Bütün xəbərlər
13 iyun, 16:55

Müəllimlər şagirdlərə yeni biliklər ötürməklə yanaşı, onların bilik səviyyəsini yoxlayırlar. Artıq bilik və peşə hazırlığı səviyyəsi yoxlanılan müəllimlərdir. Müəllimlərin sertifikatlaşdırılması imtahanı vasitəsilə gələcəyimizin memarları olan müəllimlər üçün yeni imkanlar yaranır, onların hazırlıq səviyyəsi qiymətləndirilir. 

Son illərdə aparılan təhsil islahatları fonunda müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi təhsilin keyfiyyətinin artırılmasında mühüm rol oynayır. Bu baxımdan müəllimlərin sertifikatlaşdırılması imtahanı onların bilik və bacarıqlarının obyektiv şəkildə dəyərləndirilməsi ilə yanaşı, peşəkar inkişaflarını dəstəkləyən və təhsildə yüksək standartların qorunmasına töhfə verən önəmli bir mexanizmdir.

2024-cü ildə keçirilən müəllimlərin sertifikatlaşdırılması imtahanında uğurlu nəticə göstərən müəllimlərdən biri də Aida Kamilovadır. İmtahanda maksimum  – 60 bal toplayan Aida müəllim “Azərbaycan müəllimi”nə müsahibəsində imtahanın üstünlüklərindən söz açıb.

A.Kamilova nə az, nə çox ömrünün düz 21 ilini pedaqoji fəaliyyətə həsr edib. O, 2005-ci ildən Bakı şəhəri Nizami rayonu 210 nömrəli məktəbdə riyaziyyat müəllimi kimi fəaliyyət göstərir. Bütün fəaliyyəti boyunca şagirdlərinə analitik düşünməyi, nəticə çıxarmağı öyrətməyə çalışan Aida müəllim özü də daim öyrənməyə, yenilikləri mənimsəməyə çalışır.

“Sertifikatlaşdırma imtahanı mənim üçün sadəcə bir qiymətləndirmə yox, metodik baxımdan peşəkar inkişaf platforması oldu”

Müsahibimiz bildirib ki, imtahana hazırlıq mərhələsi onu nəzəri biliklərini təkrar etməyə vadar edib: “Daim öyrənməyə açıq insan olmuşam. Sertifikatlaşdırma imtahanına hazırlıq prosesi də məni həm nəzəri biliklərimi təkrar etməyə, həm də pedaqoji və metodik biliklərimi təhlil etməyə vadar etdi. Kurikulumu yenidən nəzərdən keçirmək, onun məqsədlərini və məzmun xəttini sistemləşdirmək məndə dərs planlaşdırılmasında daha düzgün və məqsədyönlü yanaşma formalaşdırdı. Bu təcrübə dərslərimə yeni baxış, yeni yanaşma və yeni ruh qatdı. Artıq daha şüurlu, məqsədli və şagird mərkəzli dərslər qururam. Düşünürəm ki, sertifikatlaşdırma imtahanı hər bir müəllim üçün inkişafın bir mərhələsi kimi qəbul olunmalıdır”.

“Sertifikatlaşdırma dərsə yanaşmanıza, kurikulumu necə başa düşdüyünüzə də qiymət verir”

A.Kamilova bu il müəllimlərin sertifikatlaşdırılması imtahanında iştirak edəcək həmkarlarına tövsiyələr etməyi də unutmur. O bildirir ki, sertifikatlaşdırma imtahanı təkcə müəllimlərin biliyini qiymətləndirmək üçün yox, onları daha da gücləndirmək üçündür: “Sertifikasiya mərhələsi nə qədər məsuliyyətli olsa da, bir o qədər də inkişafetdiricidir. Bu imtahanda metodik baxışınıza, dərsə yanaşmanıza, kurikulumu necə başa düşdüyünüzə qiymət verildiyi üçün müəllimlər yalnız fənn biliklərinə deyil, tədris bacarıqlarına da diqqət yetirməlidirlər. Stres və qorxu nəticəyə mənfi təsir göstərə bilər. Ona görə də ən əsası özünüzə inanın. Əgər məqsədiniz öyrənməkdirsə, nəticə də gələcək. Bu prosesi özünüz üçün bir fürsətə çevirin”.

2024-cü ildə sertifikatlaşdırma imtahanında yüksək bal toplayaraq həmkarlarından seçilən müəllimlərdən biri Sülhiyyə Hüseynovadır. Düz 25 ildir ki, pedaqoji fəaliyyətlə məşğul olan S.Hüseynova Heydər Əliyev adına liseydə ingilis dili fənnini tədris edir.

Sertifikatlaşdırma prosesində yaşadığı təcrübələri bizimlə bölüşən Sülhiyyə müəllim özünəinamla qeyd edir ki, tədris etdiyi fənni mükəmməl bildiyi üçün imtahana xüsusi hazırlaşmayıb: “Pedaqoji fəaliyyətim boyunca qazandığım təcrübə mənə imtahanda çox kömək etdi. İmtahandan əvvəl sadəcə metodika və pedaqogika üzrə biliklərimi ümumiləşdirmişəm. Müxtəlif təlimlərdə iştirak edərək özümü inkişaf etdirməyə çalışırdım. Bu təlimlərdən biri də ABŞ-nin Şimali Karolina Universiteti tərəfindən ingilis dili müəllimləri üçün təşkil edilən təlim idi. Bu təlimlər sayəsində sadəcə dil biliklərimi təkmilləşdirmədim, həm də dilin tədrisi və metodika ilə bağlı yeni məlumatlar öyrəndim”.

