Bütün xəbərlər
25 aprel, 17:30

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi şurasının növbəti iclası keçirilib. Əvvəlcə ADPU-nun 2024-cü ildəki elmi nəşrlərindən ibarət sərgiyə baxış keçirilib.

Bu barədə “Azərbaycan müəllimi”nə universitetdən məlumat verilib.

İclasda Elmi şuranın sədri, ADPU-nun rektoru professor Cəfər Cəfərov ötən iclasdan cari dövrədək universitet əməkdaşlarının və tələbələrinin yerli və beynəlxalq sferada əldə etdikləri nailiyyətlərdən danışıb. Rektor qeyd edilən dövr ərzində elmi dərəcə və ad almış əməkdaşlara müvafiq diplomları təqdim edib.

Elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov ADPU-nun 2024-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti barədə hesabatla çıxış edib. Prorektor bildirib ki, hesabat dövründə təsdiq edilmiş plan əsasında 825 nəfər professor-müəllim heyətindən 760 nəfəri 59 istiqamətdə, 124 problem üzrə 458 mövzuda elmi-tədqiqat işi yerinə yetirib, tətbiqi və innovasiya xarakterli ən əhəmiyyətli 47 elmi-tədqiqat işi tədris prosesində tətbiq hüququ qazanıb. Universitet əməkdaşlarının 2024-cü ildə 517-si (69-u impakt faktor göstəricili jurnallarda) xarici ölkə dövri nəşrlərində olmaqla 1151 elmi məqalə, 728 tezis (xaricdə 420), 27 monoqrafiya (8-i ADPU-nun Elmi şurasının qərarı ilə çap olunub), 16 dərslik, 69 dərs vəsaiti, 38 kitab, 171 proqram və metodik vəsaitləri və s. nəşr olunub.

Bildirilib ki, əgər 2023-cü ildə “Scopus” bazasında ADPU-nun 164 professor-müəllim heyətinin 333 məqaləsi qeydə alınmışdısa, 2024-cü ildə bu göstərici 197 nəfər üçün 408 məqalə təşkil edib. 2024-cü ildə ADPU-nun H-indeksli alimlərinin sayı 96 (“Scopus”) və 158 (“Google Scholar”) olub. Ümumilikdə “Scopus”da H-indeksinin sayı 201, “Google Scholar”da isə 372 təşkil edir. 2020-2023-cü illər ərzində “Web of Science” beynəlxalq istinad bazasında indekslənən jurnallarda dərc olunan elmi işlərin təhlilinə əsasən ADPU Elm və Təhsil Nazirliyinə tabe universitetlər arasında 4-cü yerdə qərarlaşıb. Son 4 il ərzində universitetin professor-müəllim heyətindən 15 nəfər professor, 51 nəfər dosent, 12 nəfər elmlər doktoru, 48 nəfər fəlsəfə doktoru elmi ad və dərəcəsi alıb.

Keyfiyyətin təminatı şöbəsinin müdiri dosent Qalib Şərifov ADPU-da professor-müəllim heyətinin 2024-cü ildə fəaliyyətinin reytinq qiymətləndirməsi barədə hesabatı təqdim edib. Qeyd edilib ki, 2024-cü ildə reytinq qiymətləndirməsində 1292 müəllim iştirak edib ki, bu say 2023-cü ildə 1271 nəfər, 2022-ci ildə isə 1185 nəfər olub. Cari ildə qiymətləndirmədə iştirak edən müəllimlərin 815 nəfəri ADPU-nun, 263 nəfəri filialların, 214 nəfəri isə ADPU-nun nəzdində Pedaqoji Kollecin müəllimləridir. Qiymətləndirmədə ümumilikdə 55 elmlər doktoru, 406 fəlsəfə doktoru, 42 professor, 255 dosent elmi adı olan, 13 dekan və 47 kafedra müdiri iştirak edib. ADPU üzrə ən yüksək orta reytinq balı Filologiya fakültəsində qeydə alınıb (1481.94 bal). 2023-cü ildə bu göstərici 1023.45 bal olub. Kafedralar üzrə isə ən yüksək nəticə 2094.74 balla Müasir Azərbaycan dili kafedrasında qeydə alınıb. Reytinq qiymətləndirilməsində iştirak edənlərin cəmi 8.75 faizi 100-dən aşağı bal yığıb ki, bu da son 4 il ərzində ən aşağı göstəricidir və 2021-ci ilin nəticələri ilə müqayisədə 4 dəfəyə qədər azalma deməkdir.

Daha sonra Q.Şərifov fakültə və filiallar üzrə reytinq qiymətləndirməsinin ayrı-ayrılıqda statistikasını və qiymətləndirmə ilə bağlı yeni təklifləri təqdim edib.

İclas işini cari məsələlərin müzakirəsi ilə davam etdirib. Professor Asəf Zamanov magistr dissertasiya mövzusunun müəyyənləşdirilməsi və elmi rəhbərin təsdiqi, monoqrafiyanın çapa təqdim edilməsi və bəzi əməkdaşlara dosent elmi adının verilməsi üçün AAK qarşısında vəsatət qaldırılması barədə təklifləri təqdim edib. Sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev “ADPU-nun Gənc Müəllimlər Assosiasiyasının Əsasnaməsi”nin təsdiqi barədə təkliflə çıxış edib. Elmi katib riyaziyyat üzrə fəlsəfə doktoru Nərminə Abdullayeva Fizika və Riyaziyyat fakültələrində yeni ixtisasların açılması ilə əlaqədar işçi qrupun yaradılması və “ADPU-nun Elmi Şurasının Əsasnaməsi”nin təsdiq edilməsi barədə təkliflərini səsləndirib.

Sonda təklif edilən məsələlər səsə qoyularaq qəbul edilib.

1 /10

Şərhlər

Xəbər lenti

1 may, 10:23

Şahmat taxtasında yazılan hekayə - Gülşənin zəfər yolu

1 may, 10:10

Sumqayıtda “Erkən nikahın qarşısının alınması” mövzusunda görüş olub

1 may, 09:57

Radiasiya Problemləri İnstitutunun alimləri ilə görüş keçirilib

1 may, 09:51

Məktəblərdə yaz tətili başladı

1 may, 09:46

Nazir müavini Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclasında çıxış edib

1 may, 09:42

Bu gündən birinci siniflərə şagird qəbuluna başlanılır

1 may, 09:40

Leyla Əliyeva və Arzu Əliyeva tələbələrin konsertində iştirak ediblər

1 may, 09:37

Abituriyentlərin nəzərinə: Qeydiyyat başa çatır!

30 aprel, 19:56

MÜTDA I sinfə elektron qəbul ilə bağlı video təlimat hazırlayıb

30 aprel, 17:43

Sərgi salonunda “From Past to Future” adlı hesabat sərgisi açılıb

30 aprel, 17:06

Beynəlxalq Təhsil İcmalı – Aprel 2025

30 aprel, 16:43

85 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

30 aprel, 16:15

Müasir dövrdə məktəbəqədər təhsilə baxış

30 aprel, 16:01

ADU-da Beynəlxalq Çin Dili Günü qeyd olunub

30 aprel, 15:55

Nazir müavini İtaliya Deputatlar Palatasının üzvü ilə görüşüb

30 aprel, 15:18

İngilis dilinin tədrisinə ayrılan dərs saatlarının artırılması təklif edilib

30 aprel, 15:02

Türkiyənin 4 universiteti ilk top-100-lüyə daxil olmağı bacarıb – REYTİNQ

30 aprel, 15:00

Rayonun ilk üçlüyündə: Kənd məktəbinin uğurunun sirri

30 aprel, 14:43

Malayziyada ali təhsil gənclərə nə qazandırır? – Təhlil

30 aprel, 14:35

BMU-da millət vəkilləri ilə tələbələrin görüşü keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.