Bütün xəbərlər
13 iyun, 16:09

Azərbaycan Tibb Universitetində Elm və Təhsil Nazirliyində ali təhsilin bakalavriat (əsas (baza ali tibb təhsili)) və magistratura səviyyələri üzrə yeni təhsil proqramlarının hazırlanması məqsədilə yaradılmış komissiyanın tərkibində formalaşdırılmış təhsil ixtisasları qrupu üzrə İşçi qrupun növbəti iclası keçirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, iclasda ATU-nun tədris işləri üzrə prorektoru, professor Nazim Pənahov çıxış edib. Bugünkü iclasda fizioterapiyanın ixtisaslaşmaları – nevrologiyada fizioterapiya, ortopediyada fizioterapiya, pediatriyada fizioterapiya, protez-ortopediya, idmanda fizioterapiya ixtisaslaşmaları və tədris proqramının hazırlanmasında görülən işlərlə bağlı müzakirələrin olacağını diqqətə çatdırıb.

Tədris departamentinin müdiri, dosent Kamandar Yaqubov İşçi qrupun gördüyü işlərdən danışıb. Bildirib ki, Elm və Təhsil Nazirliyinin tələbi ondan ibarətdir ki, magistratura pilləsində kadr hazırlanması üçün tədris proqramları, universitetin tədris bazası, müəllim fondu və s. müasir tələblərə cavab verməlidir: “Bununla bağlı unversitetin rektoru, professor Gəray Gəraybəylinin konkret göstərişi ondan ibarət olub ki, hazırlanan tədris proqramı bütün göstəricilərə cavab verdikdən sonra həmin ixtisaslaşmalara plan yerləri üzrə müraciət olunsun. Bu səbəbdən fizioterapiya ixtisası ilə bağlı işimizi ayın 20-dək yekunlaşdırmaq, lazımi sənədləri Elm və Təhsil Nazirliyinin müvafiq şöbəsinə təqdim etmək niyyətindəyik”.

1 /7

Şərhlər

Xəbər lenti

14 iyun, 08:00

Bu gün 116 mindən çox şagird üçün “Son zəng” çalınır

13 iyun, 23:01

Xüsusi qabiliyyət imtahanlarına start verilir

13 iyun, 21:22

Sertifikatlaşdırma üzrə sınaq imtahanının sual nümunələri təqdim edilib

13 iyun, 21:18

İş yerini dəyişmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

13 iyun, 19:44

Səhnə balaca fidanlarındır

13 iyun, 18:19

Macarıstanda təhsil almaq hüququ qazananların siyahısı açıqlanıb

13 iyun, 17:51

Hüquqlarımızı necə dərk edirik? - Tələbə və müəllimlərin fikirləri

13 iyun, 17:30

“Son zəng” demişkən...

13 iyun, 17:10

İndi rəssamdır, gələcəkdə isə həkim olmaq istəyir

13 iyun, 17:00

Bakıda inklüziv sinif təşkil edilən məktəblərin sayı 30-a çatdırılıb

13 iyun, 16:55

Sertifikatlaşdırma daha tez-tez keçirilsin – Maksimum bal toplayanların təcrübələri

13 iyun, 16:53

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibləri elan olunub

13 iyun, 16:52

Agentlik “Son zəng” tədbirləri ilə bağlı çağırış edib

13 iyun, 15:57

51 təhsil müəssisəsində təmir və tikinti işləri aparılıb

13 iyun, 15:41

Sahil Babayev: Elm və təhsil xərclərimiz beynəlxalq normativlərə uyğundur

13 iyun, 15:26

18 000 minə yaxın şagird təmayül sinifdə təhsil alıb

13 iyun, 15:15

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayır

13 iyun, 15:08

Folklor İnstitutunda Rəqəmsal folklor və netnoqrafik analiz şöbəsi yaradılıb

13 iyun, 14:56

Masallıda şagirdin yaşıdına xəsarət yetirməsi iddiası ilə bağlı AÇIQLAMA 

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.