Bütün xəbərlər
5 may, 16:28

Mayın 3-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Açıq qapı” günü təşkil olunub. 

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, tədbirin əsas məqsədi AzMİU-ya maraq göstərən abituriyentləri universitetin tədris mühiti, ixtisasları, elmi və texniki bazası barədə ətraflı məlumatlandırmaq, onların peşə seçimi prosesinə dəstək göstərməkdir. 

“Açıq qapı” günü çərçivəsində Bakı şəhərinin müxtəlif ümumtəhsil məktəblərindən 2000-ə yaxın şagird və onların valideynləri universitetin qonağı olub. Geniş təhsil sərgisi formatında təşkil olunan tədbirdə AzMİU-nun bütün fakültələri və kafedraları, şöbə və mərkəzləri təmsil olunub. Stendlər vasitəsilə təqdim olunan məlumatlar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Təhsil sərgisinin açılışında çıxış edən AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova məktəbliləri salamlayıb və universitetdə yaradılan müasir təhsil imkanlarından, qabaqcıl ixtisaslardan, professor-müəllim heyətindən, tələbəyönümlü tədrisdən danışıb.

Sərgidə təhsil ekspertləri də iştirak ediblər və AzMİU-da yaradılan ali təhsil mühiti ilə tanış olublar.  Onlar şagirdlərə ixtisas seçimi, qəbul prosesi, qəbul prosesinə hazırlıqla bağlı müxtəlif tövsiyələr verib, abituriyetləri maraqlandıran suallar ətrafında geniş müzakirələr aparıblar.

Sərgi proqramından sonra abituriyentlər və onların valideynləri tədris korpuslarını ziyarət edərək fakültə və kafedraların fəaliyyəti, tədris prosesi, infrastruktur və maddi-texniki baza ilə tanış olublar. Ekskursiya zamanı abituriyentlər və valideynlər birbaşa fakültə və kafedra rəhbərləri ilə görüşüb, ixtisaslar üzrə mövcud imkanlar, tədris proqramları, tələbələr üçün yaradılan şərait, eləcə də universitetin məzunlarının əmək bazarında uğurlu mövqeyi barədə ətraflı məlumat alıblar. Qonaqlar universitetin təhsil mühitini yüksək qiymətləndirərək gələcəkdə bu elm ocağında təhsil almağın onlar üçün perspektivli və dəyərli bir seçim olacağını qeyd ediblər.

1 /9

Şərhlər

Xəbər lenti

5 may, 17:50

Məktəbəhazırlıq qruplarında fəaliyyətin optimal idarə edilməsi ilk məktəb təliminin səmərəlilik amili kimi

5 may, 17:46

Tarix və coğrafiya fənləri üzrə RFO-nun qalibləri elan edildi

5 may, 17:30

Daşkənd Dövlət Texniki Universitetinin əməkdaşları ADNSU-da olublar

5 may, 17:17

Doktorantlar üçün növbəti seminar keçirilib

5 may, 17:10

Almaniyanın nüfuzlu universitetinin nümayəndələri AzTU-da olublar

5 may, 17:08

Şagird davranış qaydaları – “Çağdaş təhsildə təşkilatlanma”

5 may, 16:49

RFO-nun bu fənlər üzrə qalibləri açıqlandı

5 may, 16:38

ADNSU bp şirkəti və Britaniya institutu ilə əməkdaşlıq edəcək

5 may, 16:37

AzTU müəlliminin mentoru olduğu komanda robot olimpiadasının finalına vəsiqə qazanıb

5 may, 16:33

Yeni nəslin tərbiyəsi: Məktəbdən nə tələb olunur?

5 may, 16:32

Qeyri-formal təhsil xidmətləri üzrə yeni dövlət standartı qəbul edilib

5 may, 16:26

Almaniyanın Max Planck İnstitutunun doktorantı təcrübəsini tələbələrlə bölüşüb

5 may, 16:20

Rezidenturaya qəbul imtahan nəticələri açıqlanıb

5 may, 14:56

Hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

5 may, 14:45

Qarabağ Universitetinin nümayəndə heyəti Ağdam Sənaye Parkına səfər edib

5 may, 14:45

Medaldan kolleksiya toplayanlar – Gələcəyin riyaziyyatçılarının uğur hekayələri

5 may, 14:27

“TikTok”da müəllimlər üçün müsabiqə elan edildi

5 may, 13:54

“Rəqəmsal Bacarıqlar” təmayül siniflərə qeydiyyat davam edir

5 may, 13:40

Uşaqlarda ən çox rast gəlinən xəstəliklər və valideyn səhvləri – Həkimlə SÖHBƏT

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.