
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Təbliğat-təşviqat qrupunun növbəti görüşü Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən orta məktəblərin şagirdləri ilə keçirilib.
Bu barədə universitetdən “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə gerçəkləşən görüşdə universitetin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev, Abituriyentlərlə iş bölməsinin rəhbəri Aynurə Bayramova, Təbliğat-təşviqat qrupunun üzvləri Cəmalə Cəbrayılova və Səidə Mürsəli iştirak ediblər.
Prorektor Orxan Naqdiyev abituriyetləri salamlayıb, AzMİU-da tələbələrə yaradılan şəraitdən danışıb, memarlıq, inşaat və mühəndislik yönümlü ixtisasların üstünlükləri, perspektivləri, karyera məsələlərinə aydınlıq gətirib. Universitetə qəbul qaydaları, xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqə şərtləri, tələb olunan əsas göstəricilər, eyni zamanda ikili diplom proqramları və müraciət qaydaları, ixtisaslar üzrə ölkə daxili və xarici təcrübə şanslarından da söhbət açıb.
AzMİU-nun ölkənin aparıcı texniki ali təhsil müəssisələrindən biri olduğunu vurğulayan prorektor universitet məzunlarının əmək bazarındakı uğurlarından danışıb.
Abituriyentlərlə İş bölməsinin rəhbəri Aynurə Bayramova isə iştirakçılara ixtisas seçiminin əhəmiyyəti, qəbul qaydaları, ixtisas qruplarına uyğun fakültələr və universitetin son illərdəki uğurları barədə təqdimatla çıxış edib.
Təbliğat-təşviqat qrupunun üzvləri – Cəmalə Cəbrayılova və Səidə Mürsəli məktəblilərlə interaktiv söhbətlər apararaq onların suallarını cavablandırıblar.
Səmimi və maarifləndirici atmosferdə keçən görüş məktəblilər tərəfindən böyük maraqla qarşılanıb.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər