
Hər il təxminən 6000-ə yaxın uşaq evdə təhsilə cəlb edilir.
Bunu “Azərbaycan müəllimi”nə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin sektor müdiri Anar Xələfov deyib.
O bildirib ki, evdə təhsil keyfiyyətli təhsil almağa imkan vermir. Bu təhsil uşaqlarda ağır məhdudiyyətlər olma səbəbindən müvəqqəti seçilir və uşaqların icbari təhsil hüququnu təmin etmək məqsədi daşıyır: “Ölkə qanunvericiliyinə görə, uşaqların sağlamlıq vəziyyətinə görə məktəbə gedə bilməyən uşaqlar üçün təhsil evdə təşkil olunur. Evdə təhsilin təşkil olunması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci ildə verdiyi 77 nömrəli qərarı ilə tənzimlənir. Evdə təhsilə cəlb olunan xəstəliklərin siyahısının əksini tapdığı həmin qərarda evdə təhsilin necə, hansı məktəblərdə təşkilinin mümkün olduğu aydın izah edilir”.
A.Xələfovun sözlərinə görə, sağlamlıq imkanları məhdud uşaqların durumu rayon-şəhər psixoloji-tibbi komissiyalarında qiymətləndirilir:
“Onların sağlamlıq vəziyyəti evdə təhsil almaq hüququ verirsə, bu halda uşaqlar yaşayış yerinə yaxın məktəb vasitəsilə təhsilə cəlb olunurlar. Məktəbin uşaqların həyatında böyük rolu var. Onlar burada sadəcə akademik biliklər yox, onların cəmiyyətə inteqrasiya olunması, sosial bacarıqlara yiyələnməsi, növbəti mərhələdə cəmiyyətdə rahatlıqla öz yerini tapmasına imkan verir. Evdə təhsil bu mühüm aspektləri özündə ehtiva edə bilmir. Çünki proses evdə baş verir və uşaqlara, sadəcə akademik biliklər öyrədilir”.
Məktəbin əhəmiyyətini nəzərə alaraq, sağlamlıq imkanları məhdud uşaqların inklüziv təhsilə cəlb olunmalarına üstünlük verilir:
“İctimai strukturumuz, ictimai nəqliyyatımız sağlamlıq məhdudiyyəti olanlar üçün əlçatan olacaqsa, evdə təhsilə cəlb olunmuş uşaqların arasında olanlara məktəbdə təhsil almaq imkanı yaranacaq”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər