Bütün xəbərlər
24 iyun, 17:23

"Bizim məktəbəqədər təhsillə bağlı keyfiyyət problemimiz var. Bu, həmin müəssisələrdə çalışan bəzi müəllimlərin ixtisaslarının uyğun olmaması ilə əlaqədardır. Lakin bir anda çox sayda şəxsi işdən azad etmək də mümkün deyil. Üstəlik, bir çox hallarda təqdim olunan diplomların saxta və ya orijinal olduğunu sübut etmək olmur. Burada əsasən 1998-ci ilə qədər alınmış diplomlardan söhbət gedir".

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev ADA Universiteti və Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə keçirilən VIII ADA Beynəlxalq Təhsil Konfransının açılış mərasimində səsləndirib.

O, məktəbəqədər təhsilin əhəmiyyətinə toxunaraq qeyd edib ki, bu mərhələdə təhsilə cəlb edilmiş nəticələri daha yüksək olur. 
"Ən vacib mərhələ ilkin yaş dövrünün inkişafıdır. Müşahidələr göstərir ki, azı bir il məktəbəqədər təhsilə cəlb olunan uşaqlar sonradan daha yaxşı nəticələr göstərirlər. Hər bir uşaq üçün minimum bir il məktəbəqədər təhsil vacibdir".
Emin Əmrullayev onu da bildirib ki, təhsil sahəsində aparılan islahatların nəticələri dərhal hiss olunmur və bunun üçün müəyyən zaman tələb olunur.

Nazir çıxışının davamında elmi məsələlərin ictimai rəy və emosional yanaşmalardan ayrı qiymətləndirilməsinin vacibliyini də vurğulayıb:
"Elm və təhsildən danışarkən bu sahələri ictimai fikrin emosional dalğalarından ayırmalıyıq. Təəssüf ki, bəzən hansısa dərslikdəki bir hərf səhvi ətrafında yaranan müzakirələr əsas gündəmi kölgədə qoyur".

Şərhlər

Xəbər lenti

13 avqust, 17:42

Türkiyə Elmlər Akademiyasının prezidenti BDU-da olub

13 avqust, 17:11

Kollecə qəbul olanlar üçün qeydiyyat başlayır 

13 avqust, 16:53

Lisey və gimnaziyalara seçim prosesi başa çatır

13 avqust, 16:46

Xaricdə təhsil alan tələbələrin NƏZƏRİNƏ!

13 avqust, 16:44

HTP çərçivəsində xaricdə təhsil alacaq tələbələrlə görüş keçirilib

13 avqust, 16:43

Məktəbdən elm dünyasına: FRİTL-in uğurlu məzunlarının hekayələri

13 avqust, 16:22

Dövlət bağçalarında ödənişli xidmət göstərilə bilərmi? – RƏSMİ AÇIQLAMA

13 avqust, 15:01

Sabunçuda Azərbaycanın ilk açıq hava elm mərkəzi açılır

13 avqust, 14:48

SABAH qruplarının tələbələri üçün yataqxana qeydiyyatı başlayır

13 avqust, 14:38

Rezidentura üzrə ixtisas seçimi başlayıb

13 avqust, 14:07

Ölkə birincisi olan DP iştirakçısı: “Xəyallarımızın ardınca getməliyik”

13 avqust, 13:31

İncəsənət məktəblərinə ixtisas seçimi başlayır

13 avqust, 13:22

Sabahın hava proqnozu açıqlanıb

13 avqust, 13:01

“Maslou” piramidası təhsildə

13 avqust, 12:09

Naxçıvandan olan şəhid övladları Şuşaya səfər ediblər

13 avqust, 12:01

BMU rektoru Koreyada təhsilini davam etdirəcək 114 tələbə ilə görüşüb

13 avqust, 11:52

ADU TGT üzvləri Gürcüstan–Azərbaycan gənclərinin yay düşərgəsində olublar

13 avqust, 11:16

BŞTİ: Bağçalar davamiyyətin azalmasına baxmayaraq, işləyir – SORĞU

13 avqust, 11:11

Arif Pənahov: 10 mindən çox şagird peşə təmayüllü siniflərdə oxuyacaq 

13 avqust, 11:07

Peşə təmayüllü siniflərdə müəllim işləmək istəyənlər üçün imtahan keçirilir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.