Bütün xəbərlər
10 may, 10:30

Lənkəran-Astara regionunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümündə - 10 mayda 10 körpələr evi-uşaq bağçası istifadəyə verilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsindən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, İdarənin tabeliyində olan Astara, Cəlilabad, Lənkəran və Masallı rayonlarında 10 məktəbəqədər təhsil müəssisəsi cari və əsaslı təmir olunub. Lənkəranda 3 və 7, Astarada 3 nömrəli, Təngərüd, Şiyəkəran və Şahağac kənd körpələr evi-uşaq bağçaları, Cəlilabadda 1 nömrəli körpələr evi-uşaq bağçası, Masallıda 4 nömrəli, Qızılağac kənd uşaq bağçası təmirdən sonra istifadəyə verilib, Ərkivan qəsəbə 2 nömrəli körpələr evi-uşaq bağçası isə yeni fəaliyyətə başlayıb.

Qeyd edək ki, yenilənmiş bağçalar uşaqları müasir və rahat təhsil mühiti ilə təmin edir, bundan əlavə, yeni iş yerlərinin açılmasına imkan yaradır. Yeni məktəbəqədər təhsil müəssisələrində 688 uşağın təlim-tərbiyəsi ilə 106 nəfərdən ibarət pedaqoji heyət məşğul olacaq. Növbəti tədris ili üçün 43 ümumtəhsil məktəbində və 21 məktəbəqədər təhsil müəssisəsində cari təmir işlərinin aparılması planlaşdırılır.

Xatırladaq ki, Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində 536 ümumtəhsil, 121 məktəbəqədər, 11 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Hazırda 29 ümumtəhsil və 13 məktəbəqədər təhsil müəssisəsində təmir işləri görülür, 18 təhsil müəssisəsində bina və qazanxana tikintisi aparılır. Bu tədris ilinin başlanğıcında 3 təhsil müəssisəsi - Masallı rayon Qəzvinoba kənd və Cəlilabad rayon Pərdi kənd ümumi orta ümumtəhsil məktəbləri tikilib, Lənkəran rayonu İstisu qəsəbəsi 2 nömrəli tam orta ümumtəhsil məktəbi üçün uyğunlaşdırılmış konteyner tipli bina istifadəyə verilib. Bu il isə Lənkəran rayonu Viyən kənd, Astara rayonu Şümrüd və Sərək kənd, Lerik rayonu Cəngəmiran kənd, Cəlilabad rayonu Kövüzbulaq, Musalı və Göytəpə şəhəri 2 nömrəli tam orta  məktəblərinin istifadəyə verilməsi planlaşdırılır. 2024-2025-ci tədris ili ərzində 280-ə yaxın istilik problemi operativ şəkildə həll olunub, 60-a yaxın təhsil müəssisəsində istilik sistemi qazla işləyən mərkəzləşdirilmiş sistemlə əvəz edilib.

1 /10

Şərhlər

Xəbər lenti

10 may, 12:44

Ümummilli Liderin xaricdə təhsil siyasəti öz bəhrəsini verməkdədir 

10 may, 10:16

Abidədən dərs otağına qədər - Heydər Əliyev adına məktəbdən reportaj

9 may, 17:56

Gəncə məktəbliləri LEGO turnirində iki kubok qazandılar

9 may, 17:06

Riyaziyyat fənni üzrə RFO-nun qalibləri elan edildi

8 may, 23:54

Küçə mühitində olan uşaqlarla işin təşkili mövzusunda konfrans keçirilib

8 may, 22:13

MDU-da Kembric Resurs Mərkəzi yaradılıb

8 may, 17:46

IV və VI siniflərdə monitorinq elektron qaydada keçiriləcək

8 may, 17:33

Yaşadığı mühit uşağın böyüyüb "kim" olacağına necə təsir edir?

8 may, 17:01

Anar Xələfov: Bir çox hallarda evdə təhsil keyfiyyətli olmur

8 may, 16:45

Sağlamlıq imkanları məhdud uşaqlar üçün tədris fərdiləşdirilir

8 may, 16:38

Məktəblərdə xüsusi pedaqoqlar fəaliyyət göstərəcəklər

8 may, 16:30

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək

8 may, 16:30

Bir qrup mədəniyyət və elm xadiminə Prezidentin fərdi təqaüdü verilib

8 may, 16:26

Onlara Prezident mükafatları verildi – SƏRƏNCAM

8 may, 16:14

Lənkəran Dövlət Universitetində beynəlxalq elmi-praktiki konfrans keçirilib

8 may, 16:05

Nadinc şagirdlərin məktəbini dəyişdirmək həll yoludurmu?

8 may, 16:01

MDU-da Kembric Universitetinin standartlarına keçidlə bağlı əməkdaşlığa başlanılıb

8 may, 16:00

“Gələcəyimizə investisiya” proqramının açılış mərasimi keçirilib

8 may, 15:40

Azərbaycanın 76-cı Astronavtika Konqresində iştirakına dair rəsmi nəticələr açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.