
Mayın 2-də bp şirkətinin mühəndisləri və Beynəlxalq Mexanika Mühəndisləri İnstitutunun nümayəndələri Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olublar.
Universitetdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, qonaqlar ADNSU-nun rektoru dosent Rüfət Əzizovla görüşərək universitet və sənaye sektoru arasında əməkdaşlıq imkanları, ortaq təşəbbüslər və gələcək perspektivləri müzakirə ediblər.
Görüş çərçivəsində tələbələrin peşəkar inkişafını dəstəkləmək məqsədilə birgə mentorluq proqramlarının təşkili, mühəndislik proqramlarında istifadə olunan tədris materiallarının beynəlxalq normativlər və qabaqcıl təcrübələrə uyğun şəkildə yenilənməsi, həmçinin mühəndislik sahəsində beynəlxalq elmi konfrans və seminarların birgə təşkili məsələləri üzrə fikir mübadiləsi aparılıb və konkret yol xəritəsi müəyyən edilib.
Səfər çərçivəsində şirkət mütəxəssisləri tələbələr üçün “Gənc mühəndislər üçün karyera inkişafı və beynəlxalq imkanlar” mövzusunda seminar da keçiriblər.
Seminarda iştirakçılar beynəlxalq mühəndislik və karyera imkanları, eləcə də sahə üzrə real iş təcrübələri ilə tanış olublar. İnteraktiv formatda təşkil olunan seminar təqdimatlar, sual-cavab sessiyası və açıq müzakirələrlə davam edib.
Seminarın əsas məqsədi tələbələri sənaye təcrübəsi ilə tanış etmək, onları mühəndislik sahəsində qlobal şəbəkələrə qoşulmağa təşviq etmək və peşəkar inkişaflarına dəstək göstərmək olub.
1 /6
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər