
Avqustun 26-da Rumıniyanın İaşi şəhərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) təşkilatçılığı ilə keçirilən İCAFS-2025 Beynəlxalq Konfransının ikinci günü baş tutub.
Universitetdən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, konfransın sonuncu günü də elmi müzakirələrlə zəngin olub. Dəvətli spikerlər sırasında Şimali Kipr Türk Cümhuriyyətinin Near East Universitetinin (Yakın Doğu Üniversitesi) dosenti Rahib Abiyev, Azərbaycan Dillər Universitetinin rektoru professor Kamal Abdulla, Türkiyənin İstinye Universitetinin professoru Tofiq Allahviranloo və Sakarya Universitetinin professoru Ərdəşir Məhəmmədzadə spiker kimi çıxış ediblər. Bununla yanaşı, ADNSU-nun “Xarici dillər” kafedrasının müdiri Fəridə Hüseynova, müəllimlər Aynur Cəbiyeva və Xəlil Hüseynov, doktorant Şamil Əhmədov və BA Proqramlarının direktor müavini Nigar Adilova da məruzələrlə çıxış ediblər.
Hibrid formatda keçirilən konfransda müxtəlif ölkələrdə olan nümayəndələrin onlayn çıxışları dinlənilib.
Konfransın yekununda ADNSU rektoru dosent Rüfət Əzizov, ADNSU BA Proqramlarının direktoru Rafiq Əliyev, Rumıniyanın "Alexandru Ioan Cuza” Universitetinin rektoru Adrian İftene, Özbəkistanın “Honeywell” Sənaye şirkətinin baş meneceri Farux Adilov, həmçinin Şimali Kipr Türk Cümhuriyyətinin Near East Universitetinin (Yakın Doğu Üniversitesi) dosenti Rahib Abiyevin iştirakı ilə dəyirmi masa müzakirəsi keçirilib. Müzakirələrdə süni intellektin aktual sahəsi olan “İzaholunan Süni İntellekt” mövzusunda fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, dünyaşöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin xatirəsinə həsr olunan “Qeyri-səlis məntiq, soft kompütinq və süni intellektin nəzəriyyəsi və tətbiqi üzrə 17-ci beynəlxalq konfransa (ICAFS 2025) ümumilikdə 9 ali təhsil müəssisəsindən 100-ə yaxın elmi məqalələr təqdim edilib. Konfransa qəbul olunmuş elmi işlər nüfuzlu “Springer” nəşriyyatının “Lecture Notes in Networks and Systems” seriyasında dərc olunacaq və “Scopus” beynəlxalq elmi bazasında indeksləşdiriləcək.
1 /5
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər