Bütün xəbərlər
25 avqust, 15:11

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) SABAH qrupları məzunu Elnur Əlizadə “Azad Mirzəcanzadə inkişaf proqramı”nın qalibi olub. 

Bu barədə universitetdən “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, Elnur Əlizadənin müsabiqəyə təqdim etdiyi “MagEOR” layihəsi maqnit sahəsinin tətbiqi ilə tükənməkdə olan neft yataqlarının işlənmə səmərəliliyinin artırılmasına həsr olunub. Bu metod ekoloji baxımdan təmiz, iqtisadi cəhətdən səmərəli, enerjiyə qənaətcil və texnoloji baxımdan asan tətbiq olunan müasir və innovativ yanaşmadır.

Elnur Əlizadə bakalavr təhsilini ADNSU-nun “Neft-qaz mühəndisliyi” ixtisası üzrə SABAH qruplarında fərqlənmə diplomu ilə başa vurub, magistr təhsilini isə Çin Neft Universitetində “Neft və qaz yataqlarının işlənməsi” ixtisası üzrə alaraq “İlin tələbəsi” adına layiq görülüb. Hazırda ADNSU-nun doktorantı, gənc tədqiqatçıdır.

Qeyd edək ki, “Azad Mirzəcanzadə inkişaf proqramı”na ölkə üzrə müxtəlif universitetlərdən 100-dən çox iştirakçı müraciət edib. Üç mərhələdən ibarət olan seçim prosesinin sonunda münsiflər heyətinin keçirdiyi müsahibələr və yekun qiymətləndirmə nəticəsində 10 layihə qalib seçilərək maliyyə dəstəyi qazanıb.

2023-cü ildən fəaliyyətə başlayan “Azad Mirzəcanzadə inkişaf proqramı” 18-35 yaş arası, cəmiyyətin inkişafına töhfə vermək arzusu və bu istiqamətdə real ideyaları olan Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub.

Şərhlər

Xəbər lenti

26 avqust, 17:13

Taleh Şahsuvarlı: Ali məktəblərimiz Şərqi Avropanın bir çox universitetindən daha yaxşı təhsil verir

26 avqust, 17:08

"Planım şəxsi hüquq büromu qurmaqdır” – Sosial şəbəkədə məşhurlaşan gənc

26 avqust, 16:28

Günün mübarək, doğma Laçın!

26 avqust, 16:08

4 universitetə qəbul oldu, amma… 

26 avqust, 15:40

Fərid Pərdəşünas: Qəbul olmayanlara reallıqdan uzaq təsəllilər verilir

26 avqust, 15:22

Professor Zahid Məmmədov beynəlxalq yubiley medalı ilə təltif olundu

26 avqust, 15:11

Lisey və gimnaziyalara II mərhələ seçimlərinə start verilib

26 avqust, 14:25

Gədəbəydən olan qardaşlar eyni universitet və ixtisasa daxil oldular 

26 avqust, 14:16

“Təhsilin yaşı yoxdur, istəyim oxumaq və savadımı artırmaqdır” – 55 yaşlı tələbə

26 avqust, 12:49

Müəllim təbiətə bağlıdırsa…

26 avqust, 12:45

Ötən tədris ilində Azərbaycana 7 mindən çox əcnəbi tələbə gəlib

26 avqust, 12:44

Müəllim sinifdə müəllim olar

26 avqust, 12:43

Xarici ölkə prokurorluqlarının nümayəndələri Qarabağ Universitetində olublar

26 avqust, 12:38

Azərbaycan alimləri dünyada ilk dəfə fitoplazmalar arasında rekombinasiyanı aşkar ediblər

26 avqust, 12:22

Mingəçevir məktəbinin bir sinfinin bütün şagirdləri tələbə oldu

26 avqust, 12:15

Milli Müdafiə Universiteti tələbə qəbulu elan edir

26 avqust, 12:02

Azərbaycanda “robot tyutor” hazırlanır

26 avqust, 12:00

Bu ölkələrin vətəndaşları Azərbaycan kolleclərində təhsil alırlar

26 avqust, 11:57

Əkizlərin uğuru: Bacı-qardaş eyni vaxtda tələbə oldu

26 avqust, 11:49

Peşə məktəblərində müəllimlərin sayı artıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.