
Qarabağ Universitetinin nümayəndə heyəti Ağdam Sənaye Parkına səfər edib.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, səfər çərçivəsində İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyi və Ağdam Sənaye Parkının məsul əməkdaşları ilə görüş keçirilib. Görüşdə potensial əməkdaşlıq imkanları müzakirə olunub, qarşılıqlı fikir mübadiləsi aparılıb.
Rektor Şahin Bayramov universitetin regionun inkişafında oynadığı roldan, elm və sənaye əməkdaşlığının əhəmiyyətindən bəhs edib. Rektor sənaye parkı ilə birgə layihələrin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb. Ş.Bayramov bu cür əməkdaşlıqların Qarabağ Universitetinin tədris və tədqiqat fəaliyyətinə töhfə verəcəyini, eyni zamanda, tələbələrin istehsalat təcrübəsi və gələcək karyera imkanları baxımından faydalı olacağını qeyd edib.
Səfər zamanı nümayəndə heyəti Parkın rezidenti olan müəssisələrdə yaradılmış müasir istehsal prosesləri ilə yerində tanış olub. Onlara tətbiq olunan vergi güzəştləri, məhsul satışları və ixrac imkanları barədə də ətraflı məlumat verilib.
1 /4
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər