
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və “Telecommunications and Integration Solutions” MMC (TIS) arasında əməkdaşlığa start verilib.
Peşə mərkəzindən “Azərbaycan müəllimi”nə bildirilib ki, tərəflər arasında imzalanan memorandum peşə təhsilində yeni mərhələ açır. Əsas hədəf avtomatika və ağıllı ev sistemləri üzrə ixtisaslaşmış kadrların hazırlanmasıdır.
Əməkdaşlığın əsas istiqamətləri:
Ağıllı ev sistemləri üzrə yeni təlim modullarının yaradılması;
Müasir laboratoriyaların qurulması;
Beynəlxalq səviyyədə tanınan sertifikatlaşdırma proqramları;
Təlim materiallarının hazırlanmasında dəstək;
İnnovativ tələbə layihələrinə mentorluq və maliyyə yardımı;
Birgə seminar və konfranslar.
1 /4
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər