
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol” çərçivəsində 29 iyun – 11 iyul 2025-ci il tarixlərində 10 peşə təhsili müəssisəsinin 17 təhsilverəni üçün Türkiyə Respublikasının İzmir şəhərində yerləşən müxtəlif təhsil müəssisələrində təlim proqramı təşkil edilib.
Agentlikdən “Azərbaycan müəllimi”nə bildirilib ki, təlimlərin təşkilində əsas məqsəd təhsilverənlərin ixtisas biliklərinin təkmilləşdirilməsi ilə yanaşı müasir tədris yanaşmaları ilə bağlı Türkiyə təcrübəsinin öyrənilməsidir. Azərbaycanın Türkiyə Respublikasında yerləşən səfirliyinin dəstəyi ilə həyata keçirilən təlimlər kənd təsərrüfatı, turizm, İKT, sənaye, tikinti, moda-dizayn və digər ixtisas sahələrini əhatə edir.
Təlim iştirakçıları qardaş ölkədə peşə təhsili müəssisələrində tədris prosesində aktiv iştirak etməklə yanaşı sektor üzrə qabaqcıl müəssisə və təşkilatlara təşkil edilən səfərlərdə müasir texnologiyalar ilə də tanış olublar.
Təlimlərdən sonra iştirakçılar tərəfindən qazanılmış təcrübənin bölüşülməsi üçün Azərbaycanda silsilə görüş və seminarların təşkili nəzərdə tutulur.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər