Bütün xəbərlər
11 iyul, 10:17

Bakı Mühəndislik Universitetinin (BMU) nümayəndə heyəti Çin Xalq Respublikasına işgüzar səfər çərçivəsində Pekin şəhərində yerləşən Beihang Universitetində olub.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, BMU heyətini salamlayan Beihang Universitetinin rəhbərliyi ali təhsil ocağı haqqında ətraflı məlumat verib. Bildirilib ki, kompüter elmləri və mühəndislik sahəsində ixtisaslaşmış ali məktəb 50 ildən artıqdır ki, qabaqcıl tədqiqatlar aparır. Beihang Universiteti tədqiqat yönümlü fəaliyyəti, güclü laboratoriyaları və Çinin nüfuzlu proqramlarında iştirakı ilə seçilir.

Öz növbəsində BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gül BMU-da tədris olunan ixtisaslar, tədqiqat üçün zəruri laboratoriyalar, startapların hazırlanması üçün texniki imkanlar, universitetin beynəlxalq reytinqlərdə möhkəmlənən mövqeyi və s. məlumatları Beihang Universiteti rəhbərliyinin diqqətinə çatdırıb. Prorektor BMU-nun Çin ali məktəbləri ilə qurulan əlaqələrindən bəhs edib və bu baxımdan Beihang Universiteti ilə mümkün əməkdaşlıq istiqamətlərinə toxunub.

Sonra iki universitet arasında qarşılıqlı maraq doğuran istiqamətlər müzakirə olunub. Birgə layihələrin icrası, tələbə və müəllim mübadiləsi, təcrübə proqramları, təlim imkanlarının inkişaf etdirilməsi, eləcə də ikili diplom proqramlarının yaradılması məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Görüş zamanı tərəflər arasında anlaşma memorandumunun imzalanması və gələcəkdə qarşılıqlı faydalı təşəbbüslərin həyata keçirilməsi perspektivləri diqqətə çatdırılıb, əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində ilkin razılıq əldə edilib.

Sonda BMU nümayəndələri Beihang Universitetinin kampusu və burada tədris üçün yaradılan şərait ilə yaxından tanış olublar.

1 /7

Şərhlər

Xəbər lenti

11 iyul, 14:55

BMU Pekin İnformasiya Elmləri və Texnologiyaları Universiteti ilə əməkdaşlığa başlayır

11 iyul, 14:33

Mikayıl Cabbarov: Təhsilin bütün səviyyələrində rəqəmsal biliklərin aşılanması əhəmiyyətlidir

11 iyul, 14:23

“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat bitdi

11 iyul, 14:20

Vaşinqton Universitetinin professoru Pedaqoji Kollecdə seminar keçirib

11 iyul, 13:53

AzMİU-da sərbəst güləş turnirinə start verilib

11 iyul, 13:31

Biz o yerlərə qayıdacağıq…

11 iyul, 12:50

Liseylərə imtahan verən 200 şagirdin nəticəsi yenidən araşdırılacaq – Komissiya yaradılıb

11 iyul, 12:45

Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri AÇIQLANDI

11 iyul, 12:42

BDU-da yüksək bal toplayanlar üçün yeni təqaüd təsis edilib

11 iyul, 12:25

İspaniya universitetinin Azərbaycanda fəaliyyətə başlama imkanı nəzərdən keçirilir – Səfir

11 iyul, 12:15

Sabahın hava proqnozu açıqlanıb

11 iyul, 11:38

MİQ üzrə müsabiqənin test imtahanı mərhələsi yekunlaşıb

11 iyul, 11:35

Bağçalara qəbul başlayır

11 iyul, 11:30

İzmirdə ikili diplom proqramının akademik heyəti və məzun tələbələrlə görüş keçirilib

11 iyul, 11:25

Gəncədə “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib

11 iyul, 11:10

“HTP sayəsində ölkəmizi layiqincə təmsil etməyə çalışdım” – Çində təhsil alan tələbə

11 iyul, 10:49

Peşə təmayüllü siniflərdə çalışmaq istəyənlərin NƏZƏRİNƏ!

11 iyul, 10:20

Peşə təhsili müəssisələrinin müəllimləri Türkiyədə təlimdə iştirak ediblər

11 iyul, 10:10

Təsviri sənət istiqaməti üzrə qabiliyyət imtahanı verəcək şəxslərin NƏZƏRİNƏ!

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.