Bütün xəbərlər
30 aprel, 16:01

Aprelin 29-da Azərbaycan Dillər Universiteti (ADU) Beynəlxalq Çin Dili Günü münasibətilə Çin Xalq Respublikasının müxtəlif ali təhsil müəssisələrini təmsil edən nümayəndə heyətini qəbul edib. 

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, səfər iki ölkə arasında təhsil və mədəniyyət sahəsində əməkdaşlığın inkişafına həsr olunub.

Tədbirdən əvvəl ADU-nun rəhbərliyi – prorektorlar Jalə Qəribova, Şəfəq Şahməmmədova və Həmidə Əliyeva ilə nümayəndə heyəti arasında görüş keçirilib, qarşılıqlı maraq doğuran mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb. Görüşdə iki ölkə arasında təhsil və mədəniyyət sahəsində əməkdaşlıq imkanları ətraflı müzakirə olunub.

Çin tərəfini Hebei İqtisadiyyat və Biznes Universitetinin prorektoru Du Hongmei, Beynəlxalq Mübadilə Mərkəzinin direktoru Shang Livei, İncəsənət Məktəbinin Partiya Təşkilatının katibi Liu Jinguang və digər ali təhsil müəssisələrinin nümayəndələri təmsil edib. Heyətin tərkibinə universitet rəhbərliyi, fakültə dekanları, müəllimlər, musiqiçilər və tələbələr daxil olub. Səfər çərçivəsində ADU tələbələri ilə birgə interaktiv tədbirlər, sənət və mədəniyyət proqramları təşkil edilib.

Hebei İqtisadiyyat və Biznes Universitetinin nümayəndəsi universitetin beynəlxalq əməkdaşlığa verdiyi əhəmiyyəti qeyd edib, son illərdə həyata keçirilən inkişaf strategiyalarından və Konfutsi institutları vasitəsilə qurulan mədəniyyətlərarası dialoqun rolundan bəhs edib. O, Çində Azərbaycan dili və mədəniyyətinin tanıdılması istiqamətində yeni əməkdaşlıq imkanlarının yaradıldığını vurğulayıb.

Görüş zamanı universitetlər arasında iki diplomlu proqramların təşkili, kurikulumların uyğunlaşdırılması, birgə elmi jurnalların nəşri və tələbələrin elmi rəhbərlik çərçivəsində dəstəklənməsi kimi təşəbbüslər irəli sürülüb. Tərəflər bu istiqamətdə ilkin addım olaraq Anlaşma Memorandumunun imzalanmasını planlaşdırıb.

Görüş qarşılıqlı anlayış və əməkdaşlıq ruhunda keçib. Hər iki tərəf təhsil, elm və mədəniyyət sahələrində davamlı əməkdaşlığa açıq olduqlarını bildirib. Sonda tərəflər təşəkkürlərini bildirərək, belə təşəbbüslərin iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə xidmət etdiyini qeyd ediblər.

Danışıqlardan sonra ADU-nun akt zalında rəsmi tədbir keçirilib. Tədbir Çin Xalq Respublikasının Təhsil Nazirliyi, Çin Xalq Respublikasının Azərbaycandakı Səfirliyi və ADU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun birgə əməkdaşlığı ilə təşkil olunub.

Tədbirdə hər iki xalqın milli musiqiləri və rəqsləri təqdim olunub, mədəni dəyərlər nümayiş etdirilib. Sonda xoş arzular səsləndirilib, xatirə şəkilləri çəkilib və tədbir rəsmi şəkildə başa çatıb.

1 /13

Şərhlər

Xəbər lenti

30 aprel, 19:56

MÜTDA I sinfə elektron qəbul ilə bağlı video təlimat hazırlayıb

30 aprel, 17:43

Sərgi salonunda “From Past to Future” adlı hesabat sərgisi açılıb

30 aprel, 17:06

Beynəlxalq Təhsil İcmalı – Aprel 2025

30 aprel, 16:43

85 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

30 aprel, 16:15

Müasir dövrdə məktəbəqədər təhsilə baxış

30 aprel, 15:55

Nazir müavini İtaliya Deputatlar Palatasının üzvü ilə görüşüb

30 aprel, 15:18

İngilis dilinin tədrisinə ayrılan dərs saatlarının artırılması təklif edilib

30 aprel, 15:02

Türkiyənin 4 universiteti ilk top-100-lüyə daxil olmağı bacarıb – REYTİNQ

30 aprel, 15:00

Rayonun ilk üçlüyündə: Kənd məktəbinin uğurunun sirri

30 aprel, 14:43

Malayziyada ali təhsil gənclərə nə qazandırır? – Təhlil

30 aprel, 14:35

BMU-da millət vəkilləri ilə tələbələrin görüşü keçirilib

30 aprel, 14:34

Respublika ərazisi üçün may ayına olan hava proqnozu açıqlanıb

30 aprel, 14:26

Qlobal meqatendensiyalar və onların təhsilə təsiri – Andreas Şleyxer yazır

30 aprel, 14:24

Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü təşkil olunub

30 aprel, 14:19

"Yüksəliş" müsabiqəsinin əyani mərhələsinə keçənlərin sayı açıqlanıb

30 aprel, 14:19

Təhsil ekosistemləri: yaxın gələcəkdə müasir təhsilin inkişaf tendi kimi

30 aprel, 13:58

DİM bəzi imtahanların başlama saatını dəyişib

30 aprel, 13:27

Berlində Azərbaycanlı Həkimlərin Qurultayı keçirilib

30 aprel, 13:25

Sabahın hava proqnozu açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.