
Ötən tədris ilində Azərbaycanda ali təhsil almaq üçün 7 427 xarici vətəndaş müraciət edib. Onlar bakalavriat və magistratura səviyyələri üzrə ali məktəbə qəbul olublar.
“Azərbaycan müəllimi”nin məlumatına görə, bu rəqəm “Azərbaycanda təhsil, elm və mədəniyyət” adlı statistik məcmuədə əksini tapıb.
Müqayisə üçün qeyd edək ki, 2023–2024-cü tədris ilində əcnəbi tələbələrin sayı 6 680, 2020–2021-ci ildə isə 5 256 nəfər olub.
Son tədris ilində qəbul olunan 7 427 tələbədən 1175-i MDB ölkələrindən, 6 min 297-si isə digər ölkələrdən gəlib. MDB üzrə əsas göstəricilər belədir: Rusiyadan – 794, Türkmənistandan – 107, Qazaxıstandan – 70, Ukraynadan isə 57 nəfər.
Digər ölkələr arasında Türkiyə (3477 nəfər), İran (942 nəfər), Gürcüstan (668 nəfər), Hindistan (305 nəfər), Pakistan (180 nəfər) və Suriya (148 nəfər) üstünlük təşkil edib.
Ötən tədris ilində Anqola, Estoniya, Eritreya, İsveç, Kolumbiya, Kamerun, Koreya, Küveyt, Tanzaniya və Yaponiyadan hər biri üzrə 1 nəfər Azərbaycanı ali təhsil üçün seçib.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər