
Naxçıvan Dövlət Universitetində universitetin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan “Ulu Öndərin xatirə həftəsi”nə start verilib. Layihə çərçivəsində 5-8 may tarixlərində ali təhsil müəssisəsində silsilə tədbirlərin keçirilməsi planlaşdırılır.
“Azərbaycan müəllimi” xəbər verir ki, “Ulu Öndərin xatirə həftəsi” çərçivəsində ilk olaraq Naxçıvan Dövlət Universitetinin kollektivi dahi şəxsiyyət Heydər Əliyevin Naxçıvan şəhərində ucalan abidəsini və onun adını daşıyan muzeyi ziyarət edib. Rektor Elbrus İsayev, universitetin prorektorları, fakültə dekanları, kafedra müdirləri və Tələbə Elmi Cəmiyyətində yer alan tələbələr Ümummilli Liderin abidəsi önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.
Sonra kollektiv Heydər Əliyev Muzeyini ziyarət edib. Muzeydə Ulu Öndərin Naxçıvan dövründəki fəaliyyəti, Azərbaycanın müstəqilliyinin qorunması və dövlətçiliyinin möhkəmləndirilməsində müstəsna xidmətləri barədə geniş məlumat verilib. Ziyarətçilər muzeydə Heydər Əliyevin müxtəlif dövrlərdə çəkilmiş fotoşəkillərinə, şəxsi əşyalarına, diplomatik görüşlərini əks etdirən sənədlərə və xatirə hədiyyələrinə baxış keçiriblər. Muzeyin ekspozisiyasında Ulu Öndərin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri olduğu dövrdə həyata keçirdiyi mühüm siyasi qərarları əks etdirən materiallarla tanış olublar.
Sonda xatirə fotosu çəkilib.
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan “Ulu Öndərin xatirə həftəsi” çərçivəsində 2024-2025-ci tədris ilində Tələbə Elmi Cəmiyyəti xətti ilə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin Yekun Konfransı, “Ömrün Naxçıvan Aşırımları” tarixi-sənədli filminin nümayişi, “Qayıdışdan başlayan Qurtuluş” adlı panel müzakirə, “Müstəqilliyin Ulu Öndər Zirvəsi” adlı şeir müsabiqəsi, “Mənim həyatımın məqsədi Azərbaycandır!” adlı “dəyirmi masa” kimi silsilə tədbirlərin keçirilməsi planlaşdırılır.
1 /8
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər