Bütün xəbərlər
4 iyun, 13:56

O, XX əsrin gur səsi, maarifin alovlu fədaisi, Türk qadınının elm, siyasət və mədəniyyət səhnəsindəki parlaq simasıdır. Yalnız bir millətin deyil, bir düşüncə tərzinin, bir azadlıq fəlsəfəsinin təcəssümü idi. Atasının idealist baxışlarını sinəsində daşıyan bu zəkalı qadın, qələmini məfkurəyə, nitqini maarifə, varlığını isə cəmiyyətin tərəqqisinə həsr edib. Müəllim, yazıçı, millət vəkili, amma hər şeydən öncə o, zəmanəsinin susdurulmuş qadınlarına səs olub.

Təqdim edəcəyimiz məqalə Əhməd Ağaoğlunun qızı Tezər Ağaoğlu haqqındadır. Tezer Ağaoğlu deyəndə bir qadının tək iradə ilə toplumun divarlarını necə çatlatdığı göz önündə canlanır.

Əhməd bəy Ağaoğlunun qızı Tezər Ağaoğlu 1907-ci ildə Bakıda doğulub. Əsl adı Tazəxanım (nənəsinin adı) olub, Türkiyəyə köçdükdən sonra Tezər kimi rəsmiləşdirilib. Orta təhsilini İstanbulda Bəzmi-Aləm liseyində alıb. 1924-cü ildə İstanbul Darülfünunun Fəlsəfə bölümündə ali təhsilini başa vurub.

Universiteti bitirdikdən sonra Ankara qız və oğlan liseylərində fəlsəfə müəllimi kimi fəaliyyət göstərib. Tezər Ağaoğlu oğlan məktəbində dərs deyən ilk qadın müəllim olub. Daha sonra Ankara Qız Liseyinin və İstanbul Qız Müəllimlər Məktəbinin müdiri vəzifələrində çalışıb.

1931-ci ildə dönəmin tanınmış həkimlərindən Nimet Taşkıranla evlənib və Vyanaya gedib. 1933-də Türkiyəyə qayıdıb. Bu evlilikdən iki övladı dünyaya gəlib. Qızı Suna arxeologiya, oğlu Mete isə İsveçrədə siyasət üzrə təhsil alıb.

1934-cü ildə Türkiyədə qadınlara parlamentə seçilmək hüququ verilib. 1941-ci ildə Tezər Taşkıran Kastamonudan millət vəkili seçilib. Bu barədə bacısı Sürəyya Ağaoğlu xatirələrində belə yazıb:

“1941-ci ildə qardaşım Səmədi Daxiliyyə vəkili Recep Peker çağıraraq “Bir çox gənci millət vəkili seçmək istəyirik, səni də istəyirik, müraciət elə” deyir. O vaxtlar tək partiyalı rejim olduğu üçün seçkilər təyinatdan o tərəfə getmirdi. Seçki gününün axşamı radioda Səmədin adının oxunacağını gözləyərkən Tezərin adını eşitdik. O da millət vəkili namizədliyini radiodan öyrənmişdi. İnönü, Tezəri Ankara Qız Liseyinin müdiri kimi, eyni zamanda da Maarif Şurasından tanıyırdı və çıxışlarını bəyənirdi. Tezər Kastamonun deputatı oldu. Təbii ki, ailəmiz üçün Tezərin və ya Səmədin uğuru arasında fərq yox idi. Çox sevindik”.

1946-cı il seçkilərində Tezər Qarsın ilk qadın millət vəkili kimi parlamentə seçilib. 1950-ci ildə 10 kişi namizəd arasında ən çox səsi (83 min 14) əldə edərək Qarsdan növbəti dəfə deputat seçilib. Deyilənlərə görə, həmin dönəmdə Qarsda doğulan qız uşaqlarının əksəriyyətinə onun şərəfinə Tezər adı qoyulub.

Millət vəkilliyi dönəmində Tezer Taşkıran təhsil, qadın və uşaq hüquqları ilə bağlı çıxışlar edib, bu sahədə mühüm işlər görür. Məsələn, 11 iyun 1951-ci ildə parlamentdəki çıxışında Taşkıran təhsilsiz vətəndaşlar üçün xüsusi təhsil proqramlarının hazırlanmasını, onlar üçün xüsusi əlifbanın yazılması və gərəkli bilgilərin olduğu kitabların kəndlərə yayılmasını, radio vasitəsilə dərslərin verilməsini təklif edib.

O, öz maaşının bir hissəsini kasıb tələbələrə paylayırdı.

1928-ci ildə 24 yaşlı Tezər Ağaoğlunun “Suri ve Tatbiki Mantık” adlı liseylər üçün məntiq kitabı çap edilir. O, kitabının bir nüsxəsinin səhifəsinə “Türk qadınlarının xilaskarı Atatürkə” qeydini yazaraq prezidentə göndərir. Atatürk bir toyda onu görərkən ona yaxınlaşır, kitaba görə təbrik edir və ətrafındakılara dönərək deyir: “Görürsünüzmü, bu kiçik qız liseylər üçün məntiq kitabı yazıb, türk qızlarının bu sahədə yetişmələrinə sevinmək lazımdır”.

Daha sonra Atatürk kitabda olan ağır terminlərin yeni, sadə sözlərlə əvəzlənməsinin vacib olduğunu bildirir.
Bu kitaba görə Təhsil nazirliyi onu mükafatladırıb.

Taşkıran “Stüart Mill” (filosofun həyat və yaradıcılığı haqqında), “Suçlu çocuklarımız” (qardaşı Səməd Ağaoğlu ilə birlikdə uşaq islah evində aparılan araşdırma), “Türk əxlaqının ilkələri”, “Qadın hüquqları”, “Vətəndaşın əl kitabı”, “Dədə Qorqud nağılları”, “Kendinseç dağında” və digər kitabların müəllifidir.

Tezer Taşkıran 4 may 1979-cu ildə vəfat edib. Türkiyədə 1987-ci ildən etibarən onun adını daşıyan məktəb fəaliyyət göstərir.

Qardaşı Səməd Ağaoğlu xatirələrində yazır: “Minlərlə tələbə yetişdirdiyi müəllim həyatında və on il millət vəkili olduğu dönəmdə ondan bir nəfər də olsun şikayətçi olmadı”.

Mənbə: qlobal.net

Şərhlər

Xəbər lenti

11 iyul, 10:20

Peşə təhsili müəssisələrinin müəllimləri Türkiyədə təlimdə iştirak ediblər

11 iyul, 10:17

Çinin Beihang Universitetində BMU ilə əməkdaşlıq görüşü keçirilib

11 iyul, 10:10

Təsviri sənət istiqaməti üzrə qabiliyyət imtahanı verəcək şəxslərin NƏZƏRİNƏ!

11 iyul, 10:04

Nazir Ruanda Respublikasının Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

11 iyul, 10:01

Metodistlərlə onlayn görüş keçirilib

11 iyul, 09:53

Ağıllı ev sistemləri peşə təhsilinə inteqrasiya olunur

11 iyul, 09:49

ADNSU-da bir neçə yeni ixtisas və ixtisaslaşma üzrə ilk dəfə qəbul aparılır

11 iyul, 09:48

Professor Mirzə Qurbanov vəfat edib

10 iyul, 21:34

SABAH qruplarına qəbulun formatı dəyişdirilir

10 iyul, 17:03

Elm və Təhsil Nazirliyi ilə G42 "Presight" şirkəti arasında əməkdaşlıq imkanları müzakirə olunub

10 iyul, 17:00

"Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda tədbir keçirilib

10 iyul, 16:49

BMU ilə Lanzhou Maliyyə və İqtisadiyyat Universiteti arasında memorandum imzalanıb

10 iyul, 16:11

Biologiya, fransız dili, fiziki tərbiyə, rus dili və fizika fənləri üzrə apellyasiya müraciətlərinə start verilib

10 iyul, 15:07

Böyük Britaniyanın professoru idman təbabətinə dair təlim keçib

10 iyul, 15:00

Nazir müavini Burkina Fasonun Türkiyədəki səfiri ilə görüşüb

10 iyul, 13:42

10 ildə müəllimlərin əməkhaqları 3 dəfə artıb

10 iyul, 13:28

Gələn tədris ilində müəllimlərin 45%-i 1000 manatdan çox maaş alacaq

10 iyul, 13:24

Emin Əmrullayev: Sertifikatlaşdırma peşəkar müəllim resursumuzu daha aydın görməyə imkan verir

10 iyul, 13:09

Riyaziyyat müəllimlərinin 47 faizinin maaşı 35 faiz artacaq

10 iyul, 12:19

İşğaldan azad olunmuş ərazilərdə yeni məktəblər açılacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.