“İmtahandakı sualların çoxunu VI-VII sinif şagirdləri belə rahatlıqla yaza bilər”

Sertifikatlaşdırma imtahanına düşən sualların çətinlik səviyyəsi haqqında danışan müsahibimiz qeyd edir ki, mütəmadi öz üzərində işləyən, dərsini yaxşı keçən müəllim bu sualları asanlıqla cavablaya bilər: “İxtisas fənni üzrə sualların çoxu çox sadə idi. Şagirdlər də asanlıqla bu sualları cavablaya bilərlər. Qalanları isə ortasəviyyəli suallar idi. Metodika üzrə olan sualların bəzilərini gündəlik dərs təcrübəsindən yararlanaraq hər bir müəllim yaza bilər. Digər suallar isə müəllimin ümumiləşdirmə bacarığını, məntiqi təfəkkürünü, onun xarakterini, şagirdyönümlü dərs keçmə bacarığını, metodikasını, müasir üsullardan istifadə edib-etmədiyini yoxlamağa kömək edir”.

“Sertifikatlaşdırmanın beş ildən bir yox, daha tez-tez olmasının tərəfdarıyam” 

S.Hüseynova söyləyir ki, sertifikatlaşdırma imtahanı vasitəsilə müəllimlər zəif tərəflərini, boşluqlarını müəyyən edib, onları inkişafı etdirə bilərlər. Buna görə də bu prosesin tərəfdarıdır: “Müəllimin biliyini artırması şagirdi daha yaxşı öyrədə bilməsinə, ona məlumatları daha yaxşı ötürməsinə gətirib çıxarır. 
Müəllimlik təkcə fənn bilgisi ötürməklə məhdudlaşmır, onu necə öyrətmək məsələsi əsasdır. Məsələn, şagirdlərimizin ən böyük problemlərindən biri ingilis dilində danışmaqla bağlıdır. Onlarda danışıq baryeri var. İngilis dilində oxuyurlar, yazırlar amma danışanda utanırlar. Buna görə də ingilis dili müəllimi kimi müxtəlif metodlardan istifadə edirəm. Biz məktəbdə sadəcə təlim vermirik, uşaqları orada böyüdürük. Onların xarakterlərini formalaşdırırıq. Buna görə də müəllimlərin səriştələrinin artırılması, biliyinin yoxlanması vacibdir”.

“Məqsədim sertifikatlaşdırma imtahanında 60 bal toplamaq idi”
Müsahibimiz bildirir ki, imtahandan əvvəl hədəfi sadəcə yüksək bal toplamaq olub. Bu prosesdə stres və həyəcan hissinə qapılmamağa çalışıb. Elə bu il imtahan verəcək həmkarlarına da həyəcanlanmamağı tövsiyə edir.

Şərhlər

Xəbər lenti

18 iyun, 22:07

 7 nəfərin imtahan nəticəsi ləğv edilib

18 iyun, 21:50

I və IV qruplar üzrə ən yüksək nəticəni onlar topladı

18 iyun, 21:35

l və IV qruplar üzrə qəbul imtahanının nəticələri açıqlandı

18 iyun, 21:00

Sabahdan sertifikasiyanın test mərhələsi üzrə apellyasiya başlayır

18 iyun, 20:29

Lənkəran-Astara regionunda sertifikatlaşdırmanın ilk günü necə keçdi? – REPORTAJ

18 iyun, 18:12

“Suallar çox yüksək səviyyədə tərtib olunmuşdu” – İmtahanda yüksək bal toplayan müəllimlər

18 iyun, 17:07

Sertifikatlaşdırmadan o da maksimum bal topladı – Fəridə müəllimin tövsiyələri 

18 iyun, 16:59

Naxçıvanda İmtahan Mərkəzinə infotur olub

18 iyun, 16:49

“Hər kəs əməyinə uyğun nəticə əldə edir” – Yüksək bal toplayan Naxçıvan müəllimləri

18 iyun, 16:41

Gəncə şəhərinin icra başçısı sertifikatlaşdırma prosesini izləyib

18 iyun, 16:37

Daha iki müəllim sertifikatlaşdırmada maksimum bal toplayıb

18 iyun, 15:57

“Müasir metodist” müsabiqəsi çərçivəsində təlimlər davam edir

18 iyun, 15:34

Cənub regionunda 184 müəllim sertifikatlaşdırmada iştirak edib

18 iyun, 14:57

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibləri üçün yay düşərgəsi keçiriləcək

18 iyun, 14:45

Azərbaycan və Çin universitetləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

18 iyun, 14:33

Sertifikatlaşdırmanın bugünkü test imtahanlarında 2019 müəllim iştirak edib

18 iyun, 14:27

Naxçıvanın komitə sədri: Sertifikatlaşdırma imtahanının keçirilməsi vacibdir

18 iyun, 14:22

Azad olunan ərazilərdə çalışan müəllimlər ilk dəfə sertifikasiyada iştirak ediblər

18 iyun, 13:33

Sertifikatlaşdırmadan uğurla keçənlər: İmtahan o qədər də çətin olmayıb

18 iyun, 13:29

AzMİU ilə Ankara Universiteti arasında əlaqələr genişlənir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.