
Mayın 2-də Almaniyanın Max Planck İnstitutunda doktorantura təhsili alan həmyerlimiz Dilqəm Əhmədli ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) görüş keçirilib.
Bu barədə universitetdən “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, görüşdə magistratura və doktorantura səviyyəsində təhsil alan tələbələr iştirak ediblər.
Dilqəm Əhmədli “Kimya sahəsində tədqiqat imkanları və beynəlxalq təcrübə” mövzusunda təqdimatla çıxış edərək əldə etdiyi zəngin elmi bilik və təcrübəsini tələbələrlə bölüşüb. Təqdimat zamanı o, xaricdə apardığı tədqiqatlar, beynəlxalq əməkdaşlıqlar və elm sahəsindəki inkişaf perspektivləri barədə ətraflı məlumat verib.
Görüş interaktiv şəkildə keçib və Dilqəm Əhmədli tələbələrin suallarını cavablandıraraq təqdimat mövzusu haqqında onlara daha ətraflı məlumat verib.
1 /3
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər