələrdə təhsilin davamlılığını təmin etmək üçün əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində Ukrayna, Sudan, Cənubi Sudan, Pakistan və digər ölkələrdə məktəblərin bərpası, müəllimlərin təlimi, psixososial dəstək və müvəqqəti təhsil mərkəzlərinin yaradılması kimi tədbirlər həyata keçirilib. Eyni zamanda, qlobal təhsil tərəfdaşlığının qrantlarının əksəriyyəti gender bərabərliyinin təşviqinə və əlilliyi olan uşaqların təhsilə cəlb edilməsinə yönəlib. “Girls' Education Accelerator” proqramı vasitəsilə 15 ölkədə 3,6 milyon qız uşağının təhsilə çıxışını yaxşılaşdıran 225 milyon dollar həcmində maliyyə dəstəyi ayrılıb. Hesabatda qeyd edilir ki, qlobal təhsil tərəfdaşlığının uğurunun əsas səbəblərindən biri də geniş tərəfdaşlıq şəbəkəsidir. Burada hökumətlər, vətəndaş cəmiyyəti, özəl sektor və donorlar birgə fəaliyyət göstərir. Qlobal təhsil tərəfdaşlığı tərəfındən maliyyələşdirilən 133 milyon dollarlıq qlobal təhsil dəstək fondu olan "Education Out Loud" (Təhsilin Güclü Səsi) vətəndaş cəmiyyətinin təhsil siyasətinin formalaşmasında iştirakını gücləndirir. 2025-ci ildə Qlobal təhsil tərəfdaşlığı yeni maliyyələşdirmə mərhələsinə başlayaraq, "Qlobal təhsil tərəfdaşlığı 2030" adlı strategiyanı hazırlayacaq. Gələcəkdə əsas prioritetlərdən biri daha çox ölkənin, donorun cəlb olunması, innovativ maliyyə mexanizmlərinin genişləndirilməsi və ən həssas qrupların təhsilə çıxışının təmin olunmasıdır.

2024-cü il üzrə hesabat göstərir ki, qlobal təhsil tərəfdaşlığının fəaliyyəti nəticəsində milyonlarla uşaq təhsilə çıxış əldə edib. Həmçinin müəllimlərin peşəkarlığı artıb, təhsil infrastrukturu yaxşılaşıb və gender bərabərliyi sahəsində mühüm irəliləyişlər əldə olunub. Qlobal təhsil tərəfdaşlığının əsas məqsedi gələcəkdə də inklüziv, keyfiyyətli və davamlı təhsil sistemlərinin qurulmasına dəstək verməkdir.

Mənbə: Global Partnership for Education. (2025). GPE Annual Report 2024. Global Partnership for Education

Şərhlər

Xəbər lenti

15 iyun, 15:59

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

15 iyun, 14:05

BSU-da Elmi Şura iclası keçirilib

15 iyun, 11:38

Səhnə balaca fidanlarındır - Beynəlxalq Muğam Mərkəzindən Reportaj

14 iyun, 18:03

Millət vəkillərinin “Son zəng” təəssüratları

14 iyun, 17:28

Əlləri və baxışları ilə danışan məzunlar – REPORTAJ

14 iyun, 17:19

Xocalıda 33 ildən sonra ilk “Son zəng” çalındı…

14 iyun, 17:05

NDU ilə AMEA arasında Əməkdaşlıq Memorandumu imzalanıb

14 iyun, 16:06

“Son zəng” öyrənməyə son deyil – Vəfa Yaqublu

14 iyun, 15:40

Fərzəli Qədirov Şamaxıda “Son zəng” tədbirində iştirak edib

14 iyun, 15:35

Sağlamlıq imkanları məhdud uşaqların peşə təhsilinə cəlbində yeniliklər olacaq

14 iyun, 15:21

Firudin Qurbanov Qobustanda "Son zəng" tədbirində iştirak edib

14 iyun, 14:35

37 il sonra məzun oldular  

14 iyun, 13:45

Cəbrayılda 32 il sonra çalınan ilk "Son zəng"

14 iyun, 13:41

Mətin Kərimli: Dövlətimiz gənclərimizin ali təhsilə əlçatanlığının artmasına çalışır

14 iyun, 13:29

“İnanırıq ki, işğaldan azad olunmuş ərazilərdəki məzunların sayı artacaq” – Nazir

14 iyun, 13:12

Daha 24 məktəb inklüziv təhsilə cəlb olunacaq

14 iyun, 13:08

Naxçıvanda yeni məktəblər açılacaq

14 iyun, 13:02

Bu regionda 36 məktəbə direktor təyin edildi

14 iyun, 12:45

Emin Əmrullayev: “Son zəng” ifadəsində “son” sözü olsa da, hər şeyin başlanğıcıdır

14 iyun, 12:42

Nazir: Böyük Qayıdış gənclərə təhsil, iş baxımından böyük imkanlar açır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.