
2024-2025-ci tədris ilinin əvvəlində ölkənin ali təhsil müəssisələrində oxuyan xarici tələbələrin sayı artaraq 7472 nəfərə çatıb.
"Azərbaycan müəllimi" Dövlət Statistika Komitəsinin "Azərbaycan rəqəmlərdə" adlı məcmuəsinə istinadən xəbər verir ki, 2022-2023-cü tədris ilində bu rəqəm 6223, 2023-2024-cü tədris ilində isə 6680 nəfər olub.
Məlumata əsasən, ən çox xarici tələbə Türkiyədən gəlir. Son tədris ilində Türkiyədən olan tələbələrin sayı 3477 nəfər təşkil edib. Ondan sonrakı yerləri İran (942 nəfər), Rusiya (794 nəfər), Hindistan (305 nəfər) və Suriya (148 nəfər) tutur.
Digər ölkələrdən gələn tələbələr arasında da artım müşahidə olunur. Məsələn, Özbəkistandan gələn tələbələrin sayı son üç ildə 20 nəfərdən 38 nəfərə yüksəlib. Eyni zamanda, 2024-2025-ci tədris ilində Gürcüstandan gələn 68, Əfqanıstandan 43, Nigeriyadan 94 nəfər tələbə ölkəmizdə ali təhsil alır.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər